Məhkəmə qərarları › İş №e-2(011)-5913/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5913/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5913/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X2 Cavabdeh BabayevaXanım Vaqif qızının iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – İddiaçı xeyrinə 12 000 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə 10000 ABŞ dolları məbləğində borc pul almış, öz şəxsi əlyazması ilə xx.xx.2022-ci il tarixdə 12 000 (on iki min) ABŞ dolları olaraq geri qaytaracağını bildirsə də, daha sonra yenidən ərizə yazaraq pul öhdəliyinin icra müddətini xx.xx.2022-ci il tarixinədək uzatmışdır. Lakin buna baxmayaraq, hələ də öz öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, Cavabdeh onlara məhəl qoymadan, öhdəliklərinin icrasından çəkinmişdir Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında izahatında göstərdi ki, ona 6500 ABŞ dolları məbləğində pul verilib və onun tərəfindən 7500 ABŞ dolları məbləğində qaytarılmalı idi. İddiaçı Vəfa xanımı şəxsən tanımır, Gülnarə xanım Vəfa xanımdan pulu alıb ona verdiyini bildirmişdir. Ona hədə qorxu gəldiyindən 12000 ABŞ dolları məbləğində pulun qaytarılması ilə bağlı iltizam yazmışdır. O da qorxduğu üçün yazmışdır. Eyni zamanda cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmədiyini iddianı qismən qəbul edərək, 7500 ABŞ dolları məbləğində pulun qaytarmalı olduğunu qeyd etmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2022-ci il tarixli əl yazmadan görünür ki, görünür ki, X1 Vəfa Hidayət qızından (xx.xx.1977) xx.xx.2022-ci il tarixində 10000 ABŞ dolları borc götürmüş və bu borcu xx.xx.2022-ci il tarixdə İddiaçı 12000 ABŞ dolları şəklində qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əl yazmadan görünür ki, görünür ki, üzürlü səbəblərdən xx.xx.2022-ci ildə 12000 ABŞ dolları qaytara bilməmiş, və bu müqavilənin xx.xx.2022-ci il tarixə qədər uzadılmasını xahiş etmişdir və xx.xx.2022-ci il tarixində 14000 ABŞ dolları qaytaracığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 151 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Cavabdeh tərəfindən borcunun etirafı qaydasında yazılı iltizam verərkən hədəqorxu, təkid altında imzaladığını bildirsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Hər hansı zorakılıqdan, bəhs etmək mümkün deyildir. Borcunu etiraf etməsi barədə yazılı iltizamın mahiyyətcə qeyri obyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Eyni zamanda cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmədiyini qeyd etmişdir. Məhkəmə cavabdehin pulu İddiaçı deyil, Gülnarə Rəsulovadan alması dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan əlyazmada cavabdeh qeyd edilən pul məbləğini məhz İddiaçı aldığını və ona qaytaracağını qeyd etmişdir. Məhkəmə iclaslnda cavabdeh özü də əlyazmanın onun tərəfindən yazıldığını və imzanın ona məxsus olduğunu bildirmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh iddiada qeyd olunan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq aldığı pulu qaytarmamışdır.İddiaçı, alacağının olmasını yazılı borc sənədi ilə sübuta yetirmiş, cavabdeh etirazının əsasında duran halları (onun əslində 6500 ABŞ dolları aldığını, əvəzində isə 7500 ABŞ dolları qaytarmalı olduğunu) sübuta yetirə bilməmişdir. Halbuki, qanuna əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin iddianın 151 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) ABŞ dolları məbləğində borc və 151 (yüz əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar