Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-614/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.203-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 19876.88 AZN məbləğində əsas borc, 789.55 AZN məbləğində faiz üzrə borcu, 203.55 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20869.98 AZN pul məbləğinin, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 334432-1-38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 17766.23 AZN məbləğində əsas borc, 705.71 AZN məbləğində faiz üzrə borcu, 182.15 AZN məbləğində cərimə borcu olmaqla,ümumilikdə 18654.09 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 208.57 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə 19876.88 AZN məbləğində kredit verilmişdir. Həmçinin Bank Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 334432-1-38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə 17766.23 AZN məbləğində verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 19876.88 AZN məbləğində əsas borc, 789.55 AZN məbləğində faiz üzrə borcu, 203.55 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20869.88 AZN məbləğində borcu, eləcə xx.xx.2023-cü il tarixli 334432-1- 38430 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 17766.23 AZN məbləğində əsas borc, 705.71 AZN məbləğində faiz üzrə borcu, 182.15 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18654.09 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan "xxxx" ASC və Cavabdeh arasında 11.04.203-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsindən görünür ki, verilmiş kreditin məbləği 19876,88 manat, illik faiz dərəcəsi 11%, kreditin müddəti 59 ay, kreditin təyinatı banka borcun ödənilməsidir. Müqavilədə göstərilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən, müqavilə ilə müəyyən olunan şərtlərdə və qaydada krediti qaytarmaq və faiziləri ödəmək “Kredit alan”ın vəzifəsidir. İş materiallarında olan 11.04.203-cü il tarixli kredit müqaviləsinə əlavə №-1 ödəniş cədvəlinin surətindən görünür ki, krediyin valyutası AZN, illik faiz dərəcəsi 11-dir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Pretenziya” məktubundan görünür ki, "xxxx" ASC borclu Cavabdeh 334432-1-38431 saylı müqavilə üzrə 20869,98 manat borcun 3 iş günü ərzində ödənilməsini tələb etmişdir. İş materiallarında olan “Arayış”dan görünür ki, cavabdehin iddiaçıya 334432-1-38431 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan borcu, əsas borc üzrə 19876,88 manat, faiz borcu 789,55 manat, cərimə 203,55 manat, cəmi 20869,98 manatdır. İş materialarında olan "xxxx" ASC və Cavabdeh arasında 11.04.203-cü il tarixli 334432-1-38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsindən görünür ki, verilmiş kreditin məbləği 17766,23 manat, illik faiz dərəcəsi 11%, kreditin müddəti 59 ay, kreditin təyinatı banka borcun ödənilməsidir. Müqavilədə göstərilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən, müqavilə ilə müəyyən olunan şərtlərdə və qaydada krediti qaytarmaq və faiziləri ödəmək “Kredit alan”ın vəzifəsidir. İş materiallarında olan 11.04.203-cü il tarixli kredit müqaviləsinə əlavə №-1 ödəniş cədvəlinin surətindən görünür ki, krediyin valyutası AZN, illik faiz dərəcəsi 11-dir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Pretenziya” məktubundan görünür ki, "xxxx" ASC borclu Cavabdeh 334432-1-38430 saylı müqavilə üzrə 18564,09 manat borcun 3 iş günü ərzində ödənilməsini tələb etmişdir. İş materiallarında olan “Arayış”dan görünür ki, cavabdehin iddiaçıya 334432-1-38430 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan borcu, əsas borc üzrə 17766,23 manat, faiz borcu 705,71 manat, cərimə 182,15 manat, cəmi 18654,09 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 208,57 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9166 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cari hesabdan çıxarış məlumatları və 11 aprel 2023-cü il tarixli, 334432-1-38431 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia tarixinə) İddiaçı ASC-nə olan borcu 20.666,43 AZN, o cümlədən: əsas borc üzrə 19.876.88 AZN, - faiz borcu üzrə 789,55 AZN məbləğində müəyyən edilir. Cari məlumatları və 11 aprel 2023-cü il tarixli, 334432-1-38430 saylı kredit müqaviləsini şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə fiddia tarixinə) İddiaçı ASC-nə olan borcu 18.471,94 AZN məbləğində o cümlədən: əsas borc üzrə 17.766,23 AZN, - faiz borcu üzrə 705,71 AZN. müəyyən edilir, Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11.04.203-cü il tarixli 334432-1-38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair Müqaviləsi”nə əsasən, bank cavabdehə 59 ay müddətinə illik 11 % olmaqla 17766,23 manat məbləğində; 11.04.203-cü il tarixli 334432-1- 38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair Müqaviləsi”nə əsasən, bank cavabdehə 59 ay müddətinə illik 11 % olmaqla 19876,88 manat məbləğində kredit vermişdir, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh məbləği bankdan təhvil almışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Hal hazırda iddiaçının banka borcu 11.04.203-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 19876.88 manat məbləğində əsas borc, 789.55 manat məbləğində faiz üzrə borcu, 203.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20869.98 manat pul məbləğinin, xx.xx.2023-cü il tarixli 334432-1- 38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 17766.23 manat məbləğində əsas borc, 705.71 manat məbləğində faiz üzrə borcu, 182.15 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 18654.09 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 11.04.203-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 19876.88 manat məbləğində əsas borc, 789.55 manat məbləğində faiz üzrə borcu, 203.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20869.98 manat pul məbləği, xx.xx.2023-cü il tarixli 334432-1- 38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 17766.23 manat məbləğində əsas borc, 705.71 manat məbləğində faiz üzrə borcu, 182.15 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 18654.09 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 208,57 manat cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya, ekspertizanın dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 11.04.203-cü il tarixli 334432-1-38431 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 19876.88 manat məbləğində əsas borc, 789.55 manat məbləğində faiz borcu, 203.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20869 (iyirmi min səkkiz yüz altmış doqquz) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2023-cü il tarixli 334432- 1-38430 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” üzrə 17766,23 manat məbləğində əsas borc, 705.71 manat məbləğində faiz üzrə borcu, 182.15 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 18654 (on səkkiz min altı yüz əlli dörd) manat 09 (doqquz) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 208 (iki yüz səkkiz) manat 57 (əlli yeddi) qəpik Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-614/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-614/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver