Məhkəmə qərarları › İş №e-2(011)-5762/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5762/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5762/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, 2 ədəd Zəmanət + 1 il xidməti, Diamond - Yataq - çarpayı - Bazalı, Diamond - yataq - Sürgülü dolab, Nevresim takımı, 12 ədəd Zəmanət + 2 il xidməti, 6 ədəd Stul, Yatak Örtüsü - Tekstil, Bodrum - Yataq - çarpayı, Matras, 2 ədəd Bodrum - Yataq - Tumba, Bodrum - Yataq - Termo, Ameliya- Qonaq - Masa, Bodrum - Yataq - 4 qapılı Dolab, Divan örtüyü - Tekstil, Terra xalça və nəticədə 3566,70 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2560,56 manat (24 ay x 106.69 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Zəmanət + 1 il xidməti, Diamond - Yataq - çarpayı - bazalı, Diamond - yataq - Sürgülü dolab, Nevresim takımı üçün mumilikdə, 231,09 manat olmaqla ondan, 210,08 manat ödənilməmiş hissə, güzəşt olunaraq 21,01 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5063,76 manat (24 ay x 210.99 manat + 0 manat ilkin ödəniş) olan 12 ədəd Zəmanət + 2 il xidməti, 6 ədəd Stul, Yatak Örtüsü - Tekstil, Bodrum - Yataq - çarpayı, Matras, 2 ədəd Bodrum - Yataq - Tumba, Bodrum - Yataq - Termo, Ameliya- Qonaq - Masa, Bodrum - Yataq - 4 qapılı Dolab üçün ümumilikdə, 2747,7 manat olmaqla ondan, 2497,92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 249,8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 705,84 manat (24 ay x 29.41 manat + 0 manat ilkin ödəniş) olan Divan örtüyü - Tekstil, Terra xalça üçün ümumilikdə, 587,90 manat olmaqla ondan, 534,45 manat ödənilməmiş hissə, güzəşt olunaraq 53,45 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixində 2 ədəd Zəmanət + 1 il xidməti, Diamond - Yataq - çarpayı - bazalı, Diamond - yataq - Sürgülü dolab-dan imtina etmiş və məhsul 2350,48 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixində 5 ədəd Zəmanət + 2 il xidməti, Bodrum - Yataq - çarpayı, 2 ədəd Bodrum - Yataq -Tumba, Bodrum-Yataq-Termo, Bodrum - Yataq - 4 qapılı dolab-dan imtina etmiş və məhsul 2565,84 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2350,48 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2565,84 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 171,39 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olanə təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı göstərilənlərə nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Zəmanət + 1 il xidməti, Diamond - Yataq - çarpayı - Bazalı, Diamond - yataq - Sürgülü dolab, Nevresim takımı üçün, 210,08 manat ödənilməmiş hissə, 21,01 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 12 ədəd Zəmanət + 2 il xidməti, 6 ədəd Stul, Yatak Örtüsü - Tekstil, Bodrum - Yataq - çarpayı, Matras, 2 ədəd Bodrum - Yataq - Tumba, Bodrum - Yataq - Termo, Ameliya- Qonaq – Masa, Bodrum - Yataq - 4 qapılı dolab üçün, 2497,92 manat ödənilməmiş hissə, 249,8 manat cərimə, 15 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən, Divan örtüyü - Tekstil, Terra xalça üçün, 534,45 manat ödənilməmiş hissə, 53,45 manat cərimə olmaqla, ümumilikdə 3566,70 manat borc, 55,67 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 06 oktyabr 2023-cü il, 21 oktyabr 2023-cü il və 15 noyabr 2023-cü il tarixli müqavilələrə və həmin müqavilələrə əlavədən görünür ki, cavabdehə 12 ədəd Zəmanət + 2 il xidməti, 6 ədəd Stul, Yatak Örtüsü - Tekstil, Bodrum - Yataq - çarpayı, Matras, 2 ədəd Bodrum - Yataq - Tumba, Bodrum - Yataq - Termo, Ameliya- Qonaq - Masa, Bodrum - Yataq - 4 qapılı Dolab, 2 ədəd Zəmanət + 1 il xidməti, Diamond - Yataq - çarpayı - bazalı, Diamond - yataq - Sürgülü dolab, Nevresim takımı və Divan örtüyü - Tekstil, Terra xalça satılmışdır. İş materiallarında olan 19 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 06 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 21 oktyabr 2023cü il tarixli müqaviləyə əsasən, 10 noyabr 2023-cü il tarixində 2 ədəd Zəmanət + 1 il xidməti, Diamond - Yataq - çarpayı - bazalı, Diamond - yataq - Sürgülü dolab-dan imtina etmiş və məhsul 2350,48 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmış, 06 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən, 19 oktyabr 2023-cü il tarixində 5 ədəd Zəmanət + 2 il xidməti, Bodrum - Yataq - çarpayı, 2 ədəd Bodrum - Yataq -Tumba, Bodrum-Yataq-Termo, Bodrum - Yataq - 4 qapılı dolab-dan imtina etmiş və məhsul 2565,84 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Beləliklə 06 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 2497,92 manat ödənilməmiş hissə, 249,80 manat cərimə borcu, 21 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 210,08 manat ödənilməmiş hissə, 21,01 manat cərimə borcu, 15 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 534,45 manat ödənilməmiş hissə, 53,45 manat cərimə borcu olmaqla, ümumilikdə 3566,70 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdeh X1 ünvanladığı 30 yanvar 2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 06 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 2497,92 manat ödənilməmiş hissə, 249,80 manat cərimə borcu, 21 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 210,08 manat ödənilməmiş hissə, 21,01 manat cərimə borcu, 15 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 534,45 manat ödənilməmiş hissə, 53,45 manat cərimə borcu olmaqla, ümumilikdə 3566,70 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 06 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 2497,92 manat ödənilməmiş hissə, 249,80 manat cərimə borcu, 21 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 210,08 manat ödənilməmiş hissə, 21,01 manat cərimə borcu, 15 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 534,45 manat ödənilməmiş hissə, 53,45 manat cərimə borcu olmaqla, ümumilikdə 3566,70 manat borc və 55,67 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova İş № e-2(011)-5762/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, hakim Abbasova İlahə Namiq Kamal qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada 08 avqust 2025-ci il tarixdə saat 14:45-də Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etdim. Protokol 08 avqust 2025-ci il tarixdə tərtib olundu. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar