Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5688/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində ödənilməmiş borc pul vəsaiti və hazırkı iddianın verilməsi üçün tərəfindən məhkəməyə ödənilmiş 33 manat dövlət rüsumu olmaqla ümumilikdə 1333 (bir min üç yüz otuz üç) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qonşuluq ilə əlaqədar tanış olmuşdur. Təqribən 2 il əvvəl cavabdeh ondan iş görmək üçün üç min manat məbləğində borc pul istəmiş, 2 ay müddətində qaytaracağını bildirmişdir. Onun ilə həmin vaxtlar eyni binada yaşamağı ilə bağlı tanış olduğundan səmimiyyətinə inanaraq üç min manat borc pul vəsaitini 2 ay ərzində qaytarması şərti ilə yaşadığı binanın həyətində Cavabdeh vermişdir. Cavabdeh almış olduğu pulu 2 ay ərzində qaytaracağına söz versə də, vəd etdiyi vaxtda borcu qaytarmamış, yalnız dəfələrlə ona müraciət etməyindən sonra borcun verilməsindən uzun müddət keçdikdən sonra hissə-hissə olmaqla cəmi 1700 (bir min yeddi yüz) manat pul vəsaitini qaytarmış, 3000 (üç min) manat borcdan ödənilməmiş 1300 (bir min üç yüz) manat qalıq borcun qaytarılmasından imtina etmişdir. Bununla bağlı Xətai Rayon 35 saylı Polis Bölməsinə müraciət etmişdir. Müraciəti araşdırılmış və işin mülki xarakterli olması ilə əlaqədar xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Xətai rayon 35 saylı Polis Bölməsində müraciəti araşdırılarkən Cavabdeh izahatı alınmış, həmin izahatında cavabdeh ondan 3000 (üç min) manat pul vəsaitini borc aldığını şəxsən etiraf etmiş, qeyd olunanlar Xətai Rayon 35 saylı Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Hazırda da cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İ Qarabağ müharibəsi qazisi kimi çətin maddi vəziyyətinin nəzərə alınaraq cavabdeh tərəfindən qaytarılmamış 1300 (bir min üç yüz) manat borcun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı tələbi məzmununda izahat verərək bildirmişdir ki, 1700 manat pul qaytarıb 1300 manat borcu qalmışdır. İzahatında yanlış olaraq 1500 manat qeyd etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 33 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanması rədd verilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh istintaq zamanı dindirmədə öz ifadəsində göstərmişdir ki, əvvələr kirayə yaşadığı Ə.Şıxlinski küçəsi 59 saylı binadan tanıdığı İddiaçılə qonşu kimi yaxşı münasibətinin olmasını bildirmişdir.Təxminən 2 il əvvəl Mahirin ona məşğul olduğu quş yeminin ticarəti ilə əlaqədar borca pul verə biləcəyini bildirməsindən sonra onunla razılaşmış və Mahirdən 2500 manat pulu üstündə əlavə 500 manat vermək şərti ilə almışdır. Lakin, Mahirində tanıdığı iş ortağı, Səmədova Bəsti adlı xanımın qəflətən vəfat etməsi səbəbindən işləri düzgün şəkildə getməmiş və dayanmışdır. Bu səbəbdən Mahirdən aldığı pulun 1500 manatını qaytarmış lakin qalan 1000 manatını qaytarmaqda çətinlik çəkmişdir. Mahirə sonuncu danışıqları zamanı qalan borcunu noyabr ayının 10-a qədər ödəyəcəyini deməsinə baxmayaraq Mahir polisə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, cavabdehin iddiaçıdan iddia ərizəsində qeyd olunan məbləğdə vəsaitin götürməsini qeyd etdiyini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh istintaq zamanı dindirmədə iddiaçıdan pulu almağını öz ifadəsində bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan pul götürmüş və qalıq 1300 manat borcu qaytarmamaqla iddiaçıya maddi ziyan vurmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat məbləğində ödənilməmiş borc pul vəsaiti və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1333 (min üç yüz otuz üç) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5688/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5688/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver