Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5841/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.4167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit götürmüşdür. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə 4.03.2021-ci il tarixdə bağladığı 009KK**********01 saylıkart kredit müqaviləsinə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X2 aylıq faiz dərəcəsi 2% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür.
2. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır.
3. Cavabdeh götürdüyü kredit bоrcundan 4172.08 manat ödəniş etmiş və оnun iddiaçıya 4327.92 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 499 gün üçün hesablanmış faiz borcu 219.17 manat təşkil edir. Bundan başqa 009KK**********01 saylı kredit müqviləsi üzrə Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 499 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 923.28 manat təşkil edir.
İddiaçının tələbi:
4. xx.xx.2021-ci il tarixli 009A********** saylı kredit razılaşması üzrə 4327.92 manat əsas borc, 673.2 manat faiz borcu, 409.58 manat cərimə olmaqla, cəmi 5410.7 manat, xx.xx.2024-cü il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000 manat məbləğində kredit bоrcu, 219.17 manat məbləğində faiz bоrcu və 923.28 manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 7553 (yeddi min beş yüzəlli üç) manat 15 (on beş) qəpik məbləğində bоrcun və ödənilmiş 95.54 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı QSC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə: - xx.xx.2021-ci il tarixli 009A********** saylı kredit razılaşması üzrə 4327.92 manat əsas borc, 673.2 manat faiz borcu, 409.58 manat cərimə olmaqla cəmi 5410.7 manat, xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000 manat məbləğində kredit bоrcu, 219.17 manat məbləğində faiz bоrcu və 923.28 manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 7553 ( yeddi min beş yüz əlli üç) manat 15 (on beş) qəpik məbləğində bоrcun və ödənilmiş 95.54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz və yaxud digər sənəd məhkəməyə daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixində məhkəmyə ərizə ilə müraciət edərək mülki iş üzrə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müracət edərək, hazırda ölkəxaricində müalicəsi davam etdiyi üçün xx.xx.2024-cü il tarixli məhkəmə iclasına qatıla bilməyəcəyini, ölkəyə 25 oktyabrdan sonra qayıdacağını və bu səbəblə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. 01 mart 2021-ci il tarixli, 009A********** №-li kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 1.4167 % olmaqla 8500 manat məbləğində kredit verilmişdir. Kreditin aylıq ödənişi 304 manat məbləğindədir.
10. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 01 mart 2021-ci il tarixli, 009A********** №-li kredit müqaviləsinə əsasən, borcu əsas məbləğ üzrə 4327,92 manat, faiz üzrə 673,20 manat, cərimə üzrə 409,58 manat olmaqla, ümumilikdə 5410,70 manat məbləğindədir.
11. 04 mart 2021-ci il tarixli, 009KK**********01 №-li kredit müqaviləsinə əsasən, Cavabdeh aylıq 2 % dərəcəsi ilə 36 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir.
12. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 04 mart 2021-ci il tarixli, 009KK**********01 №-li kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 1000 manat, faiz üzrə 219,17 manat, cərimə üzrə 923,28 manat olmaqla, ümumilikdə 2142,45 manat məbləğindədir.
13. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.
14. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə banka olan 5410,70 manat məbləğində borcun, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə banka olan 2142.45 manat məbləğində borcun, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
16. xx.xx.2024-cü il tarixli, 60048095 №-li ödəniş qəbzinə əsasən, İddiaçı QSC tərəfindən Xətai Rayon Məhkəməsinin hesabına 95.54 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
17. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).
22. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçı iddia tələbində xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə cavabdehdən 1000 manat məbləğində kredit bоrcu, 219.17 manat məbləğində faiz bоrcu və 923.28 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmişdir. İddiaçının tələb etdiyi 923,28 manat məbləğində cərimə borcunun əsas borca mütənasib olmadığı qənaətinə gələn məhkəmə cərimə borcunun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. (MM 467)
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 mart 2021ci il tarixli, 009A********** №-li kredit müqaviləsinə əsasən, əsas məbləğ üzrə 4327,92 manat, faiz üzrə 673,20 manat, cərimə üzrə 409,58 manat olmaqla, cəmi 5410,70 manat, 04 mart 2021-ci il tarixli, 009KK**********01 №-li kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1000 manat, faiz üzrə 219,17 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1319,17 manat, iki müqavilə üzrə ümumilikdə 6729,28 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 87,30 (səksən yeddi manat otuz qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 01 mart 2021-ci il tarixli, 009A********** №-li kredit müqaviləsinə əsasən, əsas məbləğ üzrə 4327,92 manat, faiz üzrə 673,20 manat, cərimə üzrə 409,58 manat, 04 mart 2021-ci il tarixli, 009KK**********01 №-li kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1000 manat, faiz üzrə 219,17 manat, cərimə üzrə 100 manat olmaqla, ümumilikdə 6729,28 (altı min yeddi yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin.
3. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 87,30 (səksən yeddi manat otuz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova