Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5985/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il tarixli, 541123 saylı müqavilə üzrə 200 manat əsas borc, 60 manat dəbbə pulu olmaqla, cəmi 260 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 232 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, cəmi 302 manat, ümumilikdə 562 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərir və Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibidir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 541123 saylı müqavilənin şərtlərinə əsasən, cavabdeh ümumi dəyəri 1026 manat olan 1 ədəd “Lacor” markalı qazan, ətdöyən və keramik bıçaq, 1 ədəd “Kenwood" markalı ətçəkən və sokçəkən, “Braun" markalı ütü almış, ilkin ödəniş olaraq 30 manat ödəniş etmiş, nəticədə 996 manat borc yaranmışdır. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, cavabdeh ümumi dəyəri 372 manat olan 1 ədəd “Samsung Galaxy J2" markalı telefon almış, ilkin ödəniş olaraq 24 manat ödəniş etmiş, nəticədə 348 manat borc yaranmışdır. Cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş, 541123 saylı müqavilə üzrə 200 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu və ******* saylı müqavilə üzrə 232 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 541123 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı ümumi dəyəri 1026 manat olan 1 ədəd “Lacor” markalı qazan, ətdöyən və keramik bıçaq, 1 ədəd “Kenwood" markalı ətçəkən və sokçəkən, “Braun" markalı ütünü cavabdehə satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı ümumi dəyəri 372 manat olan 1 ədəd “Samsung Galaxy J2" markalı telefonu cavabdehə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı borcu xx.xx.2018-ci il tarixli, 541123 saylı müqavilə üzrə 200 manat əsas borc, 60 manat dəbbə pulu olmaqla, cəmi 260 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 232 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, cəmi 302 manat, ümumilikdə 562 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqaviləni bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı xx.xx.2018-ci il tarixli, 541123 saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 541123 saylı müqavilə üzrə 200 manat əsas borc, 60 manat dəbbə pulu olmaqla, cəmi 260 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 232 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, cəmi 302 manat, ümumilikdə 562 (beş yüz altmış iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5985/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5985/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver