Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-567/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı – İddiaçı ASC-nin Nərimanov filialı ilə borclu X6 arasında bağlanmış 10 Mart 2020-cu il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17 % olmaqla 32 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X6 xx.xx.2022-ci ildə vəfat etmişdir.
3. Bakı şəhəri 18 saylı notariat ofisinin sorğumuza verdiyi xx.xx.2023-cü il tarixli 508/2024 saylı cavab məktubu ilə xx.xx.2022-ci il tarixli 2V-98, xx.xx.2022-ci il tarixli 2V- 292, xx.xx.2022-ci il tarixli 2V-293 və xx.xx.2023-cü il tarixli 2V-173 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixli 2V-98, xx.xx.2022-ci il tarixli 2V-292, xx.xx.2022-ci il tarixli 2V-293 və xx.xx.2023-cü il tarixli 2V-173 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən borclunun qanun üzrə vərəsələri - Cavabdeh1 Mürşid qızı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3dur. Bu səbəbdən 10 Mart 2020-cu il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X1 qanun üzrə vərəsələri Cavabdeh1 Mürşid qızı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən ödənilməlidir.
İddiaçının tələbi:
4. Cavabdeh1 Mürşid qızından, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (X1 qanun üzrə vərəsələri)10 Mart 2020-cu il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə əsas borcuna görə əsas borcuna görə 5238,79 manat olmaqla, cəmi 5238,79 manat məbləğində pulun və 73 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilsin.
5. İddiaçının nümayəndəsi Elnur Abbasov xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 Mürşid qızından, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (X1 qanun üzrə vərəsələri) müştərək qaydada 10 Mart 2020-cu il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsi kredit müqaviləsi üzrə əsas borcuna görə əsas borcuna görə 5238,79 manat olmaqla, cəmi 5238,79 manat məbləğində pulun və 73 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilsin.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən məhkəməyə heç bir yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixində məhkəmyə ərizə ilə müraciət edərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında gəlir mənbəyinin olmadığını və borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir.
9. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. AZ-İİ 251526 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2022-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 50 № ilə qeyd edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 2V-98 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X2 vərəsələri Gülmirə Mürşüd qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş hüquqi ünvan: AZ1142, Bakı Şəhəri Xətai Rayonu, Telnov küçəsi, ev 10, mənzil 110, VÖEN: ********** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan 50 % paydan ibarətdir.
12. xx.xx.2022-ci il tarixli, 2V-292 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X2 vərəsələri Gülmirə Mürşüd qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2019-cu il tarixli, AD604850 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHDH41EBCU357417, mühərrikin nömrəsi G4NBBU979424 və buraxılış ili 2011-ci il olan HYUNDAİ ELANTRA MİNİK markalı, **-UL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
13. xx.xx.2022-ci il tarixli, 2V-293 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X2 vərəsələri Gülmirə Mürşüd qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMKD-in yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X3 verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Qəbələ Rayon, Bum qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsindən ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022ci il tarixli, qeydiyyat nömrəsi **********NE70901 olan arayışa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Qəbələ Rayon, Bum qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdrilməsinə qadağan qoyulmamışdır.
14. xx.xx.2023-cü il tarixli, 2V-173 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X2 vərəsələri Gülmirə Mürşüd qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMKD-in yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 64.74 kv/m, yaşayış sahəsi 46,74 kv/m, yardımçı sahəsi 18 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********BE70902 olan arayışa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdrilməsinə qadağan qoyulmamışdır.
15. 10 mart 2020-ci il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsinə əsasən, borc verən bu müqavilənin şərtləri daxilində borcalana istehlak məqsədilə 15000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kredit ödəniş cədvəli”-nə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.
16. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı ASC Nərimanov filialında X3 15000 manat məbləğində pul vəsaiti verilmişdir.
17. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, kredit 32 ay müddətinə, aylıq 586,29 manat olmaqla verilmişdir.
18. İddiaçı ASC tərəfindən verilmiş 4270 №-li, xx.xx.2024-cü il tarixli arayışa əsasən, borclu X2 qanun üzrə vərəsələrinin 10 mart 2020-ci il tarixli, NRNPU-6604 saylı müqaviləsi üzrə 23 sentyabr 2024-cü il tarixinə olan borcu əsas məbləğ üzrə 5238,79 manat, faiz borcu 0 manat, cərimə borc 0 manat olmaqla, ümumilikdə 5238,79 manat məbləğindədir.
19. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişə (xx.xx.2024-cü il tarixli poçt qəbzinə) əsasən, X6 ilə İddiaçı ASC arasında bağlanmış 10 mart 2020-ci il tarixli, NRNPU-6604 saylı müqaviləsinə əsasən, ona 32 ay müddətinə 15000 manat məbləğində kredit ayrılmışdır. Sözügedən müqavilə üzrə İddiaçı ASC-yə ödənilməli olan qalıq borc 5238,79 manat əsas borc olmaqla, cəmi 5238,79 manat məbləğindədir. Qalıq borcun tam ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinə dair tələb ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. 3 saylı Bakı “DOST” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2- M50300/2024 №-li arayışa əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək və məşğulluq” altsisteminə əsasən, xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
21. Digər sənədlər.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi ( AR MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli NRNPU-6604 saylı kredit müqaviləsi bağlanmış, (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də X2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və X6 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməli idi (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2).
26. Daha sonra X6 xx.xx.2022-ci il tarixində vəfat etmiş, (§10) iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli 2V-98, xx.xx.2022-ci il tarixli 2V-292, xx.xx.2022-ci il tarixli 2V-293 və xx.xx.2023-cü il tarixli 2V-173 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. (§11,12,13,14) Mülki qanunvericiliyin tələbinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X2 vərəsələri olaraq mərhumun öhdəlikləri üzrə məsuliyyət daşıyır.
27. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, mərhum X2 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 mart 2020-ci il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsinə əsasən, əsas məbləğ üzrə 5238,79 manat, faiz borcu 0 manat, cərimə borc 0 manat olmaqla, ümumilikdə 5238,79 manat məbləğində borc İddiaçı ASC -nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. X2 qanun üzrə vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 10 mart 2020-ci il tarixli, NRNPU-6604 saylı kredit müqaviləsinə əsasən, əsas məbləğ üzrə 5238,79 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat olmaqla, ümumilikdə 5238,79 (beş min iki yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova