Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5848/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, "xxxx" ASC-nin İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviçə qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsələri İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviçdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı X9 müqaviləsinə əsasən, 306.45 manat əsas və 26.74 manat faiz borcu olmaqla, cəmi 333.19 manat və xx.xx.2020-ci il tarixli, BPM**********39 nömrəli Kredit müqaviləsinə əsasən, 8375.06 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 8375.07 manat, ümumilikdə 8708.26 manat pul vəsaitinin, həmçinin ödənilmiş 133.76 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi L.Rufullazadə iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı X9 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı Kredit müqaviləsinə əsasən 26 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ- İİ №130810 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, X-581 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviç olduğu müəyyən edilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı X9 müqaviləsi üzrə ödənilməmiş 306.45 manat əsas və 26.74 manat faiz borcu qalmışdır. Həmçinin, Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı Kredit müqaviləsi üzrəödənilməmiş 8375.06 manat əsas və 0.01 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-15973/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncular öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********13 saylı kredit müqaviləsi ilə borc verən borc alana 26 ay müddətinə illik 17%-lə 15000 manat kredit verməyi üzərinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı X9 müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 215TZDL193520001 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə illik 17% dərəcəsi, 26 ay müddətinə, kredit məbləği 15000 manat olmaqla, xx.xx.2024-cü il tarixə ödənilməmiş 8375,06 manat əsas borc, ödənilməmiş 0,01 manat faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 8375,07 manatdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə illik 24% dərəcəsi, 36 ay müddətinə, kredit məbləği 500 manat olmaqla, xx.xx.2024-cü il tarixə ödənilməmiş 306,45 manat əsas borc, ödənilməmiş 26,74 manat faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 333,19 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric orderlərindən görünür ki, Azərbaycan Beynəlxalq Bankın Xətai filialı tərəfindən X2 hesabına 4000 və 11000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə borcun 3 gün müddətində qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış X3 görünür ki, İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviç xx.xx.2020-ci il tarixdə ölmüş şəxs X2 qanun üzrə vərəsələridir. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,1kv.m, yaşayış sahəsi 39 kv.m, yardımçı sahəsi 22,1 kv.m. 2 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış X3 görünür ki, İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviç xx.xx.2020-ci il tarixdə ölmüş şəxs X2 qanun üzrə vərəsələridir. Şəhadətnamə verilən miras əmlak: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD677391 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2016-cı il olan FORD ECO SPORT minik markalı **-VC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli X- 581 saylı məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2020-ci ildə vəfat etməsi ilə əlaqədar miras qoyanın vərəsələrinin müraciəti əsasında xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviç miras qoyanın vərəsələridir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X2 vərəsələri İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviç hər biri miras əmlak olan FORD ECO SPORT minik markalı **-VC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1/5 hissə irs almalıdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X2 vərəsələri İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviç hər biri miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,1kv.m, yaşayış sahəsi 39 kv.m, yardımçı sahəsi 22,1 kv.m. 2 otaqlı olan mənzildən 1/5 hissə irs almalıdır. İş materiallarında olan AZ-İİ 130810 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Covid-19 virusdan Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 133,76 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixdə 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit verilməsini nəzərdə tutan BPM**********39 saylı X9 müqaviləsi və xx.xx.2019-cu il tarixdə 26 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 15000 manat kredit verilməsini nəzərdə tutan BPM**********13 saylı Kredit müqaviləsi bağlanılmışdır, həmin müqavilələrə əsasən, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, F.İsmayılov üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun banka əsas və faiz borcu qalmışdır, F.İsmayılov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, onun qanuni vərəsələri İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviçdir. Bununla belə, cavabdehlər tərəfindən müqavilə ödəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun (F.İsmayılovun) ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, miras qoyanın vərəsələrinin hər biri miras əmlakdan 1/5 hissədə irs qəbul etdiyindən və kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviçdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı X9 müqaviləsinə əsasən, 306.45 manat əsas və 26.74 manat faiz borcu olmaqla, cəmi 333.19 manat və xx.xx.2020-ci il tarixli, BPM**********39 nömrəli Kredit müqaviləsinə əsasən, 8375.06 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 8375.07 manat, ümumilikdə 8708.26 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, onlardan dövlət rüsumu qismində ödənilmiş 133,76 manat, bank xidməti kimi ödənilmiş 0,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmaılova Nure, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Fikrəddinoviç və Cavabdeh1 Fikrəddinoviçdən müştərək qaydada X9 müqaviləsi və Kredit müqaviləsinə əsasən ümumilikdə 8708 (səkkiz min yeddi yüz səkkiz) manat 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 76 (yetmiş altı) qəpik və bank xidmətinə görə 40 (qırx) qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5848/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5848/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver