Məhkəmə qərarları › İş №e-2(011)-612/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-612/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-612/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı"xxxx" KB ASC-nin xeyrinə 13283,3 AZN əsas, 280,91 AZN faiz, 13,26 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 13577,47 AZN borcun və dövlət rüsumuolaraq ödənilmiş 130,74 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC məhkəməyə elektron ərizə təqdim edərək, baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehin mülki işin baxılmamış saxlanmasına dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanması barədə yazılı ərizə verdiyindən, cavabdeh işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə 130,74 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 125, 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlansın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 130 (yüz otuz) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-ə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar