Məhkəmə qərarları › İş №e-2(011)-5576/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5576/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5576/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 10.394,49 manat, bundan 4.173,82 manat əsas, 1.944,46 manat faiz, 3.666,63 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 609.58 manat faiz borcu və iş üzrə ödənilmiş 121.18 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəflər (birinci tərəf: ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 və ikinci tərəf: Cavabdeh1) arasında tərtib olunmuş barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 06 noyabr 2014-cü il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 4.173,82 manat əsas, 1.544,46 manat faiz, 2.153,92 manat köçürülmüş faiz borcu, 1.512,71 manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2. Tərəflər razılaşırlar ki, 06 noyabr 2014-cü il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 500 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 5.000 manat məbləğində borcun 12 ay müddətinə, yəni 2023-cü ilin oktyabr ayından başlayaraq, hər ay 416.66 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 12 ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 5. Barışıq Sazişi üzrə ödəniş şərtlərin cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər, iddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini ləğvedici öz üzərinə götürür. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC (nümayəndəsi X2) ilə Cavabdeh1 arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 06 noyabr 2014-cü il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 4.173,82 manat əsas, 1.544,46 manat faiz, 2.153,92 manat köçürülmüş faiz borcu, 1.512,71 manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur.

2. Tərəflər razılaşırlar ki, 06 noyabr 2014-cü il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə 500 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 5.000 manat məbləğində borcun 12 ay müddətinə, yəni 2023-cü ilin oktyabr ayından başlayaraq, hər ay 416.66 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.

3. İddiaçı 2-ci bənddə göstərilən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 12 ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür.

4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 ay ərzində lazımınca icra edilməməsi 2-ci bəndin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir.

5. Ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda 1-ci bənddə göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər, iddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir.

6. Tərəflər razılaşırlar ki, 2-ci bənd cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini ləğvedici öz üzərinə götürür.

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2(011)-5576/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar