Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5831/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 135.7 AZN əsas, 20.3 AZN cərimə borcu olmaqla, ümumilikdə 156 AZN; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 458.4 AZN əsas, 68.7 AZN cərimə borcu olmaqla, ümumilikdə 527.1 AZN; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 445.4 AZN əsas, 66.8 AZN cərimə borcu olmaqla, ümumilikdə 512.2 AZN, ümumilikdə üç müqavilə üzrə 1039.5 AZN əsas, 155.8 AZN cərimə borcu olmaqla, 1195.3 AZN cəmi borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.95 AZN pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı İPHONE markalı mobil telefona görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 143 manat olmaqla 1709.90 AZN məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində əsas borc üzrə 135.7 AZN, cərimə borcu üzrə 203 AZN məbləğində borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müştəriyə cərimə məbləğinin 90%-i güzəşt edilmişdir, hazırda onun bu müqavilə üzrə 20.3 AZN cərimə borcu, olmaqla 156 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı HONOR markalı mobil telefon və iki ədəd aksesuar üçün 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 42 manat ödəmək şərti ilə 752.4 AZN məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində əsas borc üzrə 458.4 manat, cərimə borcu üzrə 687 manat borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müştəriyə cərimə məbləğinin 90%-i güzəşt edilmişdir, hazırda onun bu müqavilə üzrə 68.70 manat cərimə borcu olmaqla, cəmi 527.10 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh HONOR markalı mobil telefon və qol saatı almışdır, ödəniş cədvəli üzrə 18 ay müddətinə, hər ay 41 manat olmaqla 732.40 manat ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində qeyd edilən müqavilə üzrə əsas borc üzrə 445.4 AZN, cərimə borcu üzrə 668 AZN borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1%-i dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müştəriyə cərimə məbləğinin 90%-i güzəşt edilmişdir, hazırda onun bu müqavilə üzrə 66.8 AZN cərimə borcu olmaqla, cəmi 512.2 AZN borcu yaranmışdır. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı Alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir (Müqavilənin 1-ci bəndi). Alıcı bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öz öhdəsinə götürür (Müqavilənin 3.2.1-ci bəndi). Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyatlı məhkəmələri tərəfindən həll olunur (Müqavilənin 4.3-cü bəndi). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, satıcı İPHONE 13 128GB Pink model telefonu 12 ay müddətinə Cavabdeh nisyə satır, müqavilə üzrə borc 1709.99 AZN, aylıq ödəniş 143 AZN, ilkin ödəniş 380 AZN təşkil edir, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Məhsulların Təhvil-təslim aktından görünür ki, Cavabdeh məhsulu təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ödəniş Cədvəlindən görünür ki, ümumi dəyəri 1709.99 AZN olan İPHONE 13 128GB Pink model telefonu 12 ay müddətinə , hər ay üçün aylıq ödəniş 143 AZN (yalnız xx.xx.2024-cü il tarixli sonuncu aylıq ödəniş 136.99 AZN) olmaqla, Cavabdeh satılmışdır, hər gecikən günə ödəniş məbləğinin 1%-i dəyərində (minimum 50 qəpik) cərimə əlavə olunur. Cavabdeh da ona təqdim olunmuş ödəniş cədvəlinə əsasən, aylıq ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı Alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir (Müqavilənin 1-ci bəndi). Alıcı bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öz öhdəsinə götürür (Müqavilənin 3.2.1-ci bəndi). Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyatlı məhkəmələri tərəfindən həll olunur (Müqavilənin 4.3-cü bəndi). İş materialarında olan xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ümumi dəyəri 732.48 AZN olan HONOR 90 Lite 8GB/256GB CYAN LAKE model telefon və Smart Watch HONOR Band 9 Blue model qol saatı 18 ay müddətinə, aylıq 41 AZN ödəmək şərti ilə, Cavabdeh satılmışdır. Gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Məhsulların Təhvil-təslim aktından görünür ki, Cavabdeh məhsulu təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh ümumi dəyəri 732.48 AZN olan HONOR 90 Lite 8GB/256GB CYAN LAKE model telefon və Smart Watch HONOR Band 9 Blue model qol saatı 18 ay müddətinə, hər ay üçün aylıq ödəniş 41 AZN (yalnız xx.xx.2025-ci il tarixli sonuncu ödəniş 35.48 AZN) olmaqla satılmışdır, hər gecikən günə ödəniş məbləğinin 1%-i dəyərində (minimum 50 qəpik) cərimə əlavə olunur. Cavabdeh da ona təqdim olunmuş ödəniş cədvəlinə əsasən, aylıq ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsindən görünür ki, bu müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı Alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir (Müqavilənin 1-ci bəndi). Alıcı bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öz öhdəsinə götürür (Müqavilənin 3.2.1-ci bəndi). Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyatlı məhkəmələri tərəfindən həll olunur (Müqavilənin 4.3-cü bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, satıcı HONOR 90 Lite 8GB/256GB Titanium Silver model telefonu və X1 HONOR Choice Earbuds X5 Lite White model 2 ədəd aksesuarı 18 ay müddətinə Cavabdeh nisyə satır, müqavilə üzrə borc 752.47 AZN, aylıq ödəniş 42 AZN təşkil edir, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Məhsulların Təhvil-təslim aktından görünür ki, Cavabdeh məhsulu təhvil almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunu ödəməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, müqavilənin müddəti 12 ay, müqavilə üzrə məbləğ 1709.9 AZN, aylıq ödəmə 143 AZN-dir, Cavabdeh tərəfindən cəmi 1574.2 AZN ödəniş edilmişdir, onun 135.7 AZN əsas, 203 AZN cərimə borcu olmaqla, ümumilikdə 388.70 AZN borcu vardır; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, müqavilənin müddəti 18 ay, müqavilə üzrə məbləğ 752.4 AZN, aylıq ödəmə 42 AZN, ödənilən məbləğ 294 AZN, əsas borcun qalığı 458.4 AZN, cərimə borcu 687 AZN, cəmi borc 1145.40 AZN təşkil edir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, müqavilənin müddəti 18 ay, müqavilə üzrə məbləğ 732.4 AZN, aylıq ödəmə 41 AZN, ödənlən məbləğ 287 AZN təşkil edir. Cavabdeh 445.4 manat əsas, 668 manat cərimə borcu olmaqla, "xxxx" MMC qarşısında 1113.4 manat borcu yaranmışdır. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli, ********** saylı Mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 31.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən, ümumi dəyəri 1709.99 AZN olan İPHONE 13 128GB Pink model telefon 12 ay müddətinə, aylıq 143 AZN ödəmək şərti ilə; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 752.47 AZN olan HONOR 90 Lite 8GB/256GB Titanium Silver model telefon və X1 HONOR Choice Earbuds X5 Lite White model 2 ədəd aksesuar 18 ay müddətinə, aylıq 42 AZN ödəmək şərti ilə; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 732.48 AZN olan HONOR 90 Lite 8GB/256GB CYAN LAKE model telefon və Smart Watch HONOR Band 9 Blue model qol saatı 18 ay müddətinə, hər ay üçün aylıq ödəniş 41 AZN ödəmək şərti ilə Cavabdeh satılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələrinə əsasən, 1039.5 AZN əsas, 155.8 AZN cərimə borcu olmaqla, ümumilikdə 1195.3 AZN borcu qalmışdır. Cavabdeh "xxxx" MMC qarşısında yaranmış borcu barədə xəbərdar edilmiş, lakin o, borcunun ödənməsini təmin etməmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələrinə əsasən, 1039.5 AZN əsas, 155.8 AZN cərimə borcu olmaqla, ümumilikdə 1195.3 AZN məbləğində pul vəsaiti alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xəeclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.95 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələrinə əsasən, 1039.5 AZN əsas, 155.8 AZN cərimə borcu olmaqla, ümumilikdə 1195 (min yüz doxsan beş) manat 30 (otuz) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5831/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5831/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver