Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5908/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 62.800 manat pulun və həmin məbləğin qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2025-cü ilin iyul ayına kimi hesablanan illik faiz dərəcəsi 5% olmaqla 18840 manat kompensasiyasının, eləcə də məhkəməyə ödədiyi dövlət rüsumu əvəzi 340 manat pulun alınıb ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı onunla X4 arasında alğı satqı müqaviləsi bağlanmış və mənzilin satıcısına verilməsi üçün mənzilin dəyəri qismində notariusun depozit hesabına tərəfindən 60.000 manat pul köçürülüb (üzünə də 2800 nəğd olaraq verilib). Mənzilin alğı-satqısına dair müqaviləni mənzil mülkiyyətçisi (satıcı) adından etibarnaməsi əsasında Cavabdeh çıxış edib. Sonradan X4 iddiası ilə mənzilin alğı-satqısına dair aparılmış əməliyyatlar məhkəmə tərəfindən etibarsız hesab edilmiş və mənzil X1 mülkiyyətinə və istifadəsinə qaytarılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh mənzilə görə ödədiyi 60.000 manat pulu notariusun depozit hesabından çıxardıqdan sonra mənzilin mülkiyyətçisinə verməmiş, eləcə də mənzilin mülkiyyətçisinin onun adına verdiyi etibarnaməsindən sui istifadə edərək mənzili, mülkiyyətçisinin iradə və istəyinə zidd olaraq satmışdır. Tərəflərin izahatı: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirlməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3015/2022 nömrəli iş üzə 23 may 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi rədd, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X22 adından cavabdehlər Cavabdeh ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin mənzillə bağlı cavabdehlər X17 ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, qeyd olunan mənzillə bağlı X10 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilə etibarsız hesab edilmiş və X5 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülmüşdür. Qətnamədə göstərilmişdir ki, məhkəməyə təqdim еdilmiş nоtariat işlərində оlan ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5051/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin (103)-3015/2022 nömrəli iş üzə 23 may 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin X11 ilə Məhərrəmova Əfsanə Ələddəin qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yeni apelyasiya baxışına göndərilmiş, qətnamə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin İddiaçı cavabdeh X3 qarçı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsinin ləğv edilərək, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85,88 saylı mənzillə bağlı X22 adından cavabdehlər Cavabdeh ilə İddiaçı arasında 11 saylı notariat kontorundan bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh İddiaçı evi borc pul müqabilində girov qoymaq məqsədi olmuş, tərəflər arasında bağlanan alqı-satqı bu məqsədlə olmuşdur. Göründüyü kimi, bağlanılan alqı-satqı mülkiyyətçi B.Məlikovanın iradə ifadəsinə uyğun olmamış, o, mənzili satmaq niyyəti ilə təmsilçi –Cavabdeh etibarnamə verməmiş, həmçinin təmsil edən Cavabdeh da əqdi bağlayarkən aldanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X11 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, X6 Məhərrəmova Əfsanə Ələddin qızının xeyrinə 64000 (altmış dörd min manat) manat pul tutulması, X4 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2429/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-735/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 62.800 manat pulun tutulmasını xahiş etmişdir. Tələbinin əsası kimi bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı onunla X4 arasında alğısatqı müqaviləsi bağlanmış və mənzilin satıcısının nümayəndəsi kimi cavabdehə mənzilin dəyəri qismində notariusun depozit hesabına 60.000 manat pul vəsaiti köçürümüş və 2800 manat nağd şəkildə vermişdir. Sonradan X4 məhkəmə iddia ərizəsi ilə müraciət edərək mənzilin alğı-satqısına dair aparılmış əməliyyatlar məhkəmə tərəfindən etibarsız hesab edilmiş və mənzil X1 mülkiyyətinə və istifadəsinə qaytarılmışdır. Belə olan halda onun tərəfindən ödənilmiş 60.000 manat və əlavə 2800 manat geri qaytarılmalıdır. Məhkəmə 60.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddiaya qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır. Belə ki, yuxarıda istinad edilən məhkəmə qərarlarından görünür ki, hər iki tərəfin iştirak etdiyi məhkəmə prosesləri nəticəsində Cavabdeh təmsilçiliyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı İddiaçı ilə X4 arasında alğı-satqı müqaviləsi İddiaçı evi borc pul müqabilində girov qoymaq məqsədi ilə bağlandığı, həmçinin təmsil edən Cavabdeh da əqdi bağlayarkən aldadıldığı müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qərarlarında göstərilmişdir ki, məhkəməyə təqdim еdilmiş nоtariat işlərində оlan ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20.000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40.000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 60.000 manat pul vəsaitinin Cavabdeh tutulması tələbinə dair iddia əsassızdır və təmin edilməməlidir. Digər tərəfdən məhkəmə 2800 manat pul vəsaitinə dair qeyd edir ki, İddiaçı Cavabdeh nağd şəkildə qeyd olunan pul vəsaitini verdiyini iddia etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Bununla yanaşı həmin Məcəllənin 201-ci maddəsinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, sınması, korlanması nəticəsində işəgötürənə vurulan ziyana görə işçi, maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Məhkəmə illik faiz dərəcəsi 5% olmaqla 18840 manat kompensasiyasının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının ilkin tələbi təmin edilmədiyindən ondan törəmə olan bu tələbi də təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 62.800 manat pulun və həmin məbləğin qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2025-cü ilin iyul ayına kimi hesablanan illik faiz dərəcəsi 5% olmaqla 18840 manat kompensasiyasının, alınıb ona qaytarılması tələbləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası rədd edildiyinə görə məhkəmə xərclərinə daxil olan dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 62.800 manat pulun və həmin məbləğin qanunsuz olaraq saxlanıldığı xx.xx.2019-cu il tarixdən 2025-cü ilin iyul ayına kimi hesablanan illik faiz dərəcəsi 5% olmaqla 18840 manat kompensasiyasının, eləcə də məhkəməyə ödədiyi dövlət rüsumu əvəzi 340 manat pulun alınıb ona qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5908/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5908/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver