Məhkəmə qərarları › İş №e-2(011)-6143/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6143/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6143/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 486,13 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 686,13 manat dəyərində olan “Riffel 32HD” 1500 32 markalı televizor və “Saturn ST-EC3803” markalı elektrik peçi satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 45,75 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 200 manat ödəniş etmiş, qalan 486,13 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin borclunun maddi vəziyyəti nəzərə alınaraq cərimə borcunu tələb etmədən, yalnız bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınması tələb edilir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artlq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən müddətdə iddia tələbinə etiraz və ya digər məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “Riffel 32HD” 1500 32 markalı televizor, “Saturn ST-EC3803” elektrik sobası və “Saturn ST-FP1055” markalı mikser alqısısatıqısı təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Müqavilə”yə görə “Satıcı” müqavilənin 1.1 bəndində göstərilən “Malı” “Alıcı” ya verməyi, “Alıcı” “Malı” qəbul edib əvəzinə “Müqavilə”nin 3.1-ci bəndində qeyd edilən pul məbləğini “qiyməti” “Müqavilə” də göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Müqavilə” “Tərəflər”in razılığına əsasən imzalandığı gündən qüvvəyə minir və “Tərəflər” üçün icrası məcburidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Müqavilə” imzalandıqdan dərhal sonra “Satıcı” “Müqavilənin 1.1-ci bəndində göstərilən “Malı” “Alıcı”nın ünvanına çatdırır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satılan “Mal”ın qiyməti 686,13 manat təşkil edir. Həmin müqavilənin 3.4-ci bəndinə əsasən satılan əşyanın qiyməti “Alıcı” tərəfindən “Satıcı”ya hissə-hissə 12 ay müddətində ödənilir. Ödənişlərin vaxtı və məbləğləri bu “Müqavilə”yə əlavə edilən “Ödəniş Cədvəli”nə uyğun tənzimlənir. Əşyanın qiymətinin qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb ola bilməz. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən “Alıcı” satılan “Mal”ın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 0.3 % cərimə ödəməlidir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda, “Satıcı”nın öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya əşyanın qaytarılmasını “Alıcı”dan tələb edə bilir. Bu tələb “Alıcı” tərəfindən 3 (üç) gün müddətində yerinə yetirilməlidir. Tələb yerinə yetirilmədikdə , “Alıcı” hər gecikdirilmiş gün üçün əşyanın qiymətinin 0.3% cərimə ödəyir. Təhvil-təslim aktından görünür ki, ******* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsində nəzərdə tutulmuş “Riffel 32HD” 1500 32 markalı televizor, “Saturn ST-EC3803” elektrik sobası və “Saturn ST-FP1055 markalı mikser alıcıya təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdehnın İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 686,13 manat əsas borcundan bu günədək 200 manat ödəniş edilmiş, 486,13 manat əsas borc qalmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, o cümlədən də müvafiq müqavilə, ödəniş cədvəli və malların cavabdehə verilməsi barədə təhvil-təslim aktından görünür ki, tərəflərin arasında ümumi dəyəri 686,13 manat olan “Riffel 32HD” 1500 32 markalı televizor, “Saturn ST-EC3803” elektrik sobası və “Saturn ST-FP1055 markalı mikserin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqısı razılaşdırılmışdır və mübahisə həmin müqavilə üzrə borcun ödənilməməsi ilə bağlı yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində cəmi 640,38 manat məbləğində kredit ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi məhsul üzrə əsas borcu və ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməyən borcu və ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında pul vəsaitinin və həmin müqavilə ilə müəyyən edilmiş cərimənin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh müqavilə əsasında pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün bank xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2021-ci il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 486,13 (dörd yüz səksən altı manat on üç qəpik) manat borc məbləği, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar