Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5706/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86785 olan “İPhone 11 PRO MAX” markalı telefon üçün 2530,50 manat ödənilməmiş hissə, 567 manat dəbbə olmaqla, cəmi 3097,50 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********41603 olan “Samsung Galaxy A10”, İMEİ kodu **********54957 olan “Samsung Galaxy NOTE 10 +” markalı telefon üçün 2026,50 manat ödənilməmiş hissə, 230,40 manat olmaqla, cəmi 2256,90 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Midea” soyuducu, “Hoffmann” mini soba, “Dr.Beckmann” soba təmizləyən gel üçün 1089,06 manat ödənilməmiş hissə, 264,60 manat olmaqla, cəmi 1353,66 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********74935 olan “İPhone XS MAX” markalı telefon üçün 957,30 manat ödənilməmiş hissə, 285,84 manat olmaqla, cəmi 1243,14 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********09211 olan “Samsung Galaxy” A70 markalı telefon üçün 610,20 manat ödənilməmiş hissə, 128,70 manat olmaqla, cəmi 738,90 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********95455 olan “Samsung Galaxy A70” markalı telefon üçün 436 manat ödənilməmiş hissə, 81,90 manat olmaqla, cəmi 517,90 manat, ümumilikdə 9208 manat borcun və 112,08 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kod **********86785 İphone 11 PRO MAX markalı telefon, İMEİ KOD **********41603 Samsung Galaxy A10, İMEİ kod **********54957 Samsung Galaxy NOTE 10 + markalı telefon, soyuducu Midea, mini soba Hoffmann, Dr.Beckmann soba təmizləyən gel, İMEİ kod **********74935 İphone XS MAX markalı telefon, İMEİ kod **********09211 Samsung Galaxy A70 markalı telefon, İMEİ **********95455 Samsung Galaxy A70 markalı telefon üçün 9208 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən və xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1760.44 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınında Cavabdeh izahatında göstərdi ki, qeyd olunan əşyaları iddiaçıdan ailəvi dostu üçün götürmüşdür. O da, pandemiya ilə bağlı ödəyə bilməmişdir. Özünə sadəcə bir telefon götürmüşdür. İddianı qəbul etdiyini və borcu ödəyəcəyini bildirərək, cərimə məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış:
1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 2783 (21 ay x 126.5 manat + 126.5 manat ilkin ödəniş) İMEİ kodu **********86785 olan “İPhone 11 PRO MAX” telefon;
2. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 2895 manat (29 ay x 96.5 manat + 96.5 manat ilkin ödəniş) İMEİ kodu **********41603 olan “Samsung Galaxy A10”, İMEİ kodu **********54957 olan “Samsung Galaxy NOTE 10 +” markalı telefon;
3. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1266 manat (19 ay x 63.3 manat + 63.3 manat ilkin ödəniş) “Midea” soyuducu, “Hoffmann” mini soba, “Dr.Beckmann” soba təmizləyən gel;
4. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1197 manat (9 ay x 119.7 manat + 119.7 manat ilkin ödəniş) “İPhone XS MAX” markalı telefonu;
5. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 745,80 manat (21 ay x 33.9 manat + 33.9 manat ilkin ödəniş) İMEİ kodu **********09211 olan “Samsung Galaxy” A70 markalı telefonu;
6. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 523.20 manat (23 ay x 21.8 manat + 21.8 manat ilkin ödəniş) İMEİ kodu **********95455 olan “Samsung Galaxy A70” markalı telefonu cavabdehə satmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən və xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1760.44 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86785 olan “İPhone 11 PRO MAX” markalı telefon üçün 2530,50 manat ödənilməmiş hissə, 567 manat dəbbə olmaqla, cəmi 3097,50 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********41603 olan “Samsung Galaxy A10”, İMEİ kodu **********54957 olan “Samsung Galaxy NOTE 10 +” markalı telefon üçün 2026,50 manat ödənilməmiş hissə, 230,40 manat olmaqla, cəmi 2256,90 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Midea” soyuducu, “Hoffmann” mini soba, “Dr.Beckmann” soba təmizləyən gel üçün 1089,06 manat ödənilməmiş hissə, 264,60 manat olmaqla, cəmi 1353,66 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********74935 olan “İPhone XS MAX” markalı telefon üçün 957,30 manat ödənilməmiş hissə, 285,84 manat olmaqla, cəmi 1243,14 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********09211 olan “Samsung Galaxy” A70 markalı telefon üçün 610,20 manat ödənilməmiş hissə, 128,70 manat olmaqla, cəmi 738,90 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********95455 olan “Samsung Galaxy A70” markalı telefon üçün 436 manat ödənilməmiş hissə, 81,90 manat olmaqla, cəmi 517,90 manat, ümumilikdə 9208 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrində və onlara edilmiş əlavələrdə nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, dəbbə pulunun məbləği xx.xx.2020-ci il tarixli müqavilə üzrə 167 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 64 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 85 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 28 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 21,80 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 87 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 112,08 manat məbləğində dövlət rüsümunun 97,50 manatı cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86785 olan “İPhone 11 PRO MAX” markalı telefon üçün 2530,50 manat ödənilməmiş hissə, 167 manat dəbbə olmaqla, cəmi 2697,50 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********41603 olan “Samsung Galaxy A10”, İMEİ kodu **********54957 olan “Samsung Galaxy NOTE 10 +” markalı telefon üçün 2026,50 manat ödənilməmiş hissə, 30,40 manat dəbbə olmaqla, cəmi 2056,90 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, “Midea” soyuducu, “Hoffmann” mini soba, “Dr.Beckmann” soba təmizləyən gel üçün 1089,06 manat ödənilməmiş hissə, 64,60 manat olmaqla, cəmi 1153,66 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********74935 olan “İPhone XS MAX” markalı telefon üçün 957,30 manat ödənilməmiş hissə, 85,84 manat dəbbə olmaqla, cəmi 1043,14 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********09211 olan “Samsung Galaxy” A70 markalı telefon üçün 610,20 manat ödənilməmiş hissə, 28,70 manat dəbbə olmaqla, cəmi 638,90 manat, xx.xx.2019cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********95455 olan “Samsung Galaxy A70” markalı telefon üçün 436 manat ödənilməmiş hissə, 21,90 manat dəbbə olmaqla, cəmi 457,90 manat, ümumilikdə 8048 (səkkiz min qırx səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 97,50 (doxsan yeddi manat 50 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin.
İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev