Məhkəmə qərarları › İş №e-2(011)-5646/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5646/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5646/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1119,46 AZN əsas, 198,38 AZN faiz, 14,53 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1332,37 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 33,33 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla, Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 26,50% olmaqla, 1500 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən, kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsindən görünür ki, Ərizə-anket Bank tərəfindən ümumi ofertanın aksepti sayılan və özündə müvafiq razılıq şərtlərini ifadə edən və bu müqavilənin tərkib hissəsi sayılan yazılı və imzalı ərizədir. Müqavilənin 16.1-ci bəndinə əsasən, Bank Borcalana mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30% faiz dərəcəsinədək bir neçə dəfə 10000 manatadək və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Bu oferta Borcalan tərəfindən aksept edildikdən sonra 25 il müddətinə Bankla Borcalan arasındakı münasibətləri əhatə edir. Bu müqavilə üzrə kreditin faktiki illik dərəcəsi maksimum 34.02% faiz təşkil edir (Ümumi Oferta müqaviləsinin 16.2-ci bəndi). Kreditin məqsədli təyinatı İstehlakdır (Bənd 16.3). Bank Borcalanı daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği barədə mobil əlavə vasitəsi ilə məlumatlandırır (Bənd 16.5). Ərizə anket imzalanmaqla bu oferta aksept olunmuş sayılır. Borcalan ərizə anketi imzaladıqdan sonra üzərinə öhdəlik götürmüş sayılır. Borcalan kredit xəttindən tam və ya qismən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi , aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz (Bənd 16.5.1) Bank bir dəfəyə minmal ödənişin gecikməsi 3 təqvim günündən artıq davam etdiyi halda kredit xəttindən istifadəni məhdudlaşdırmaq, 120 təqvim günündən artıq davam etdiyi halda isə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və borcu tam həcmdə tələb etmək hüququna malikdir (Bənd 16.7.11.1). Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank birinci təqvim ayı 5 manat, ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün 10 manat olmaqla, cərimə faizlərindən əlavə olaraq birdəfəlik cərimə (dəbbə pulu) də tətbiq edir (Bənd 16.7.13). Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur. Bu üsulla mübahisələr həll edilmədikdə yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir (Bənd 18.1.1). İş materiallarında olan xx.xx.2023-ci il tarixli Ərizə-Anketdən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli ərizəni-anketi imzalamaqla, Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Cavabdeh bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeydşərtsiz yerinə yetirəcəyini öz öhdəsinə götürmüşdür. Bu sənədi imzlamaqla Cavabdeh 409809HYJKQT9459 nömrəli ödəniş kartını təhvil aldığını təsdiq etmişdir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC tərəfindən “Sənə xüsusi təklif: illik 26.5%-lə 1500 AZN, Komissiya 50 AZN, hər ay ödəniş 61 AZN, Təsdiq üçün YES yaz“ və “Vəsait artıq kartındadır, ödəniş hər ayın 13-ü tarixində 61 AZN, ödəniş kodu (CİF) 99970611“ məzmununda iki SMS göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, BANK/PİKMD/1289470 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 18606nklNSHb/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1119,46 AZN əsas, 198,38 AZN faiz, 14,53 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1332,37 AZN borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixində “cavabdehin banka olan bütün borc məbləğini (1285,14 AZN) tam olaraq 3 iş günü müddətində ödəməsi təqdirində aralarında bağlanmış kredit müqaviləsinin bank tərəfindən ləğv edilməsi, əks halda borc tələbi ilə məhkəməyə müraciət olunması” barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 33,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-ci il tarixli Ərizə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən, ona kredit xətti açılmasına dair tərəflər arasında razılığa gəlinmişdir, nəticədə Ümumi Oferta müqaviləsinə uyğun olaraq, SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 26.50% dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 1119,46 AZN əsas, 198,38 AZN faiz, 14,53 AZN cərimə borcu olmaqla, cəmi 1332,37 AZN borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2021-ci il tarixli,01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən, cavabdehdən 1119,46 AZN əsas, 198,38 AZN faiz, 14,53 AZN cərimə borcu olmaqla, cəmi 1332,37 AZN alınaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edilmiş və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumuna görə ödənilmiş 33,33 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən, 1119,46 AZN əsas, 198,38 AZN faiz, 14,53 AZN cərimə borcu olmaqla, cəmi 1332 ( min üç yüz otuz iki) manat 37 (otuz yeddi) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 33 (otuz üç) qəpik pul alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar