Məhkəmə qərarları › İş №e-2(011)-6042/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6042/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6042/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi ilə ödənişin və 243 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh daimi yaşamaq üçün ölkəni tərk etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.12-ci maddəsinə əsasən cavabdehin əmlakının olduğu yeri də müəyyən etmək mümkün olmadığına görə iddiaçı özünün yaşayış yeri üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Mülki Prosessual Məcəllənin 36.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsindən məhkəmənin sorğusuna daxil olan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında müvəqqəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məhkəmənin sorğusuna daxil olan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası sərhəddindən çıxmışdır. Məhkəmə aidiyyət məsələsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 36.12ci maddəsi başqa dövlətin ərazisində daimi olaraq məskunlaşmış cavabdehə münasibətdə iddiaçının seçməsinə görə iddiaçının olduğu yerə iddianın verilməsini nəzərdə tutur. Hazırkı işin materiallarına isə cavabdehin başqa ölkədə daimi məskunlaşmasını (yerləşməsini) təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Cavabdehin uzun müddət əvvəl ölkə sərhədlərindən çıxması isə, onun daimi olaraq hansısa başqa ölkənin ərazisində məskunlaşdığını qiymətləndirməyə imkan vermir. Bununla yanaşı sorğu vasitəsilə əladə edilmiş məlumatlar əsasında Cavabdeh ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisədə iddiaçının seçiminə görə aidiyyətin müəyyən edilməsi halı mövcud deyildir. Bu səbəbdən və cavabdeh Nəsimi rayonu ərazində rəsmi qeydiyyatda olduğundan iddiaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 44.2.2, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar