Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5943/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)040719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 8.571,99 manat məbləğində borcun, bundan 8224,45 manat əsas borcun, 183,38 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 164,16 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 105.72 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 04 iyul 2019-cu il tarixli NBNP ***- *******FİMSA(B)040719-01nömrəli kredit müqaviləsinə əsasən 17 oktyabr 2014-cü il tarixli 29-MK/2562 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh1 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 8526,79 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 04 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 16 oktyabr 2024-cü il tarixli 12-5/2-X-41- 3478/2024 saylı bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər kredit borcunun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də Cavabdeh1 04 iyul 2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)040719-01 nömrəli kredit müqaviləsi üzrə 28 noyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 8571,99 manat məbləğində borcu vardır. Bundan 8224,45 manat əsas borc, 183,38 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 164,16 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Tərəflərin mövqeləri: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, ilk 12 ay yalnız faiz borcu, sonrakı aylar isə həm əsas borc, həm də faiz borcu ödənilməli idi. Sonradan borcun məbləği restrukturizasiya edilmiş, pandemiya şəraiti ilə əlaqədar olaraq ödənişlər vaxtında edilməmişdir. İddiaçı ASC ləğv edildikdən sonra kreditin ödənilməsi qaydası ilə bağlı onlara heç kim məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 izahatı ilə razı olduğunu bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli NBNP ***-*******FİMSA(B)040719-01 saylı güzəştli şərtlərlə kreditin verilməsinə dair müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 29- MK/2562 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin restrukturizasiyası məqsədilə, illik 1% dərəcəsi ilə, 5 il müddətinə 8526,79 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)040719- 01 saylı kredit müqaviləsi üzrə aylıq ödəniş ilk 12 ay razılaşdırılmış məbləğdə, sonrakı aylar üzrə isə hər ay 181,29 manat (sonuncu ay üzrə 180,97 manat) təşkil edir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ***- *******FİMSA(B)040719-01/ZM/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)040719-01 saylı kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2019-cu il tarixli NBNP ***- *******FİMSA(B)040719-01 saylı kredit müqaviləsi üzrə əsas borc 8224 manat, faqiz borcu 183,38 manat, gecikdirilmiş vaxt üçün hesablana faiz borcu 164,16 manat olmaqla, cəmi borc 8571,99 manat təşkil edir. İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ünvanlanmış bildirişdə cavabdehlərin xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)040719-01 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixinə 8224,45 manat əsas, 193,38 manat faiz olmaqla, cəmi 8417,83 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən, banka olan borc məbləğinin tam olaraq 5 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli NBNP ***- *******FİMSA(B)040719-01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaq şərtilə, 8526,79 manat kredit verilmişdir. Həmçinin bank ilə digər Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyət daşıyır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7-ci maddəyə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, İddiaçı ASC müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəliyini icra etmişdir. Lakin Cavabdeh1 aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC restukturizasiya məqsədilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin hesabına keçiriməklə özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin cavabedeh Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh İddiaçı ASC-dən müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi 8224,45 manat məbləğində əsas borcun və əsas borca hesablanmış 183,38 manat faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış pulun tələb edilməsi hissəsində təmin edilməlidir. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə, yəni xx.xx.2024cü il tarixədək bağlansa da, Cavabdeh1 öhdəliyini yerinə yetirməyərək nə müqavilə müddəti bitənədək, nə sonrakı müddətdə borcunu tam ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin İddiaçı ASC-yə qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1 ilə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddianın ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)040719-01 nömrəli kredit müqaviləsinə əsasən 8224,45 manat əsas borc, 183,38 manat faiz borcu, 164,16 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu, 105,72 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8677,71 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-5943/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5943/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver