Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5733/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehli oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehli oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 10 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşağın saxlanılması üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Övladı 13 iyun 2015-ci il təvəllüdlü X5 “Autizm” xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicələr aparılır. Hətta sağlığı ilə bağlı xarici ölkədə də müalicələri davam etdirilir. Lain valideyn olaraq cavabdeh uşağın heç bir müalicəsi ilə maraqlanmır, heç bir xərc ödəmir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, 13 iyun 2015-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat alimentin və övladlarının müalicəsi üçün hər ay 300 manat sabit pul məbləği olmaqla, cəmi 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, X5 “Autizm” xəstəliyindən əziyyət çəkir və iddiaçının hər ay mütəmadi olaraq uşağın müalicəsi ilə bağlı xərcləri mövcuddur. Belə ki, uşaq həftədə 3 dəfə loqopedik seanslarda, paralel olaraq həftədə 6 dəfə psixopedaqoji seanslarda iştirak etməlidir və bu seanslarla bağlı 444 manat ödəniş edilməlidir. Məhkəmə iclası barədə Cavabdehli oğluna lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 271060 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdehli oğlu ilə X4 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” X10 tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, 13 iyun 2015-ci il təvəllüdlü X5 müxtəlif tarixlərdə həmin mərkəzdə müayinədən keçmiş və ona “uşaq autizmi, kanner sindrom F84.0” diaqnozu qoyulmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, 01 aprel 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək PSM-nin uşaq reabilitasiya şöbəsində müalicə olunmuşdur. İş materiallarında olan X9 tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış verilir 13 iyun 2015-ci il təvəllüdlü X3 ondan ötrü ki, o, həqiqətən 05 mart 2018-ci il tarixdə X7 psixopedqoji və loqopedik diaqnostika üçün müraciət etmiş, uşaq autizm, kanner sindromu diaqnozu ilə həmin tarixdən etibarən mərkədə uzun müddətli terapiyaya başlamışdır. 05 mart 2018-ci ildən həftədə 6 dəfə olmaqla psixopedaqoji seanslarda, 11 yanvar 2021-ci ildən isə həftədə 3 dəfə loqopedik seanslarda, paralel olaraq həftədə 6 dəfə psixopedaqoji seanslarda iştirak etmişdir. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, tərəflərin birgə nikahlarından olan 13 iyun 2015-ci il təvəllüdlü X5 psixopedaqoji və loqopedik seanslarda iştirak etmiş və ümumilikdə 444 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Mülki işdə olan sübutlarla tədiq edilir ki, X5 “Autizm” xəstəliyindən əziyyət çəkir və iddiaçının hər ay mütəmadi olaraq uşağın müalicəsi ilə bağlı xərcləri mövcuddur. Belə ki, uşaq həftədə 3 dəfə loqopedik seanslarda, paralel olaraq həftədə 6 dəfə psixopedaqoji seanslarda iştirak etməlidir və bu seanslarla bağlı cəmi 444 manat ödəniş edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi alimentin məbləği uşaqın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu, eyni zamanda uşağın mütəmadi müalicəyə ehtiyacı olduğu üçün iddia qismən təmin edilməli və Cavabdehli oğlundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4738/2019 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən 13 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi ilə əlaqədar 444 manat məbləğinin 50%-i məbləğində, yəni 222 manat məbləğində əlavə xərc iddiaçının xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehli oğlundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4738/2019 saylı, 24 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən 13 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi ilə əlaqədar 222 manat əlavə xərc İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdehli oğlundan iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5733/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5733/2022
23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver