Məhkəmə qərarları › İş №e-2(011)-5885/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5885/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5885/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsinə əsasən, 1233 manat əsas borc, 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1266 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh ümumi dəyəri 1233 (min iki yüz otuz üç) manat olan məişət avadanlıqları əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1233 (min iki yüz otuz üç) manat əsas borcu qalıb. xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsi üzrə 1233 manat əsas borc, 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1266 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissə-hissə ödəniş şərti ilə 1233 manat məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş etməyib və qalan 1233 AZN məbləği 3 ay müddətinə aylıq 411 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, Cavabdeh 1 ədəd Prestige Karyola, 1 ədəd Prestige Moonlight Başlık, 1 ədəd Prestige Komadin, 1 ədəd Lily Matras 160/200 adlı malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan Pretenziyadan görünür ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixində bildiriş göndərməklə, ondan məktub ünvana daxil olduğu vaxtdan 3 iş günü müddətində ümumi borcu olan 1233 manat pul məbləğini iddiaçıya ödəməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”-ndan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsi üzrə ödənilməmiş 1233 (min iki yüz otuz üç) manat əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə dəyəri 1233 manat olan məişət avadanlıqlarının cavabdehə satılması barədə xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə təhvil-təslim aktında cavabdehin həmin avadanlıqları əldə etməsi qeyd olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsi üzrə həmin əşyalara dair ümumilikdə 1233 manat əsas borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh İddiaçı tərəfindən borcunun olması barədə xəbərdar edilsə də, yenə də borcunun ödəməsini təmin etməmişdir. Bununla belə, əşyaya görə qalıq borca görə cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, bağlanmış xx.xx.2024cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsinə əsasən, ümumilikdə ödənilməmiş 1233 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, EHK6757204-M saylı borc müqaviləsi üzrə 1233 (min iki yüz otuz üç) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar