Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5866/2022 05.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı "xxxx" (KATV1) MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" (KATV1) MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" (KATV1) MMC Cavabdeh qarşı – cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 59,40 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 189,80 manat məbləğində pulun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə "xxxx" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulular. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunan ünvan 2rəfindən təstiq edilmiş xx.xx.2007-ci il tarixli daçınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən də göründüyü kimi qeyd olunan tarixdən cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mükiyyətçisi olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və xx.xx.2014-cü il tarixdə 24,90 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini qanunsuz qoşulma faktını etiraf etmiş və aktı imzalamış, bu barədə 2122 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 2122 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən aslı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2012-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 198 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 59,40 manat təşkil edir. Bundan əlavə "xxxx" (KATV1) MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: Belə ki, 2122 N saylı xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilinin sakini “KATV1” kabel şəbəkəsinə lazımı müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında Cavabdeh arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2014-cü il tarixinədək son ödəməsini etmişdir. xx.xx.2014cü il tarixində 24,90 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 2122 N saylı akt tərtib olunana qədər ünvan 4 ünvanında yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixində baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-nə hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat məbləğində pul ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, ev 3 ünvanında yerləşən 5 saylı mənzildə yaşayır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 2122 N saylı aktdan da görünür ki, xx.xx.2014-cü il tarixdə kabel şəbəkəsinə baxış keçirilərkən ünvan 4 ünvanında yerləşən mənzilində “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı, Ramiz Abdullayev ilə bağladığı müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, mənzilin sakini və iş üzrə cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 59,40 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, cavabdehin şəbəkədən ayrıldığı xx.xx.2014-cü il tarixdən və sonuncu dəfə həmin ünvana iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə baxış keçirildikdən sonra qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 198 gün təşkil edir. Belə ki, kabel televizyasının xidmətindən istifadə üçün gündəlik abunə haqqı isə 30 qəpik təşkil edir. Həmin hesabla bu məbləğ 59,40 (198 gün x 0,30 manat = 59,40 manat) manat təşkil edir. Bununla da, 59,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. Məhkəmə hesab edir ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 59,40 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hüquqi xidmət üçün cavabdehdən iddiaçının xeyrinə 100 manat xidmət haqqı ödənilməsi tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Ona görə ki, məhkəmə telekommunikasiya xətlərinə nəzarət baxışı zamanı binaların yoxlanmasının bir mənzil üzrə xidmət haqqının 100 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmir. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, 50 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 59,40 manat və hüquqi yardıma görə çəkilən xərclərin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" (KATV1) MMC-nə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 59,40 (əlli doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" (KATV1) MMC-nə ödənilsin. Hüquqi yardıma görə çəkilən xərclərin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh alınaraq "xxxx" (KATV1) MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5866/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5866/2022
05.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver