Məhkəmə qərarları › İş №e-2(011)-5737/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5737/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5737/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı –xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********13407 olan Samsung Galaxy A51 markalı telefon üçün 209,6 manat ödənilməmiş hissə, 20,4 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********50160 olan Samsung Galaxy S10+ Dual markalı telefon üçün 271,7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********80862 olan Samsung Galaxy A10 markalı telefon üçün 153,3 manat ödənilməmiş hissə, 15,7 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəsinə əsasən, İMEİ kodu **********24710 olan Samsung Galaxy S10+ Dual markalı telefon üçün 177,7 manat ödənilməmiş hissə 17,3 manat cərimə borcu olmaqla ümumilikdə 893 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən , İMEİ Kodu **********13407 olan Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********50160 olan Samsung Galaxy S10+ Dual markalı telefon, İMEİ kodu **********80862 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu **********24710 olan Samsung Galaxy S10+ Dual markalı telefon almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 893 manat borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 943,2 manat (18 ay 52,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********13407 olan Samsung Galaxy A51 markalı telefon üçün 230 manat olmaqla ondan, 209,6 manat ödənilməmiş hissə, 20,4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 362,32 manat (3 ay x 90,58 manat + 90,58 manat ilkin ödəniş) İMEİ kodu **********50160 olan Samsung Galaxy S10+ Dual markalı telefon üçün 299 manat olmaqla ondan, 271,7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 167,28 manat (11 ay x 13,94 manat +13,94 manat ilkin ödəniş) olan İMEİ kodu **********80862 olan Samsung Galaxy A10 markalı telefon üçün 169 manat olmaqla ondan, 153,3 manat ödənilməmiş hissə, 15,7 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 555,48 manat (5 ay x 92,58 manat + 92,58 manat ilkin ödəniş) olan İMEİ kodu **********24710 olan Samsung Galaxy S10+ Dual markalı telefon üçün 195 manat olmaqla ondan, 177,7 manat ödənilməmiş hissə, 17,3 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1215,98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" MMCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21099655 saylı, xx.xx.2019-cu il tarixdə 00971315 saylı, xx.xx.2020-ci il tarixdə 20163720 saylı, xx.xx.2019-cu il tarixdə 01086937 saylı müqavilələr bağlanmışdır. Göstərilən müqavilələrə əsasən İMEİ Kodu **********13407 olan Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********50160 olan Samsung Galaxy S10+ Dual markalı telefon, İMEİ kodu **********80862 olan Samsung Galaxy A10 markalı telefon, , İMEİ kodu **********24710 olan Samsung Galaxy S10+ Dual markalı telefon, ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. Ona borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə görə 209,6 (iki yüz doqquz manat altmış qəpik) manat ödənilməmiş borc, 20,4 (iyirmi manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 271,7 (iki yüz yetmiş bir manat yetmiş qəpik) manat ödənilməmiş borc, 27,3 (iyirmi yeddi manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 153,3 (yüz əlli üç manat otuz qəpik) manat ödənilməmiş borc, 15,7 (on beş manat yetmiş qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə görə 177,7 (yüz yetmiş yeddi manat yetmiş qəpik) manat ödənilməmiş borc 17,3 (on yeddi manat otuz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 923 (doqquz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar