Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5532/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması, tələbin girova yönəldilməsi tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması, tələbin girova yönəldilməsi tələbinə dair” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 530 Manat əsas borc, 30 Manat faiz borcu, 53 Manat cərimə borcu olmaqla, cəmi 613 Manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin cavabdehə məxsus girov qoyulmuş 1 ədəd 585 əyarlı 3 qram çəkili qızıl üzük və 1 ədəd 585 əyarlı 7,6 qram çəkili klon-boyunbağı olmaqla qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin vəsait borcların ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0786 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə istehlak məqsədi üçün illik 60 faiz olmaqla 6 ay müddətinə 530 Manat məbləğində pul vəsaiti verməyi, cavabdeh isə əvəzində həmin müqavilə üzrə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti vaxtında və lazımınca qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təmini üsulu olaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0786 saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus 1 ədəd 585 əyarlı 3 qram çəkili qızıl üzük və 1 ədəd 585 əyarlı 7,6 qram çəkili klon-boyunbağı olmaqla qızıl-zinət əşyaları girov qoyulmuşdur. Lakin cavabdeh kredit müqaviləsi ilə bağlı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmişdir. Əsas kredit borcun və ona hesablanmış faizlərin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıqlar göndərilmiş, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirmək üçün heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0786 saylı kredit müqaviləsinin surətindən görünür ki, təşkilat tərəfindən borcalana istehlak məqsədi üçün illik 60 faiz olmaqla 6 ay müddətinə 530 Manat Manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0786 saylı girov müqaviləsinin görünür ki, girov qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan 1 ədəd 585 əyarlı 3 qram çəkili qızıl üzük və 1 ədəd 585 əyarlı 7,6 qram çəkili klon-boyunbağı olmaqla, qızıl-zinət əşyasını girovla yüklü etmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, PKLMB-0786 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu 530 Manat əsas borc, 30 Manat faiz borcu, 53 Manat cərimə borcu olmaqla, cəmi 613 Manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdehdan 530 Manat əsas borc, 30 Manat faiz borcu, 53 Manat cərimə borcu olmaqla, cəmi 613 (altı yüz on üç) Manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma girov qoyulmuş, Cavabdeh mülkiyyətində olan 1 ədəd 585 əyarlı 3 qram çəkili qızıl üzük və 1 ədəd 585 əyarlı 7,6 qram çəkili klon-boyunbağı olmaqla qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin, həmin vəsait borcların ödənilməsinə kifayət etmədikdə, qalan borc cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5532/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5532/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver