Məhkəmə qərarları › İş №e-2(011)-5867/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5867/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5867/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı AG Telekom MMC Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı AG Telekom MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı öz iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi geri qaytarıldığından iddiaçı AG Telekom MMC tərəfindən dövlət büdcəsinə “X1”ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. iddiaçı AG Telekom MMC tərəfindən dövlət büdcəsinə “X1” ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar