Məhkəmə qərarları › İş №e-2(011)-5987/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5987/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5987/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – cavabdehdən 286,68 manat əsas borc, 204 manat faiz borcu cəmi 490,68 manat məbləğinin və 30 manat manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 13 noyabr 2019-cu il tarixli 090245 saylı kompleks bank xidməti müqaviləsinə əsasən Cavabdeh valyutası AZN olan 5417 **** **** 5769 №-li X1 debet kartı verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq 2021-ci ilin dekabr ayının 15-dan 25-nə olan dövrdə ödəniş kartında vəsait olmadığı halda həmin kartdan istifadə etməklə 286.68 azn məbləğində əməliyyat aparmışdır. Texniki overdraft üzrə xx.xx.2023-cü ilə olan borcun məbləği: əsas borc üzrə 286.68 manat, faizlər üzrə 204 manat təşkil edir. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdehə göndərilən məhkəmə bildirişi ünvanda yaşayış olmaması səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 090245 saylı xx.xx.2019-cu il tarixli, 090245 saylı kompleks bank xidməti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.4.4-ci bəndinə əsasən Müştəri bank qarşısında yaranmış öhdəliklərinin (kredit, zaminlik, ipoteka, girov, xidmət haqqı üzrə borc və bunlarla məhdudlaşmadan digər öhdəliklərin) icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir; Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən Müştəri yaranmış “texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi ilə hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarırır. İş materiallarından olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan debet dövriyyəsi 3.125,12 manat, kredit dövriyyəsi 2.836,36 manat təşkil edir. Overdraft (-286.68) manat, buna görə hesablanmış faizlər (-21,87) manat təşkil edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan hesab haqqında məlumatdan görünür ki, debet dövriyyəsi 3,36 manat, kredit dövriyyəsi 3,36 manat təşkil edir. Overdraft (-286.68) manat, hesablanmış faizlər (-137,94) manat təşkil edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixindən xx.xx.2022-cü il tarixədək olan hesab haqqında məlumatdan görünür ki, debet dövriyyəsi 0 manat, kredit dövriyyəsi 0 manat təşkil edir. Overdraft (-286.68) manat, hesablanmış faizlər (-204) manat təşkil edir. İş materiallarında olan “overdraft borcunun faizlərinin və penyanın hesablanması haqqında” arayışdan görünür ki, overdraft nəticəsində yaranan borc 286,68 manat, overdraftın faiz dərəcəsi 42%, iddia qaldıran günə əsas borcun məbləği 286,68 manat, iddia qaldıran günə faiz borcunun məbləği 204 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 490,68 manat təşkil edir. Cavabdeh borcun ödənilməsi barədə xx.xx.2023-cü ildə İddiaçı ASC tərəfindən xəbərdarlıq göndərilmişdir. Beləliklə iş materialları ilə sübuta yetirilir ki, texniki səbəblərdən cavabdehin kart hesabından sonuncuya məxsus olmayan 286.68 manat pul vəsaiti silinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə təsdiq edilir ki, cavabdeh özünə aid olmayan 286.68 manat pul vəsaiti hesabına əsassız varlanmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, əsassız fayda məbləği kimi tələb edilən 286.68 manat məbləğin cavabdehdən alımasına dair iddia tələbləri əsaslıdır və buna görə də təmin edilməlidir. Tərəflərin bağladığı kompleks bank xidməti müqaviləsinə əsasən cavabdeh qeyd olunan texniki nasazlıq nəticəsində əldə əldə etdiyi pul vəsaitlərinə görə faizlər ödəmək öhdəliyi götürmüşdür. Buna görə də iddia tələbləri faizlərin ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli kompleks bank xidməti müqaviləsinə əsasən texniki nasazlıq nəticəsində cavabdehin kart hesabına köçürülmüş 286,68 (iki yüz səksən altı manat altmış səkkiz qəpik) manat məbləği və buna görə hesablanmış 204 (iki yüz dörd) manat məbləğində faiz borcu, ümumilikdə 490,68 (dörd yüz doxsan manat altmış səkkiz qəpik) manat məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar