Məhkəmə qərarları › İş №e-2(011)-5956/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5956/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5956/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6600 manat, dövlət rüsumuna görə ödənilmiş 85 manat pul vəsaitin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir müddətdir ki, ortaq tanışları vasitəsilə tanış olmaqla, onunla hər hansı ədavəti və yaxud işbirliyi olmamışdır. Əksinə, aralarında dost münasibətləri və etibarlı münasibətlər yaranmışdır. Cavabdeh 18 fevral 2025-ci il tarixdə iddiaçıya telefonla və “whatsapp” proqramı vasitəsilə müraciət edərək, maddi sıxıntısı olduğunu və ona borc pul lazım olduğunu bildirib 1 aydan sonra qaytarmaq şərtilə 7000 manat pul istəmişdir. İddiaçı da Cavabdeh inandığı üçün, həm də pulu 1 aylıq istədiyi üçün rəsmi notarial qaydada borc müqaviləsinin bağlanmasına lüzum görməmiş və Cavabdeh xahişinə əsasən “E-manat” terminalı vasitəsilə 19 fevral 2025-ci il tarixdə Kapitalbanka məxsus olan **********084370 nömrəli bank kartına 6000 (altı min), **********826467 nömrəli Bank kartına isə 600 (altı yüz) manat pul köçürmüşdür. Həmin bank kartlarının nömrələrini iddiaçıya Cavabdeh özünün istifadəsində olan mobil telefondakı “whatsapp” proqramı vasitəsilə göndərmişdir. Hal-hazıradək Cavabdeh dəfələrlə pulunu geri istəməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını aldatmış və ona olan etibarından suiistifadə edərək borcunu qaytarmaqdan imtina etmiş, nəticə etibarı ilə isə cavabdeh iddiaçının pul vəsaitinin hesabına əsassız olaraq gəlir əldə etmişdir və varlanmışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Təqdim edilmiş “WhatsApp” yazışmalarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında müəyyən pul məbləğinin borc qismində cavabdehə verilməsi ilə bağlı razılıq əldə edilmişdir. Belə ki, tərəflərin razılıqlarına əsasən cavabdeh bank kartını iddiaçıya təqdim etməklə, 19 fevral 2025-ci il tarixdə iddiaçıdan müəyyən pul məbləğini ona atmasını xahiş etmişdir. İddiaçı həmin pul məbləğlərini cavabdehin göndərdiyi bank hesabına köçürmüşdür. İddiaçı cavabdehə ödəniş üçün **********084370 və **********826467 saylı kart hesabları göndərmişdir. 19 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, 416973****4370 saylı kart hesabına 6000 manat pul köçürülmüşdür. 19 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, 4***********6467 saylı kart hesabına 600 manat pul köçürülmüşdür. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında əldə olunmuş razılığı şifahi bağlanmış borc müqaviləsi hesab etmək olar. Belə ki, tərəflərin razılıqlarına əsasən İddiaçı fərqli kart hesablarına 6000 və 600 manat pul məbləğini cavabdehin “Whatsapp” sosial şəbəkəsi üzərindən təqdim etdiyi kart hesablarına göndərmişdir, bu hal iddiaçı tərəfindən təqdim edilmiş 19 fevral 2025-ci il tarixli qəbzlərlə təsdiq edilir. Cavabdeh isə indiki tarixədək həmin pul məbləğlərinin iddiaçıya geri qaytarılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6600 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 85 manat. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumunun cavabdehdən tutulması tələbi olduğundan, 85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” iddiası təmin edilsin. Cavabdeh 6600 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar