Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-61/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı ASC-nin (Ləğv Prosesində) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: 1."xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 % dərəcəsi ilə 8900 (səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit Kreditorun Borcalana 8900 ABŞ dolları məbləğində verdiyi kreditin qalığı 6605.66 (altı min altı yüz beş dollar, 66 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. 3.Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 6708.73 (altı min yeddi yüz səkkiz manat, 73 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır.
4. Kredit müqaviləsinə əsasən Cavabdehmüəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6564.59 (altı min beş yüz altmış dörd manat, 59 qəpik) AZN təşkil edir. Bundan 2581.80 (iki min beş yüz səksən bir manat, 80 qəpik) AZN əsas, 1294.13 (bir min iki yüz doxsan dörd manat, 13 qəpik) AZN faiz, 2329.38 (iki min üç yüz iyirmi doqquz manat, 38 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 359.28 (üç yüz əlli doqquz manat, 28 qəpik) AZN faiz borcu təşkil edir.
İddiaçının tələbi:
5. Cəmi borcu 6564.59 (altı min beş yüz altmış dörd manat, 59 qəpik) AZN-bundan 2581.80 (iki min beş yüz səksən bir manat, 80 qəpik) AZN əsas, 1294.13 (bir min iki yüz doxsan dörd manat, 13 qəpik) AZN faiz, 2329.38 (iki min üç yüz iyirmi doqquz manat, 38 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 359.28 (üç yüz əlli doqquz manat, 28 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 85.65 (səksən beş manat, 65 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə ərizə ilə müraciət edərək irəli sürülmüş iddianı əsassız hesab etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Dəmirbank ASC-nin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, təkrar ekspertizanın keçirilməsinə ehtiyac yoxdur və ekspert rəyi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmışdır. Lakin bildirmişdir ki, ekspertin kompensasiya məbləğinin dəqiq hesablaması yenə də iddia tələbinə təsir göstərməyəcəkdir. Kompensasiya məbləği dəqiq hesablansa belə həmin məbləğ Dəmirbank tərəfindən geri qaytarılmayacaqdır. Belə hallar təcrübədə çox baş verir və iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərək cavabdeh qismində Mərkəzi Bankı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində isə Dəmirbank ASC-ni cəlb edir.
8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, ekspert rəyi ilə razı deyildir. Ekspert qarşısında 5 sual qoyulmuşdur, AR Prezinetinin 28 fevral 2019-cu il tarixli fərmanın tələblərinə əsasən kompensasiyanın və restrukturizasiyanın nə qədər təşkil etdiyi soruşulmuşdur. Rəydə qeyd edilir ki, borcun fərmanın təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməməsi ekspertin səlahiyyətlərinə aid deyil, lakin onlar sadəcə dəqiq məbləği öyrənmək istəyir. Məhz buna görə də əlavə ekspertizanın keçirilməsini xahiş etmişdir. Cavabdehin borcu dollarla olduğundan fərmanın təsir dairəsinə düşmüş, lakin iddiaçı bank özü siyahını səlahiyyətli orqana təqdim etməmişdir. Burada müəyyən mənada bankın da məsuliyyəti mövcuddur. Kompensasiya ilə bağlı cavabdehin müraciəti olmuşdur, onun adı olan siyahı Dəmirbank ASC tərəfindən təqdim edilməmişdir. Öz təsdiqini tapdığı halda kompensasiya əsas borcdan silinməyəcək, əvəzləşdiriləcəkdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsinə əsasən kreditor- Dəmirbank ASC borcalana- Cavabdeh 8900 USD məbləğində kredit verir. Kredit 36 ay müddətinə verilir, kreditin istifadəsinə görə Borcalan kreditora illik 26% ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 26,779 manat faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 % dərəcəsiylə, aylıq isə 4,33 faiz dərəcəsinə faiz hesablanır və Borcalan tərəfindən kreditora ödənilir.
10. xx.xx.2014-cü il tarixli ödəniş cədvəlinə əsasən ödəniş 358,67 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 358,39 ABŞ dolları,yekun olaraq 12911,84 ABŞ dollarıdır. Faktiki faiz dərəcəsi 26,779 ABŞ dollarıdır.
11. 17 iyun 2015-ci il tarixli №200 Əlavə sazişə əsasən bu müqaviləyə əsasən kreditorun borcalana 8900 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6605,66 ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur.
12. xx.xx.2015-ci il tarixli qrafikə əsasən cəmi ödənilən məbləğ 9581,43 ABŞ dollarıdır, faktiki faiz 45,05-dir.
13. ********* saylı 21 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20 fevral 2017-ci il tarixli №2 əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı 4971,95 ABŞ dolları kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD= 1,40 AZN), 6708,73 AZN təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4971,95 ABŞ dolları əsas borc, 885,05 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 33,53 ABŞ dolları cərimə borcu təşkil edir. Restruktruzasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD= 1,40 AZN) məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Boracalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniiş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və 12 aydan sonra ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır.
15. xx.xx.2022-ci il tarixli Bildirişə əsasən 6553,43 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
16. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə ümumi borc 6564,59 manat təşkil edir.
17. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restruktruzasiya olunacaq borclar Mərkəzi Bank tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Cavabdeh kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir.
18. Ləğv prosesində olan Dəmirbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron məlumat bazasında (elektron portal) hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən də qanunla müəyyən edilən qaydada restruktruzasiya əməliyyatlarının aparılması mümkün olmamışdır. Elektron portal və restruktruzasiya ilə bağlı əlavə suallar yaranarsa Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməsi tövsiyə edilmişdir.
19. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 9/2407 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən: Birinci-dördüncü suallar üzrə- Cavabdeh xx.xx.2017-ci il tarixə Dəmirbank ASC-yə olan borcu 5693,75 ABŞ dolları məbləğində müəyyən edilir- 5507,67 ABŞ dolları əsas borc, 186,08 ABŞ dolları faiz borcu. Cavabdeh xx.xx.2015-ci il tarixə Dəmirbank ASC-yə olan borcu 7238,67 ABŞ dolları məbləğində müəyyən edilir- 7228,23 ABŞ dolları əsas borc, 10,44 ABŞ dolları faiz borcu. Borcalan tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə ödənilmiş məbləğ 2823,27 ABŞ dolları təşkil edir. Borcalan tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə ödənilmiş məbləğ 1825,16 ABŞ dolları təşkil edir. Dəmirbank ASC ilə Cavabdeh arasında rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşüb-düşməməsinin müəyyən edilməsi ekspert mühasibin səlahiyyətinə aid deyildir. Beşinci sual üzrə- Cavabdeh müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan borcu 3020,72 manat məbləğində müəyyən edilir, əsas borc- 2581,8 manat, faiz borcu-438,92 manatdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 352,85 manat təşkil edir. xx.xx.2022-ci il tarixdən ekspert rəyinin tərtib edildiyi xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 87,85 manat təşkil edir.
20. Hesabdan çıxarışlar.
21. Fotoşəkillər və digər materiallar.
22. Cavabdeh xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə faiz hesablanması barədə məlumat.
23. Azərbaycan Respublikası Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı Rəyə əsasən,
24. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 9/2407 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən: Birinci və ikinci suallar üzrə- Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altında düşdüyü halda xx.xx.2015-ci il tarixinə 1807,18 manat, xx.xx.2015-ci il tarixinə isə 3481,49 manat kompensasiya məbləği hesablanmalı olduğu müəyyən edilir. xx.xx.2017-ci il tarixə gəldikdə isə həmin tarixə kompensasiya məbləği və restruktruzasiya olunacaq borc nəzərdə tutulmur. Sözügedən Fərmanla yalnız 2 tarixə (xx.xx.2015 və 21.012.2015) mövcud olan kredit borclarının qalıqlarına kompensasiya məbləğinin hesablanması nəzərdə tutulur. Üçüncü sual üzrə: Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü halda (kompensasiya məbləği və restruktruzasiya olunan borc) xx.xx.2017-ci ilədək ödənilmiş kredit məbləğləri nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixinə qalıq borc məbləği təqdim olunan bank hesablarından çıxarışa əsasən cavabdehin xx.xx.2017-ci il tarixinə 3920,38 ABŞ dolları məbləğində əsas, 871,57 ABŞ dolları məbləğində vaxtı keçmiş faiz borcu, ümumilikdə 4971,95 ABŞ dolları məbləğində öhdəliyi mövcud olmuşdur. Bu məbləğ cavabdehlə bank arasında iki tərəfli bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə 2 sazişə əsasən cavabdehin özü tərəfindən də təsdiq olunmuşdur. Həmin əlavə sazişə əsasən kreditin şərtləri dəyişdirilərək mövcud 4971,95 ABŞ dolları məbləğində borc 6708,73 manata konvertasiya olunmuş, 885,05 ABŞ dolları məbləğində faiz borcu və 33,53 ABŞ dolları məbləğində cərimə faiz borcları dondurulmuş, xx.xx.2017- xx.xx.2020-cii il tarixləri aralığında 6708,73 manat məbləğində borcun ödənilməsinə dair yeni ödəniş qrafiki təsdiq edilmişdir. Bank hesablarından təqdim olunan çıxarışlara əsasən cavabdeh tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək 25 halda 4126,93 manat əsas borc, 24 halda 1636,80 manat faiz borcları həyata keçirilmiş və hazırda cavabdehin 2581,80 manat ödənilməmiş əsas borcu qaldığı müəyyən edilir.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır.
26. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı:
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 % dərəcəsi ilə 8900 (səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. (§9) Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit Kreditorun Borcalana 8900 ABŞ dolları məbləğində verdiyi kreditin qalığı 6605.66 (altı min altı yüz beş dollar, 66 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. (§11) Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 6708.73 (altı min yeddi yüz səkkiz manat, 73 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. (§13)
30. İddiaçı 2581.80 (iki min beş yüz səksən bir manat, 80 qəpik) AZN əsas, 1294.13 (bir min iki yüz doxsan dörd manat, 13 qəpik) AZN faiz, 2329.38 (iki min üç yüz iyirmi doqquz manat, 38 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 359.28 (üç yüz əlli doqquz manat, 28 qəpik) AZN faiz borcu olmaqla, ümumilikdə 6564.59 (altı min beş yüz altmış dörd manat, 59 qəpik) manat pulun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 2581,80 manat ödənilməmiş əsas borcun cavabdehdən tutulması hissəsində əsaslıdır.
31. Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 9/2407 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü halda (kompensasiya məbləği və restruktruzasiya olunan borc) xx.xx.2017-ci ilədək ödənilmiş kredit məbləğləri nəzərə alınmaqla, o cümlədən, bank hesablarından təqdim olunan çıxarışlara əsasən cavabdeh tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək 25 halda 4126,93 manat əsas borc, 24 halda 1636,80 manat faiz borcları həyata keçirilmiş və hazırda cavabdehin 2581,80 manat ödənilməmiş əsas borcu qaldığı müəyyən edilir.
32. Ekspertiza rəyindən də göründüyü kimi, xx.xx.2017-ci ilədək ödənilmiş kredit məbləğləri nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixinə qalıq borc məbləği təqdim olunan bank hesablarından çıxarışa əsasən cavabdehin xx.xx.2017-ci il tarixinə 3920,38 ABŞ dolları məbləğində əsas, 871,57 ABŞ dolları məbləğində vaxtı keçmiş faiz borcu, ümumilikdə 4971,95 ABŞ dolları məbləğində öhdəliyi mövcud olmuşdur. Bu məbləğ cavabdehlə bank arasında iki tərəfli bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə 2 sazişə əsasən cavabdehin özü tərəfindən də təsdiq olunmuşdur. Həmin əlavə sazişə əsasən kreditin şərtləri dəyişdirilərək mövcud 4971,95 ABŞ dolları məbləğində borc 6708,73 manata konvertasiya olunmuş, 885,05 ABŞ dolları məbləğində faiz borcu və 33,53 ABŞ dolları məbləğində cərimə faiz borcları dondurulmuş, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri aralığında 6708,73 manat məbləğində borcun ödənilməsinə dair yeni ödəniş qrafiki təsdiq edilmişdir.
33. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, tərflər arasında ********* saylı 21 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20 fevral 2017-ci il tarixli №2 əlavə saziş bağlanmışdır, tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi fiziki şəxslə bank arasında bağlandığından bu münasibətlərə fiziki şəxslərə güzəşt konteksində yanaşılması hüquqi və sosial dövlət prinsiplərinə uyğun və daha ədalətli olar.
34. Belə ki, cavabdehlə restrukturizasiya tətbiq olunmaqla yeni müqavilə bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borcunu silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamış olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borclarını tələb edə bilərlər.
35. Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsirdairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir.Eyni zamanda Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarınatövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). İşə baxılarkən mübahisəli kredit müqaviləsi üzrə qalıq borcun Fərmanın təsiri altına düşdüyü, borcluya Fərmanın tələblərinə müvafiq olaraq kompensasiya hesablandığı və həmin məbləğin əsas borcdan çıxıldığı barədə mübahisə olmamışdır. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur.
36. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının tələb etdiyi 2329.38 (iki min üç yüz iyirmi doqquz manat, 38 qəpik) məbləğində cərimə borcunun əsas borca mütənasib olmadığı qənaətinə gələn məhkəmə cərimə borcunun azaldılaraq əsas borca mütənasib olaraq 258 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. (MM 467)
37. Məhkəmə maliyyə arayışını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən hesablanmış faiz borcu AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına uyğun hesablanmışdır ((2581,80 manat/100x5)/360=0,36 qəpik; 0,36x998=359,28 manat) əsaslıdır və 359.28 (üç yüz əlli doqquz manat, iyirmi səkkiz qəpik) manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (§16)
38. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2581,80 manat məbləğində əsas borc, 359,28 manat faiz borcu və 258 manat cərimə borcu olmaqla cəmi 3199,08 manat (üç min yüz doxsan doqquz manat səkkiz qəpik) ”DəmirBank” ASC–nin (Ləğv Prosesində) xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 51,99 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları üzrə 100 manat və 150 manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 2581,80 manat əsas borc, 359,28 manat faiz borcu və 258 manat cərimə borcu olmaqla cəmi 3199,08 manat (üç min yüz doxsan doqquz manat səkkiz qəpik) məbləğində borc tutularaq ”DəmirBank” ASC-nin (Ləğv Prosesində) xeyrinə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 51,99 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə (Ləğv Prosesində) ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat və 150 manat Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova