Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5732/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qıznın sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" MTK-na qarşı “mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədlərin verilməsi və mənzildə təmir işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması barədə” iddiasına, İlkin iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MTK –nın cavabdeh İddiaçı qarşı “kommunal ödənişlərinin ödənilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İlkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" MTK-na qarşı “mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədlərin verilməsi və mənzildə təmir işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MTK –nın cavabdeh İddiaçı qarşı “kommunal ödənişlərinin ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" MTK-na qarşı – müqavilə üzrə dəyəri tərəfindən tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 175 kv/m olan 4 otaqlı, 15 saylı mənzilin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və həmin mənzildə təmir işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MTK –nın cavabdeh İddiaçı qarşı – cavabdeh İddiaçı ilkin iddiası rədd ediləməsi və Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 175 kv/m olan 4 otaqlı, 15 saylı mənzilin hesablanmış cəmi 10080 kommunal ödənişlərinin cavabdeh İddiaçı tərəfindən "xxxx" MTK –ya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə vəsatət ilə müraciət edərək, icraatda olan İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədlərin verilməsi və mənzildə təmir işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması barədə” iddia tələbinə dair işin məhkəmənin hazırlıq iclasından baxılmadan iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. lkin iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə vəsatət ilə müraciət edərək, icraatda olan e-2(011)-5732/2023 saylı mülki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qızma qarşı “Kommunal ödənişlərin ödənilməsi barədə” qarşılıqlı iddia tələbinə dair iş üzrə qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin və ödəilmiş dövlət rüsumunun məhkəmənin hazırlıq iclasından baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki,ilkin və qarşılıqlı iddia ərizələr və ona əlavə edilmiş sənədlər rüsumlar ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İlkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" MTK-na qarşı “mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədlərin verilməsi və mənzildə təmir işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması barədə” iddia ərizəsi geri qaytarılsın. İlkin iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MTK –nın cavabdeh İddiaçı qarşı “kommunal ödənişlərinin ödənilməsi barədə” iddia ərizəsi geri qaytarılsın. İlkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) qaytarılsın. İlkin iddia tələbi üzrə cavabdeh, qarşlıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MTK tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş 120.24 (yüz iyirmi manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5732/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5732/2023
08.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver