Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5761/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə HAC000588 saylı, xx.xx.2024-cü il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 132 AZN borcun, 19.8 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abbaslı Həsənbala Cəmiyyətdin ilə Cavabdeh arasında bağlanmış HAC000588 saylı, xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 198 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə Abbaslı Həsənbala Cəmiyyətdin arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Abbaslı Həsənbala Cəmiyyətdinin Cavabdeh qarşı olan 198 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 132 manat əsas borcu, 19.8 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abbaslı Həsənbala Cəmiyyətdin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, HAC000588 saylı Nisyə Alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqaviləyə əsasən, dəyəri 198 AZN olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.2-ci bəndi). Satıcı alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və digər üçüncü şəxslərə güzəşt edə bilər (Müqavilənin 2.1.3-cü bəndi). Alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 2.4.4-cü bəndi). Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr AR qanunvericiliyinə əsasən AR məhkəmələrində həll edilir (Müqavilənin 5.2ci bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, HAC000588 saylı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh qiyməti 99 manat olan 2 ədəd malı 0 manat ilkin ödəniş etməklə, 3 ay müddətinə, aylıq ödənişi 66 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 198 AZN məbləğində mal Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir, Cavabdeh malın texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. İş materiallarından görünür ki, Abbaslı Həsənbala Cəmiyyətdin ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R-1725/22 saylı tələbin güzəşti barədə Faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir (Müqavilənin 2.1-ci bəndi). Sazişin imzalanması ilə faktor borcluya qarşı münasibətdə kreditor qismində çıxış edir, borcludan öhdəliklərinin icra edilməsini tələb edir, borcludan tələb məbləğini toplayır (Müqavilənin 2.4-cü bəndi). Sazişin imzalanmasından sonra 3 (üç) iş günü ərzində borcluya tələbin güzəşt edilməsi barəsində bildiriş göndərməlidir (Müqavilənin 6.1-ci bəndinin c yarımbəndi). Borclu əsas müqəvilənin- Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq ödənişi gecikdirərsə və ya heç icra etməzsə, müştəri faktor qarşısında borc məbləği və hesablanmış dəbbə pulu dəyərində məsuliyyət daşıyır, müştəri bəhs edilən zərəri faktordan bu barədə bildiriş aldığı tarixdən sonrakı 7 iş günü ərzində qarşılamalı və ya borclunun ödənişi həyata keçirməsini təmin etməlidir. Müştəri faktora dəyən zərəri vaxtında qarşılamazsa, gecikdirdiyi hər gün üçün tələb dəyərinin Sazişdə göstərilən faiz dərəcəsində məsuliyyət daşıyır (Müqavilənin 7.1-ci bəndinin b yarımbəndi). İş materiallarında olan R-1725/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq mqaviləsinə əlavə olunan xx.xx.2024-cü il tarixli, R-17xx/xx-0065 saylı Sazişdən görünür ki, bu Saziş R-1725/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əlavədir və onun ayırlmaz tərkib hissəsidir (Sazişin 2-ci bəndi). Bu Saziş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Abbaslı Həsənbala Cəmiyyətdin arasında bağlanmışdır, faktora güzəşt edilən ümumi tələb məbləği 4479 manat təşkil edir (Sazişin 1-ci bəndi). İş materiallarında olan xx.xx.2025-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, Cavabdeh HAC000588 saylı müqavilə üzrə 198 manat məbləğində borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Abbaslı Həsənbala Cəmiyyətdin ilə bağlanan HAC000588 saylı, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir, Cavabdeh ona təqdim olunmuş bildirişi təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh HAC000588 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 132 manat, cərimə borcu üzrə 19.8 manat olmaqla, cəmi borcunun məbləği 151.8 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı QSC Cavabdeh xx.xx.2025-ci il tarixində borcunu ödəməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Abbaslı Həsənbala Cəmiyyətdin oğlu ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, HAC000588 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermişdir, alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Abbaslı Həsənbala Cəmiyyətdin ilə İddiaçı QSC arasında bağlanmış R- 1725/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2024cü il tarixli, R-17xx/xx-0065 saylı Sazişə əsasən tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hazırda cavabdehin iddiaçıya olan əsas borcu 132 manat, cərimə borcu 19.8 manat olmaqla, ümumilikdə 151.8 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən, tələblərin və digər hüquqların alğısatqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 656-cı maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, HAC000588 saylı, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsi, R-1725/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2024-cü il tarixli, R-17xx/xx-0065 saylı Sazişə əsasən, 132 manat əsas borc, 19.8 manat cərimə borcu olmaqla, ümumilikdə 151.8 manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, HAC000588 saylı Nisyə alqı-satqı müqaviləsi, R-1725/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsi və həmin Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2024-cü il tarixli R-17xx/xx-0065 saylı Sazişə əsasən, 132 manat əsas borc, 19.8 manat cərimə borcu olmaqla, ümumilikdə 151 (yüz əlli bir) manat 80 (səksən) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş xidmət haqqı kimi 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5761/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5761/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver