Məhkəmə qərarları › İş №e-2(011)-5724/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5724/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5724/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 mart 2021-ci il tarixli, MHK6001451 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 171 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 30 aprel 2021-ci il tarixli, OTK5850130 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 315 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 10 iyun 2021-ci il tarixli, OTK5850069 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1.690 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2.723 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 08 ay olmaqla 30 mart 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 667 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 171 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1.547 manat faiz borcu yaranmışdır (171 manat x 905 gün x 1%=1.547 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 30 aprel 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 799 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 315 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2.378 manat faiz borcu yaranmışdır (315 manat x 755 gün x 1%=2.378 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 10 iyun 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1.888 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1.690 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 12.168 manat faiz borcu yaranmışdır (1.690 manat x 720 gün x 1%=12.168 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 30 mart 2021-ci il tarixli, MHK6001451 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 171 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 30 aprel 2021-ci il tarixli, OTK5850130 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 315 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 10 iyun 2021-ci il tarixli, OTK5850069 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1.690 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2.723 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 30 mart 2021-ci il tarixli, MHK6001451 saylı müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 667 manat olan məişət avadanlığını əldə etmiş, ilkin olaraq 11 manat ödəniş etmiş, qalan 656 manatı 8 ay müddətinə hər ay 82 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 30 aprel 2021-ci il tarixli, OTK5850130 saylı müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 799 manat olan məişət avadanlığını əldə etmiş, ilkin olaraq 199 manat ödəniş etmiş, qalan 600 manatı 12 ay müddətinə hər ay 50 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 10 iyun 2021-ci il tarixli, OTK5850069 saylı müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 1.888 manat olan məişət avadanlığını əldə etmiş, ilkin olaraq 88 manat ödəniş etmiş, qalan 1.800 manatı 12 ay müddətinə hər ay 150 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, tam və vaxtında ödəniş etməmişdir. Onun iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 30 mart 2021-ci il tarixli, MHK6001451 saylı müqavilə üzrə 171 manat, 30 aprel 2021-ci il tarixli, OTK5850130 saylı müqavilə üzrə 315 manat, 10 iyun 2021-ci il tarixli, OTK5850069 saylı müqavilə üzrə 1.690 manat borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr borc müqaviləsi kimi tərtib edilsə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı müqavilə nisyə alğı-satqı müqaviləsidir. Odur ki, məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin alğı-satqı müqaviləsini tənzimləyən normalar çərçivəsində qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin müqavilələr üzrə faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə borclunun öz öhdəliklərini vaxtında icra etməməsinə görə qaytarılmayan məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə cərimə faizlərinin hesablanması qeyd edilmişdir. Lakin iddiaçı hazırda iddia ərizəsində 30 mart 2021-ci il tarixli, MHK6001451 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 100 manat faiz borcu, 30 aprel 2021-ci il tarixli, OTK5850130 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 100 manat faiz borcu, 10 iyun 2021-ci il tarixli, OTK5850069 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 300 manat faiz borcu tələb etmişdir. Lakin təqdim edilmiş maliyyə arayışında borclunun 22 fevral 2024-cü il tarixinə faiz borcunun olması görünmür. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 47 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 30 mart 2021-ci il tarixli, MHK6001451 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 171 (bir yüz yetmiş bir) manat, 30 aprel 2021-ci il tarixli, OTK5850130 saylı nisyə alğısatqı müqaviləsinə əsasən 315 (üç yüz on beş) manat, 10 iyun 2021-ci il tarixli, OTK5850069 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1.690 (bir min altı yüz doxsan) manat əsas borc olmaqla, cəmi 2.176 (iki min yüz yetmiş altı) manat pul vəsaiti və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar