Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6045/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı - xx.xx.2020-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə 3000 manat əsas borc və 150 manat faiz borcu, xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə 7000 manat əsas borc və 350 manat faiz borcu və xx.xx.2021-ci il tarixli şifahi müqavilə üzrə 600 manat əsas borc və 530 manat faiz borcu olmaqla cəmi 11130 manat və 125 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh üç dəfə borca pul verməklə ona cəmi 10600 manat vermişdir. İddiaçı xx.xx.2020-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixinədək 3000 manat, xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinədək 7000 manat və xx.xx.2021-ci il tarixli şifahi razılaşmaya əsasən İddiaçı Orucoviç poçt vasitəsilə Cavabdeh xx.xx.2021-ci il tarixinədək 600 manat vermişdir. Lakin Cavabdeh qeyd olunan müqavilələr üzrə öz üzərinə götürülmüş öhdəlikləri icra etməyərək borcu bu günə kimi qaytarmamışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciətlər olunmasına baxmayaraq kredit borcu qaytarılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında kredit müqavilələrində kreditin faizsiz verilməsi qeyd edildiyi üçün iddia ərizəsində göstərilən faiz borcunun ödənilməsinə etiraz etdiyini, müxtəlif vaxtlarda iddiaçıya ümumi borcdan iki dəfə 500 manat və 900 manat olmaqla, ümumilikdə 1900 manat borc pulu iddiaçıya ödədiyini və şifahi razılaşma əsasından iddiaçıdan əlavə 600 manat məbləğində borc pul götürdüyünü bildirərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərti ilə 3000 manat məbləğində pul vəsaiti vermişdir. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixədək qaytarılmaq şərti ilə 7000 manat məbləğində pul vəsaiti vermişdir. İşin materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, o borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi borc pul vəsaiti üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. (maddə 739.2). Yenə həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcu məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini geri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatda şifahi razılaşma əsasında iddiaçıdan 600 manat pul vəsaiti götürməsi faktını da nəzərə alaraq, hesab edir ki, iddiaçı verilmiş borcun cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “530 manat faiz borcunun cavabdehdən tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı cavabdeh bir ildən artıq müddətdə müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi müəyyən olunduğundan iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə gecikdirilmiş müddət 1 il olmaqla, həmin dövr üçün ödənilməli olan gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış faiz borcu 530 manat faiz borcu (((3000+7000+600)*5%)=530) Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 125 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3000 (üç min) manat əsas borc, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7000 (yeddi min) manat əsas borc və xx.xx.2021-ci il tarixli şifahi müqavilə üzrə 600 (altı yüz) manat pul vəsaiti və 530 (beş yüz otuz) manat faiz borcu olmaqla, cəmi 11130 (on bir min yüz otuz) manat və 125 (bir yüz iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-6045/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6045/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver