Məhkəmə qərarları › İş №e-2(011)-5715/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5715/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5715/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı sədrliyi Məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı "xxxx" ASC-nin cavabdeh Ələkbərlı̇ Nərmı̇ n Elçı̇ n qızına qarşı borc tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh Ələkbərlı̇ Nərmı̇ n Elçı̇ n qızına qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, "Elektron Məhkəmə" İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Ələkbərlı̇ Nərmı̇ n Elçı̇ n qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdeh Ələkbərlı̇ Nərmı̇ n Elçı̇ n qızı ünvanı Sabunçu rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh Ələkbərlı̇ Nərmı̇ n Elçı̇ n qızına qarşı borc tələbinə dair 2(011)-5715/20 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar