Məhkəmə qərarları › İş №e-2(011)-5725/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5725/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5725/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********94945 olan HONOR X6B markalı telefon və PAKET L xidməti üçün 360.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 36.10 manat cərimə pulu olmaqla, ümumilikdə 420.66 manat məbləğində borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 435.96 manat (yəni 18 ay * 24.22 manat + 0 manat ilkin ödəniş) olan HONOR X6B markalı telefon və PAKET L xidməti üçün ümumilikdə 420.66 manat borc olmaqla, ondan 360.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 36.10 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixində ona göndərilmiş xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, Cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir (Müqavilənin 1.1-ci bəndi). İmei kodu **********94945 olan HONOR X6B 6/256GB FOREST GREEN adlı telefon və PAKET L xidməti bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 2.2). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 2.5). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunur (Müqavilənin 3.7-ci bəndi). Müqavilənin 3.4-cü maddəsinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu və pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, alınan bütün mallar üzrə yaranmış borcu toplam borc məbləği hesab olunur. Müştərinin ümumi borc üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə ödənişlər tələb edə bilər. İş materiallarında olan 21.9.2024-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, ******* nömrəli müqavilə üzrə HONOR X6B 6/256GB FOREST GREEN markalı telefon və PAKET L xidməti Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, HONOR X6B 6/256GB FOREST GREEN markalı telefon və PAKET L xidmətinin toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 436.01 manat (18 ay * 24.22 manat + 0 manat ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci maddəsi). İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə alqı-satqı qiyməti 435.96 manat (18 ay * 24.22 manat + 0 manat ilkin ödəniş) olan HONOR X6B 6/256GB FOREST GREEN markalı telefon və PAKET L xidməti üçün borcu, 360.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 36.10 manat cərimə pulu, ümumilikdə ödənilməmiş borcunun məbləği 420.66 manat təşkil edir. Cavabdeh tərəfindən əsas borca görə ödənilmiş məbləğ 75 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixində Arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı Nisyə alqısatqı müqaviləsi əsasında satılmış, İmei kodu **********94945 olan HONOR X6B markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat pul ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “borcunu 3 (üç) iş günü ərzində ödəməsi, əks halda məhkəməyə müraciət olunmasına” dair xx.xx.2025-ci il tarixində Xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, alıcı İmei kodu **********94945 olan HONOR X6B 6/256GB FOREST GREEN markalı telefon və PAKET L xidməti əldə etmişdir. Müqavilənin tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından da göründüyü kimi, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Müqavilənin 3.4-cü maddəsinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu və pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə ödənişlər tələb edə bilər. Hazırda cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 360.96 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, cərimə borcu üzrə 36.10 manat olmaqla, ümumilikdə 420.66 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, əsas borc üzrə 360.96 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, cərimə borcu üzrə 36.10 manat olmaqla, ümumilikdə 420.66 manat məbləğində borc pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə dövlət rüsumunun işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, əsas borc üzrə 360.96 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, cərimə borcu üzrə 36.10 manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat 66 (altmış altı) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar