Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5730/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 paylarına mütənasib olaraq xx.xx.2024-cü il tarixli, BPM**********91 saylı kredit müqaviləsin əsasən banka ödənilməmiş borcu – 1096.49 manat əsas borc, 144.63 manat faiz borcu olmaqla cəmi 1241.12 manat məbləğində kredit borcunun və ödənilmiş 32.42 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********91 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 12 ay müddətinə, illik 14.9 faiz dərəcəsi ilə hesablanmaqla 1300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisitərəfindən verilən məlumata əsasən mərhum X4 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2024cü il tarixdə vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh1, Cavabdeh2 mirası qəbul etmiş və vərəsəlik şəhadətnamə verilmişdir. Miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.65 kv.m. olan mənzilin 2/5 hissəsi, xx.xx.2002-ci il tarixli AA430674 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1985-ci il olan OPEL KADETT minik markalı ** FZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və xx.xx.2008-ci il tarixli AB171825 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1997-ci il olan TOYOTA LAND CRUİSER minik markalı ** SU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü il tarixli, BPM**********91 nömrəli kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu – 1096.49 manat əsas borc, 144.63 manat faiz borcu olmaqla, cəmi 1241.12 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 X4 vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1241.12 manat olduğundan, tərəfimizdən 32.42 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, belə ki, iddiaçıya 1096.49 manat əsas, 144.63 manat faiz, cəmi 1241.12 manat borcun olmasını etiraf etmiş və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə tərəflərin nümayəndələri ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********91 nömrəli kredit müqaviləsindən görünür ki, X5 1300 AZN məbləğində kredit onun ABB-də açılmış ******************** №-li hesabına köçürülməklə verilir. Borcalan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda (gecikdirildikdə) həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq ABB tərəfindən Borcalana gecikdirmənin hər günü üçün (maksimum 120 gün mücidətində) gecikdirilmiş əsas borc məbləğinə 14.9 illik faiz dərəcəsi ve ona beş faiz bəndi əlavə edilməklə cərimə hesablana bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə 1 №-li əlavədən görünür ki, X5 verilən kreditin məbləği 1300 AZN, illik faiz dərəcəsi 14.9, müddəti 12 ay, aylıq ödəniş 117.28 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məxaric orderindən görünür ki, X5 məxsus ******************** №-li hesaba xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 1274 manat mədaxil olunmuşdur. İş materiallarında olan vərəsəlik işi haqqında məlumatdan görünür ki, X6 xx.xx.2024cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X1 Telli Samir qızı miras əmlakdan 3/4 hissədə, oğlu Cavabdeh2 isə miras əmlakdan 1/4 hissədə pay almalıdır. Miras əmlak buraxılış ili 1997-ci il olan TOYOTA LAND-CRUİSER MİNİK markalı 10SU786 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və buraxılış ili 1985-ci il olan OPEL KADETT MİNİK markalı 10FZ841 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X1 Telli Samir qızı miras əmlakdan 3/8 hissədə, oğlu Cavabdeh2 isə miras əmlakdan 1/8 hissədə pay almalıdır. Miras əmlak paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.65 kv/m olan mənzilin X5 məxsus olan 2/5 hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X1 Telli Samir qızı miras əmlakdan 4/8 hissədə pay almalıdır. Miras əmlak paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.65 kv/m olan mənzilin X5 məxsus olan 2/5 hissəsindən ibarətdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə"xxxx" ASC tərəfindən “cavabdehlərin kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam yerinə yetirmələri, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı” barədə bildiriş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 1096.49 manat, cəmi ödənilməmiş faizlər 144.63 manat, borc üzrə cəmi tələb edilən məbləğ 1241.12 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il trarixli Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 32.42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2024-cü il tarixdə 12 ay müddətinə illik 14.9 faiz ödəmək şərtilə 1300 AZN məbləğində kredit verilməsini nəzərdə tutan kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, X6 üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun banka 1096.49 manat əsas və 144.63 manat faiz borcu qalmışdır, iddiaçı hazırda həmin borc məbləğini tələb edir, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir, onun vərəsələri Cavabdeh1 və Cavabdeh2dur, onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, cavabdehlərə iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə bildiriş ünvanlanmışdır. İddiaçı 1096.49 manat əsas borc, 144.63 manat faiz borcu olmaqla cəmi 1241.12 manat məbləğində kredit borcunun ödənilməsini tələb edir, cavabdehlər iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun (X6) ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, həmçinin cavabdehlər iddia tələbini qəbul etdiyindən iddiaçı hazırki iddia tələbi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kredit borcunun kimdən tutulmasına münasibətdə hesab edir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından və vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduğundan kredit borcu cavabdehlərdən paylarına mütənasib olaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, 1096.49 manat əsas borc və 144.63 manat faiz borcu olmaqla, ümumilikdə 1241.12 manat paylarına mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli və iddia tələbinin həcmi (1241.12 manat olması) nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 32.42 manat və 0,40 manat bank xərci cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 paylarına mütənasib olaraq xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1096.49 manat əsas borc və 144.63 manat faiz borcu olmaqla, ümumilikdə 1241 (min iki yüz qırx bir) manat 12 (on iki) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat 42 (qırx iki) qəpik və dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş xidmət haqqı kimi 40 (qırx) qəpik məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5730/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5730/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver