Məhkəmə qərarları › İş №e-2(011)-5949/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5949/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5949/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, LM042100437 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 163,30 (bir yüz altmış üç manat, 30 qəpik) manat məbləğində əsas borc, 4,56 (dörd manat, 56 qəpik) manat məbləğində faiz borcu, 0,09 (09 qəpik) məbləğində cərimə borcu, 11,24 (on bir manat, 24 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 179,19 (bir yüz yetmiş doqquz manat, 19 qəpik) manat, xx.xx.2021-ci il tarixli, LM052100247 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 343,37 (üç yüz qırx üç manat, 37 qəpik) manat məbləğində əsas borc, 7,45(yeddi manat,45 qəpik) manat məbləğində faiz borcu, 2,80(iki manat, 80 qəpik) manat məbləğində cərimə borcu, 36,15(otuz altı manat, 15 qəpik) manat məbləğində məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 389,77(üç yüz səksən doqquz manat, 77 qəpik) və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh oğlu (bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2021-ci il tarixli,LM042100437 saylı və xx.xx.2021-ci il tarixli, LM052100247 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli, LM042100437saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 163,30 (bir yüz altmış üç manat 30 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Qeyd olunan restrukturizasiya müqaviləsi 30 ay müddətinə bağlanmış, xx.xx.2021-ci il tarixli, LM042100437saylı restrukturizasiya müqaviləsi üzrə isə borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli, LM052100247 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 343,37 (üç yüz qırx üç manat 37 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Qeyd olunan restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanmış, xx.xx.2021-ci il tarixli, LM052100247saylı restrukturizasiya müqaviləsi üzrə isə borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin: 1. xx.xx.2021-ci il tarixli, LM042100437saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 163,30 (bir yüz altmış üç manat, 30 qəpik) manat məbləğində əsas borc, 4,56 (dörd manat, 56 qəpik) manat məbləğində faiz borcu, 0,09 (09 qəpik) məbləğində cərimə borcu, 11,24 (on bir manat, 24 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 179,19 (bir yüz yetmiş doqquz manat, 19 qəpik) manat; 2. xx.xx.2021-ci il tarixli, LM052100247 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 343,37 (üç yüz qırx üç manat, 37 qəpik) manat məbləğində əsas borc, 7,45(yeddi manat,45 qəpik) manat məbləğində faiz borcu, 2,80(iki manat, 80 qəpik) manat məbləğində cərimə borcu, 36,15(otuz altı manat, 15 qəpik) manat məbləğində məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 389,77(üç yüz səksən doqquz manat, 77 qəpik) manat borcu qalmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM042100437 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/66099/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 163 (bir yüz altmış üç) manat 30 (otuz) qəpik məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, LM042100437 nömrəli restrukturizasiya müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, verilən kreditin məbləği 163.3 manat, illik faiz dərəcəsi 1%, müddət 30 ay, aylıq ödəniş 5.51 (yalnız xx.xx.2023 tarixli sonuncu ödəniş 5.62 manat) manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 12-5/2A-21-7592/2025 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh LM042100437 nömrəli restrukturizasiya müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 163.3 AZN, faiz üzrə borcu 15.8 AZN, cərimə borcu üzrə 0.09 AZN olmaqla, ümumilikdə 179.19 AZN təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan restrukturizasiya müqaviləsi üzrə öhdəliyini 5 gün müddətində tam yerinə yetirməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM052100247 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/91115/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 343 (üç yüz qırx üç) manat 37 (otuz yeddi) qəpik məbləği restrukturizasiya olunur və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, LM052100247 nömrəli restrukturizasiya müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, verilən kreditin məbləği 343.37 manat, illik faiz dərəcəsi 1%, müddət 24 ay, aylıq ödəniş 14.46 (yalnız xx.xx.2023 tarixli sonuncu ödəniş 14.38 manat) manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 12-5/2A-21-7588/2025 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh LM052100247 nömrəli restrukturizasiya müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 343.37 AZN, faiz üzrə borcu 43.6 AZN, cərimə borcu üzrə 2.8 AZN olmaqla, ümumilikdə 389.77 AZN təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan restrukturizasiya müqaviləsi üzrə öhdəliyini 5 gün müddətində tam yerinə yetirməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir, bank xidmət haqqı 0,40 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 1 faiz olmaqla 30 ay müddətinə - xx.xx.2023-cü il tarixinədək, 163.3 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında xx.xx.2021-ci il tarixli, LM042100437 nömrəli və illik 1 faiz olmaqla 24 ay müddətinə - xx.xx.2023-cü il tarixinədək, 343.37 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında xx.xx.2021-ci il tarixli, LM052100247 nömrəli restrukturizasiya müqavilələri bağlanmışdır, müqaviləyə əsasən, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, Cavabdeh pulu bankdan təhvil almışdır, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya 506.67 AZN əsas, 59.4 AZN faiz, 2.89 AZN cərimə olmaqla, cəmi 568.96 manat borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə Bank tərəfindən xx.xx.2025-ci ildə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 506.67 AZN əsas, 59.4 AZN faiz, 2.89 AZN cərimə olmaqla, cəmi 568.96 manat alınaraq QSC “Bank Standard” Kommersiya Bankına ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, LM042100437 nömrəli və xx.xx.2021-ci il tarixli, LM052100247 nömrəli restrukturizasiya müqavilələrinə əsasən 506.67 AZN əsas, 59.4 AZN faiz, 2.89 AZN cərimə olmaqla, cəmi 568 manat (beş yüz altmış səkkiz) manat 96 (doxsan altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq QSC “Bank Standard” Kommersiya Bankına ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar