Məhkəmə qərarları › İş №e-2(011)-5998/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5998/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5998/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin xitamı, avtomobilin qaytarılması və borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqavilənin xitamı, avtomobilin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 2457 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin təhvil verilməməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 25.557,20 manat əsas borcun, 7677 manat cərimənin, 45.000 manat icarə haqqının və 324,70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 2457 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən MMC-nin mülkiyyətində olan “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA020598 şassi (ban) nömrəli, ağ rəngli, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 6200 manat, 36 ay müddətinə, hər ay 853 manat ödəniş etməklə, cəmi 36.875,2 manata cavabdehə satılmışdır. Lakin cavabdeh avtomobil üçün 6200 manat ilkin ödəniş, 06 ay üçün 853 manatdan cəmi 11.318 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən MMC-yə heç bir ödəniş etməyərək 25.557,20 manat əsas borcu ödəməmişdir. Müqavilə öhdəliyinin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də o, borcunu ödəməkdən yayınmışdır. Sonda cavabdehin qeydiyyat ünvanına pretenziya məktubu ünvanlanmış, lakin buna baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2020-ci il tarixli, 2457 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobil təhvil verildiyi günə qədər gecikdirildiyi hər gün üçün 50 manat məbləğində istifadə haqqı ödənilməlidir. Cavabdeh avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verilən günədək, 900 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirdiyi hər gün üçün 50 manat olmaqla, cəmi 45.000 manat istifadə haqqı hesablanmışdır. (900x50=45.000) 4.6-cı bəndinə əsasən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i olmaqla 7677 manat cərimə hesablanmışdır. Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabeh tərəflər razıdırlar. Daha sonra iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, müqavilənin predmeti olan “Kia Optima” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya geri verilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli, 2457 saylı müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh şifahi və sonda yazılı xəbərdar edilsə də o, borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən avtomobilin tutularaq duracağa yerləşdirilməsi məqsədi ilə DİN Bakı şəhəri BPİ DYPİ-nə müraciət edilmişdir. Müqavilənin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək, və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. Müqavilənin 7.2 bəndinə əsasən alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə alıcı satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2457 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2457 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alqı-satqı qiyməti 36875,20 manat olan (36 ay x 853 manat + 6200 manat ilkin ödəniş) “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA020598 şassi (ban) nömrəli, ağ rəngli, **-PB-*** dövlət qeydiyyat nömrəli avtomobili alıcıya satmışdır. Müqavilənin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək, və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Kia Optima” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 6200 manat ilkin ödəniş, 06 ay üçün 853 manatdan cəmi 11.318 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən MMC-yə heç bir ödəniş etməyərək 25.557,20 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mal haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malın qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 2457 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, aldığı “Kia Optima” minik markalı, **-PB-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənişləri müqavilədə nəzərdə tutulmüş müddətlərdə ödəmədiyinə görə, bununla da, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğuna görə, iddia tələbi təmin edilməli, müqaviləyə xitam verilməklə qeyd olunan nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmadır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2457 saylı nisyə alqısatqı müqaviləsi ləğv edilsin. “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA020598 şassi (ban) nömrəli, ağ rəngli, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Cavabdeh 238,49 (iki yüz otuz səkkiz manat 49 qəpik) dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar