Məhkəmə qərarları › İş №e-2(011)-5723/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5723/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5723/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU TOSHİBA GR, ZƏMANƏT + 3 İL xidməti üçün 1103.49 manat ödənilməmiş hissə, 110.35 manat cərimə pulu olmaqla, ümumilikdə, 1213.84 manat məbləğində borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 32.14 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1151.28 manat (yəni 24 ay * 47.97 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA GR, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə 1213.84 manat borc olmaqla, ondan 1103.49 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110.35 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 47.79 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixində ona göndərilmiş xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir (Müqavilənin 1.2-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 3.1), Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 3.5). Müqavilə üzrə ödəniş qaydası Əlavədə qeyd olunur (Müqavilənin 4.7-ci bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, ********** nömrəli müqavilə üzrə SOYUDUCU TOSHİBA GR-A33US-C(DS) (GÜMÜŞÜ), ZƏMANƏT + 3 İL xidməti Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, SOYUDUCU TOSHİBA GR, ZƏMANƏT + 3 İL xidməti toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 1151.28 manat (24 ay * 47.97 manat + 0 manat ilkin ödəniş) təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə alqı-satqı qiyməti 1151.28 manat (24 ay * 47.97 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA GR, ZƏMANƏT + 3 İL xidməti üçün borcu, 1103.49 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110.35 manat cərimə pulu, ümumilikdə ödənilməmiş borcunun məbləği 1213.84 manat təşkil edir. Cavabdeh tərəfindən əsas borca görə ödənilmiş məbləğ 47.79 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “borcunu 3 iş günü ərzində ödəməsi, əks halda məhkəməyə müraciət olunmasına” dair xx.xx.2025-ci il tarixində Xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 32.14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, alıcı SOYUDUCU TOSHİBA GR adlı məhsul və ZƏMANƏT + 3 İL xidməti əldə etmişdir. Müqavilənin tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından da göründüyü kimi, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 1103.49 manat ödənilməmiş hissə, 110.35 manat cərimə pulu olmaqla, ümumilikdə 1213.84 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 1103.49 manat ödənilməmiş hissə, 110.35 manat cərimə pulu olmaqla, ümumilikdə 1213.84 manat məbləğində borc pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32.14 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1103.49 manat ödənilməmiş hissə, 110.35 manat cərimə pulu olmaqla, ümumilikdə 1213 (min iki yüz on üç) manat 84 (səksən dörd) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar