Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5617/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı –xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021ci il tarixində 01 saylı əlavəyə əsasən, Braun markalı blender, Delonghi markalı qəhvəbişirən, Çaynik, Toster, Fritoz üçün 114,7 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu, xx.xx.2019-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********05010 olan Samsung Galaxy A70 markalı telefon üçün 403,5 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu,xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86829 olan Samsung Galaxy A70 markalı telefon üçün 461,1 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəsinə əsasən, İMEİ kodu **********08248 olan Samsung Galaxy A51 markalı telefon üçün 435,7 manat ödənilməmiş hissə 43 manat cərimə borcu olmaqla ümumilikdə 1555 manat borc, 35,55 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən Braun markalı Blender, Delonghi markalı qəhvəbişirən, Çaynik, Toster, Fritoz, İMEİ kodu **********05010 olan Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********86829 olan Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********08248 olan Samsung Galaxy A51 markalı telefon almışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavə əsasən, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1555 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 372,48 manat (7 ay 46,56 manat + 46,56 manat ilkin ödəniş) olan Braun markalı blender, Delonghi markalı qəhvəbişirən, Çaynik, Toster, Fritoz üçün 125,7 manat olmaqla ondan, 114,7 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 593,28 manat (17 ay x 32,96 manat + 32,96 manat ilkin ödəniş) olan İMEİ kodu **********05010 olan Samsung Galaxy A70 markalı telefon üçün 443,5 manat olmaqla ondan, 403,5 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 635,58 manat (21 ay x 28,89 manat +28.89 manat ilkin ödəniş) olan İMEİ kodu **********86829 olan Samsung Galaxy A70 markalı telefon üçün 507,1 manat olmaqla ondan, 461,1 manat ödənilməmiş hissə, 46 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 582,72 manat (23 ay x 24,28 manat + 24,28 manat ilkin ödəniş) olan İMEİ kodu **********08248 olan Samsung Galaxy A51 markalı telefon üçün 478,7 manat olmaqla ondan, 435,7 manat ödənilməmiş hissə, 43 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 769,06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" MMCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01007381 saylı, xx.xx.2019-cu il tarixdə 01045554 saylı,xx.xx.2020-ci il tarixdə 20037095 saylı, xx.xx.2020-ci il tarixdə 20122923 saylı müqavilələr bağlanmışdır. Göstərilən müqavilələrə əsasən Braun markalı blender, Delonghi markalı qəhvəbişirən, çaynik, toster, fritoz, İMEİ kodu **********05010 olan Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********86829 olan Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********08248 olan Samsung Galaxy A51 markalı telefon ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 35,55 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 114,7 (yüz on dörd manat yetmiş qəpik) manat ödənilməmiş borc, 11 (on bir) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 403,5 (dörd yüz üç manat əlli qəpik) manat ödənilməmiş borc, 40 (qırx) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat ödənilməmiş borc, 46 (qırx altı) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 435,7 (dörd yüz otuz beş manat yetmiş qəpik) manat ödənilməmiş borc, 43 (qırx üç) manat cərimə borcu və 35,55 (otuz beş manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1590,55 (min beş yüz doxsan manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh Qəmbər oğlundan alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-5617/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5617/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver