Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5733/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2 qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 xeyrinə 17.000 (on yeddi min) manat məbləğində pul məbləğinin və İddiaçı1 xeyrinə 12.000 (on iki min) ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdeh X1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh X3 İddiaçı2 xx.xx.2021-ci il tarixdə 17 000 (on yeddi min) manat məbləğində borc pul almış, aralarındakı borc münasibətlərini həmin tarixdə notarial qaydada müqavilə bağlamaqla rəsmiləşdirmişdirlər. Kredit müqaviləsinin müvafiq müddəalarına əsasən, cavabdeh X3 müvafiq borc məbləğinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi öhdəliyini daşımışdır. Lakin hazırki dövrə qədər cavabdeh borc məbləğini ödəməmiş, borcun ödənilməsi üçün heç bir hərəkət icra etməmişdir. Eyni zamanda, X3 mülki iş üzrə digər İddiaçı1 xx.xx.2022-ci il tarixdə 10 000 ABŞ dolları məbləğində borc pul almış, öz şəxsi əlyazması ilə xx.xx.2022-ci il tarixdə 12.000 (on iki min) ABŞ dolları olaraq geri qaytaracağını bildirsə də, daha sonra yenidən ərizə yazaraq pul öhdəliyinin icra müddətini xx.xx.2022-ci il tarixinədək uzatmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə ödənilmiş 151 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı2 tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə ödənilmiş 151 manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5733/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5733/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver