Məhkəmə qərarları › İş №e-2(011)-5974/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5974/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5974/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE027860 saylı, xx.xx.2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 213,99 əsas borc, BE127675 saylı xx.xx.2024-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 483,99 əsas borc, ümumilikdə 697,98 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında BE027860 saylı, xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 8-dən gec olmamaqla 17 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında BE127675 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 29 manat ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE027860 saylı müqaviləyə əsasən 213,99 manat əsas borc, BE127675 saylı müqaviləyə əsasən 483,99 manat əsas borc, ümumilikdə 697,98 manat borcu qalmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlılq edilməklə məhkəmə iclasına çağırılmış, lakin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BE027860 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən İnfinix Hot 40İ 8/128GB NFC Starlıt Black markalı mobil telefon, BE127675 saylı xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə isə əsasən Redmi Note 13 6GB/128GB Midnight Black NFC markalı mobil telefon almışdır. Cavabdeh İE127675 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 21, manat ilkin ödəniş etməklə, 24 ay müddətinə 4 ay 17 manat, 15 ay 16 manat, 4 ay 14 manat, bir ay isə 13,99 manat olmaqla, ümumilikdə 377,99 manat, BE027860 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 18 ay müddətinə 12 ay 29 manat, 5 ay 28 manat, 1 ay isə 25,99 manat olmaqla, ümumilikdə 513,99 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtlı-vaxtında icra etmədiyinə görə onun BE027860 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 213,99 manat, BE127675 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 483,99 manat məbləğində borcu yaranmışdır. İddiaçı cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə malların almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış BE027860 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 213,99 (iki yüz on üç manat doxsan doqquz qəpik) manat, BE127675 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 483,99 (dörd yüz səksən üç manat doxsan doqquz qəpik) manat, ümumilikdə 697,98 (altı yüz doxsan yeddi manat doxsan səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar