Məhkəmə qərarları › İş №e-2(011)-5854/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5854/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5854/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********35781 Samsung GalaxyA7 markalı telefon, X3, Power Bank Mİ, SAMSUNG MİCROSDXC, 4D Glass Full üçün 296 (iki yüz doxsan altı) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X6, Şirə çəkən HOFFMANN üçün 190.5 (yüz doxsan, əlli qəp) manat ödənilməmiş hissə, 19.5 (on doqquz, əlli qəp) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X2 507.5 (beş yüz yeddi, əlli qəp) manat ödənilməmiş hissə, 50.5 (əlli, əlli qəp) manat cərimə, ümumilikdə 1553 manat borc və 35.53 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Tozsoran Philips, İmei kodu **********35781 Samsung Galaxy A7 markalı telefon, X3, Power Bank Mİ, SAMSUNG MİCROSDXC, 4D Glass Full, X6, Şirə çəkən HOFFMANN, X5 almışdır, cavabdehin xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1553 manat borc yaranmışdır, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 618.2 manat (21 ay x 28.1 manat + 28.1 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün ümumilikdə 460 manat olmaqla ondan 419 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 526.24 manat (15 ay x 32.89 manat + 32.89 manat ilkin ödəniş) olan İmei kodu **********35781 Samsung Galaxy A7 markalı telefon, X3, Power Bank Mİ, SAMSUNG MİCROSDXC, 4D Glass Full üçün ümumilikdə 325 manat olmaqla ondan 296 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 335.44 manat (13 ay x 23.96 manat + 23.96 manat ilkin ödəniş) olan X6, Şirə çəkən HOFFMANN üçün ümumilikdə 210 manat olmaqla ondan 190.5 manat ödənilməmiş hissə, 19.5 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 661.18 manat (25 ay x 25.43 manat + 25.43 manat ilkin ödəniş) olan X5 üçün ümumilikdə 558 manat olmaqla ondan 507.5 manat ödənilməmiş hissə, 50.5 manat cərimə pulu miqdarında borc yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 728.06 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir, cavabdehlə bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20096761 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", X5 saatı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, X5 saat Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20186606 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", X6, HOFFMANN şirə çəkəni müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, X6, HOFFMANN şirə çəkən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00800681 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Philips tozsoranı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Philips tozsoran Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 00414089 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********35781 Samsung Galaxy A7 markalı telefon, X3, Power Bank Mİ, SAMSUNG MİCROSDXC, 4D Glass Full müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********35781 olan Samsung Galaxy A7 markalı telefon, X3, Power Bank Mİ, SAMSUNG MİCROSDXC, 4D Glass Full Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əlavə Sazişlərə əsasən, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə ödəniş cədvəllərinə dəyişiklik edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 419 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********35781 Samsung Galaxy A7 markalı telefon, X3, Power Bank Mİ, SAMSUNG MİCROSDXC, 4D Glass Full üçün 296 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X6, Şirə çəkən HOFFMANN üçün 190.5 manat ödənilməmiş hissə, 19.5 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X5 üçün 507.5 manat ödənilməmiş hissə, 50.5 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş borcu 1553 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı ABC Telecom MMC tərəfindən 35,53 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa müddət ərzində ödəməsi, əks halda aidiyyəti dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Philips markalı tozsoran, İmei kodu **********35781 olan Samsung Galaxy A7 markalı telefon, X3, Mİ markalı Power Bank, SAMSUNG MİCROSDXC, 4D Glass Full, X6, HOFFMANN markalı şirə çəkən və Samsung Galaxy markalı saata dair xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr üzrə ödəniş cədvəlinə xx.xx.2021-ci il tarixli Əlavə sazişə əsasən dəyişiklik edilmişdir, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu (xx.xx.2021-ci il tarixli əlavə sazişlər nəzərə alınmaqla) xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 419 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, 296 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 190.5 manat ödənilməmiş hissə, 19.5 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 507.5 manat ödənilməmiş hissə, 50.5 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 1553 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 419 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 296 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 190.5 manat ödənilməmiş hissə, 19.5 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 507.5 manat ödənilməmiş hissə, 50.5 manat cərimə olmaqla, ümumilikdə 1553 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 35,53 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 419 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 296 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 190.5 manat ödənilməmiş hissə, 19.5 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 507.5 manat ödənilməmiş hissə, 50.5 manat cərimə olmaqla, ümumilikdə 1553 (min beş yüz əlli üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat 53 (əlli üç) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar