Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-601/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2.571,61 manat, faiz borcuna görə 245,26 manat, cərimə borcuna görə 0 manat, cəmi 2.816,87 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 49 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi: sep - 1 ədəd, çəkisi- 23; əyarı- 750; kulon - 1 ədəd, çəkisi- 10,2; əyarı - 750; cəmi: 33,2 qr; qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 8 Aprel 2024-cü il tarixli, YSLMB- 11074 saylı kredit müqaviləsi üzrə cəmi 2.816,87 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 49 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 8 Aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 6 ay müddətinə 3050 manat məbləğində cavabdehə kredit verilmişdir. 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtmda ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2.571,61 manat, faiz borcuna görə 245,26 manat, cərimə borcuna görə 0 manat, cəmi 2.816,87 manat təşkil edir. 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 8 Aprel 2024-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: sep - 1 ədəd, çəkisi- 23; əyarı- 750; kulon - 1 ədəd, çəkisi- 10,2; əyarı-750; cəmi: 33,2 qr. Tərəflər arasında bağlanmış 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Tələblərinin əsası kimi istinad etdikləri fakt və hallar yuxarıda göstərilmişdir. Onları təsdiq edən sübutların siyahısı isə iddia ərizəsinə əlavə olunan sənədlərin siyahıda da göstərildiyi kimi kredit və saxlanc girovu müqaviləsinin, ödəniş cədvəlinin, kassa məxaric orderinin surəti, borc haqqında arayışın əsli və iddia ərizəsinə əlavə olunan digər sənədlərdir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün 8 aprel 2024-cü il tarixli, YSLMB-11074 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2.571,61 manat, faiz borcuna görə 245,26 manat, cərimə borcuna görə 0 manat, cəmi 2.816,87 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, xx.xx.2025-ci il tarixli məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli YSLMB-11074 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borcu 2.571,61 manat, faiz borcu 245,26 manat, cərimə borcu 0 manat, cəmi borcu 2.816,87 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi şərtləri üzrə Qızıl zinət əşyalarının girovu ilə kreditin götürülməsinə dair Əsas şərtlər - YSLMB-11074 saylı Razılaşmadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə kreditin təminatı: xx.xx.2024-cü il tarixli YSLMB-11074 nömrəli saxlanc girovu haqqında müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrində (Aktlarda) qeyd olunmuş və qiymətləndirilmiş qızıl-zinət əşyalarıdır. İş materiallarından görünür ki, "xxxx" Rabitəbank ASC və “Girov qoyan” Cavabdeh arasında illik 29 % dərəcəsi olmaqla 6 ay müddətinə 3050 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli YSLMB-11074 saylı Saxlanc girovu haqqında Müqavilə bağlanmışdır. Müqavilənin predmeti kredit müqaviləsinin 4.1-ci maddəsində qeyd olunan Əlavələrdə göstərilən malları qeyd olunan kredit müqavilələri və onlar əsasında bağlanan razılaşmalara əsasən verilmiş kreditlərə əsasən yaranmış öhdəliyin təminatı kimi girov saxlayana (girov saxlayan həm də borc verəndir) girova və onun sahibliyinə verir. İş materiallarında olan Cavabdeh Rabitəbank ASC-nin Yasamal filialına ünvanlanan xx.xx.2024-cü il tarixli razılıq ərizəsindən görünür ki, o, Cavabdeh bu razılıq ərizəsini Rabitəbank ASC-nin "Yasamal" filialına o, məqsədlə verir ki, həqiqətən xx.xx.2024 tarixli, YSLMB-11074 saylı kredit müqaviləsi şəxsi ehtiyac üçün 3.050 (üç min əlli manat 00 qəpik) AZN, 6 (altı) ay müddətinə, illik 29 (iyirmi doqquz) % ödənilməsi şərti ilə götürdüyü kreditin təminatı olaraq xx.xx.2024 tarixli, YSLMB-11074 saylı təhviltəslim aktına əsasən İddiaçı ASC-nin "Yasamal" filialına saxlanc girova verdiyi qızılzinət əşyaları, kredit və girov müqaviləsinin, habelə onların ayrılmaz hissəsi olan əlavələrlə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirməsə, Rabitəbank ASCnin "Yasamal" filialına girov saxlayan onun Banka gəlmədiyi halda belə, borcunu ödəmək məqsədi ilə zərfdə saxlanan qızıl-zinət əşyalarını zərfi açaraq götürüb məhkəmədən kənar qaydada satmaq səlahiyyəti vardır. Tərəfindən kredit müqaviləsinə əsasən qrafikə uyğun ödənişlərdə gecikmələr olarsa yaxud kredit müqaviləsinin müddəti bitərsə banka (filiala) gəlmədiyi halda girov qoyduğu qızıl-zinət əşyalarının bank (filial) tərəfindən yenidən bank daxili qiymətləndirmə apararaq bankdaxili satılmasına etirazı yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli YSLMB-11074 saylı Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində Rabitəbank ASC-dən YSLMB-11074 saylı kredit müqaviləsi əsasında 6 ay müddətinə, 29 %-lə götürəcəyi 3050 manat məbləğində lombard kreditinin təminatı olaraq girov qoyduğu 33,2 qram qızıl-zinət əşyalarını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil-təslimini bu akta əsasən həyata keçirilmişdir. Təhvil-təslim aktına əsasən dəyəri 2.116 manat, çəkisi 23 qram, 750 əyarlı sepin bazar dəyəri 3.135,13 manat, dəyəri 938,4 manat, çəkisi 10,2 qram, 750 əyarlı kulonun bazar dəyəri 1.390,36 manat təşkil edir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, əsas borc məbləği kimi 3.050 manat, faiz borcu 263,10 manat, ödəniş məbləği 3.313,10 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ərizə-Anketin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə müraciət edərək ona 3.050 manat məbləğində 29%-lə “Lombard Ekspress P3” kreditin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya bildirişindən görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən Cavabdeh borcunu 3 iş günü müddətində qaytarması təklif edilib, kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1869 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında olan zərgərlik məmulatlarının orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 4.648,00 manat müəyyən edilir. O cümlədən: 1. 23 qram, 750 əyarlı 1 ədəd sep – 3.220,0 manat (23 qram x 140 manat), 2. 10.2 qram, 750 əyarlı 1 ədəd kulon – 1.428,0 manat (10.2 qram x 140 manat). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Rabitəbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli YSLMB-11074 saylı kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 3050 manat məbləğində kredit verilmişdir, həmin müqaviləyə əsasən Cavabdeh qeyd olunan məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus olan qızıl-zinət əşyaları - sep -1 ədəd, çəkisi – 23 qr, əyarı – 750; kulon - 1 ədəd, çəkisi- 10,2; əyarı-750; Cəmi: 33,2 qr. banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyalarının (sep – 3135,13 manat, kulon – 1390,36 manat ) hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləğləri ümumilikdə 4525,49 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən ona xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının rəyini sübut kimi qəbul edərək, həmin rəyin nəticə hissəsində ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında olan zərgərlik məmulatlarının orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 4.648,00 manat müəyyən edir. O cümlədən: 1. 23 qram, 750 əyarlı 1 ədəd sep – 3.220,0 manat (23 qram x 140 manat), 2. 10.2 qram, 750 əyarlı 1 ədəd kulon – 1.428,0 manat (10.2 qram x 140 manat). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 2.571,61 manat, faiz borc üzrə 245,26 manat, cərimə borcu üzrə 0 manat, ümumilikdə 2.816,87 manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh məxsus olan qızıl-zinət əşyaları - sep -1 ədəd, çəkisi – 23 qr, əyarı – 750; kulon – 1 ədəd, çəkisi – 10,2 qr, əyarı – 750, cəmi: 33,2 qr. yönəldilməklə həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməli, qızılzinət əşyalarının dəyəri 4.648,00 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 49 manat cavabdehdən alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil 50 manat isə Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 2.571,61 (iki min beş yüz yetmiş bir manat altmış bir qəpik) manat, faiz borcu üzrə 245,26 manat, cərimə borcu üzrə 0 manat, ümumilikdə 2.816,87 (iki min səkkiz yüz on altı manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh məxsus olan qızıl-zinət əşyalarına - sep -1 ədəd, çəkisi – 23 qr, əyarı – 750; kulon – 1 ədəd, çəkisi – 10,2 qr, əyarı – 750, cəmi: 33,2 qr. yönəldilsin, qızıl-zinət əşyalarının dəyəri 4.648,00 (dörd min altı yüz qırx səkkiz) manat müəyyən edilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, borc satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, satışdan əldə olunan vəsait Cavabdeh borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul məbləği Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-601/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-601/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver