Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6157/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 5.000.000 (beş milyon) rubl, yəni 130.000 (2022-ci ilin məzənnəsinə əsasən) manat, gecikdirilmiş 2 illik müddət üçün 19.825 manat vəsaitin tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə X19 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X24 və 09.04,2009-cu il tarixdə X20 doğulmuşdur. İddiaçı həyat yoldaşı X21 təxminən 2015-ci ildə X13-Peterburq şəhərinə işləməyə getmişdir, Anar Ağamirli 2022-ci ildə Rusiya Fedarasiyasında könüllü oluruq xidməti müqaviləsi ilə ordu sıralarına gedərək Rusiya- Ukrayna müharibəsində iştirak etmiş və 2022-ci ilin oktyabr ayında Baxmut istiqamətində gedən döyüşlərin birində həlak olmuşdur. X19 həlak olduqdan sonra ona xidmət müqaviləsinə əsasən Rusiya Fedarasiyası tərəfindən 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyası ödənilmişdir. Həmin xidmət müqaviləsinə əsasən Anar həlak olacağı təqdirdə məbləğin alınması üçün onun əmisi X8 məlumat verilməli idi. Rusiya Federaiyası tərəfindən X8 məlumat verilmiş o da, Anar Ağamirlinin xalası oğlu Cavabdeh1 etibarnamə verərək onun cənazəsininin və 5.000,000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyanının Azərbaycana gətirərək İddiaçı təhvil verilməsi barədə göstəriş vermişdir. Cavabdeh1 ona verilmiş etibarnamə əsasında Rusiya Fedarasiyasına gedərək Anar Ağamirlinin cənazəsini və 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyam Azərbaycana gətirmişdir. Bundan sonra İddiaçı dəfələrlə Cavabdeh1 müraciət edərək həmin pulun ona verilməsini tələb etdikdə o,müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Hazırda Gülnarə azyaşlı uşaqları saxlamaqda çətinlik çəkir. Qaynatası Cavabdeh2 ona hədə qorxu gələrək pulu tələb etməməyi bildirmişdir. İddiaçı Bakı şəhəri 32 Polis bölməsinə müraciət edərək ona verilən 130.000 manat pul kompensasiyanın Cavabdeh1 tərəfindən dələduzluq yolu ələ keçirdiyini bildirmişdir. Bakı şəhəri 32 Polis bölməsinə izahat verən Cavabdeh1 5.000.000 (beş milyon) rubl,yəni 130.000 manat pul kompensasiyanın onun tərəfindən götürldüyünü və Anann atası Cavabdeh2 verdiyini etiraf etmişdir. Daha sonra material araşdırılması üçün Suraxanı Rayon Poliş İdarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon İdarəsinin müstəntiqi X16 araşdırılan epizodun mülki xarakter daşıdığından, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh1 130.000 manat pul kompensasiyası Anar Ağamirlinin həyat yoldaşı İddiaçı verməli idi. Bütün işlərin görülməsi üçün 22 noyabr 2022-cİ il tarixdə X17 tərəfindən Cavabdeh1 etibarnamə ona görə vermişdir ki, həmin pulu İddiaçı təhvil versin. Lakin həmin pulu gətirib Cavabdeh2 vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin noyabr ayından 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pulu Gülnarə Hüseynovuya verməməklə ona maddi ziyan vurmuşlar. Tərəflərin izahatları: İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddia ərizəsində qeyd edilmişdir ki, A.Ağamirlinin ölümü ilə bağlı verilən pul məbləğinin alınması üçün onun əmisi X8 məlumat verilməli idi. Bundan başqa R.Əliyev ona etibarnamə vermişdir ki, Anar Ağamirlinin həm cənazəsini həm də A.Ağamirlinin ölümü ilə bağlı verilən pul məbləğini oradan gətirib, İddiaçı təhvil verməsi qeyd edilmişdir. Rəhbər Əliyev ona cənazənin gətirilməsi ilə bağlı etibarnamə vermiş, lakin A.Ağamirlinin ölümü ilə bağlı verilən pul məbləğinin alınması üçün hər hansı etibarnamə, sənəd və s verməmişdir. Eyni zamanda R.Əliyev pulu alsa belə kiməsə gətirib verəcəyi barədə ona hər hansı söz deməmişdir. Cavabdeh1 qeyd edir ki, pul məbləği barədə yalnız Rusiya Federasiyasında olarkən bilmiş və X15 adlı qadının vermiş olduğu etibarnamə əsasında pulu almışdır. Həmin şəxsin ona görə etibarnaməni vermək hüququ olmuşdur ki, Anar Ağamirli döyüşə getməzdən əvvəl özünün şəxsən qeyd etdiyi xüsusatlarla bağlı tərtib olunmuş sənəddə Osipova Lidiyaya tam olaraq hüquqları həvalə etmişdir. Mərhumla İddiaçı arasında olan ailə münasibətləri uzun müddətdir ki faktiki olaraq yox idi, onlar ayrı yaşayırdılar. X37 aralarında olan narazılıqlara görə İddiaçı ilə əlaqələri pisləşdikdən sonra uzun müddət idi ki, Rusiyaya getmişdir orada işləyirdi və yaşayırdı. İddiaçı və mərhum arasında aliment tələbi barədə məhkəmədə mübahisəsi olmuşdur. İşin obyektiv, hərtərəfli və tam araşdırılması üçün X32 Ağamirlinin ölümü ilə bağlı Rusiya Federasiyası tərəfindən verilən pul məbləğinin alınması ilə əlaqədar kimlərə etibarnamə verməyi notariat orqanına sorğu verilərək araşdırılmalıdır. X28 vermiş olduğu etibarnamədə ümumiyyətlə ödənişlə bağlı müddəa yoxdur və o həmin etibarnamə ilə ödəniş almamış və İddiaçı da həmin ödənişi vermək kimi öhdəliyi olmamışdır. Habelə iddiada qeyd edilmiş gecikdirilmiş müddət üçün pul vəsaitinin tutulması hissəsi ilə də qətiyyən razı deyildir. Cavabdeh2 məhkəməyə teleqram ilə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan: İş materiallarında olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qarfasında Ağamirov Anar qeyd olunmuşdur. İş materiallarında olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qarfasında Ağamirov Anar qeyd olunmuşdur. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Ağdam rayon, Zəngişanlı İ.N –də 42 nömrəli akt qeyd ilə nikaha daxil olmuşlar. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2(011)-6157/2024 saylı, xx.xx.2024cü il tarixli məktuba cavab olaraq bildirmişlər ki, X19 ilə İddiaçı nikahı Ağdam rayonu Zəngişanlı icra nümayəndəliyi tərəfindən 42 saylı xx.xx.2006-cı il tarixli aktla qeydiyyata alınmışdır, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat inormasiya sistemində həmin şəxslərin nikahının pozulmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan, Luqansk Xalq Respublikasının Ədliyyə Nazirliyinin Luqansk şəhər Ədliyyə İdarəsinin Lenin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X3 Federasiyası, Donetsk Xalq Respublikası, Artyomovsk şəhərində xx.xx.2022-ci il tarixə vəfat etmişdir. İş materiallarında olan, “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhər 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edən X17 etibar edilən Cavabdeh1 onu Rusiya Federasiyasının bütün dövlət və qeyri dövlət orqanlarında, sığorta şirkətlərində, VVAQ orqanlarında, morqda, fiziki və hüquqi şəxslər qarşısında təmsil etməyi, mərhum qardaşı oğlu xx.xx.1979-cu il təvəllüdlü X9 cənazəsinin morqdan alınması, ölüm haqqında şəhadətnamə və tibbi arayışın alınması, cənazənin Azərbaycan Respublikasına göndərilməyi və bununla bağlı nümayəndə olması, bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri təqdim etməyi, almağı, aldığına dair imza etməyi, adından ödənişlər etməyi, ərizə verməyi, imza etməyi bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Ağdam rayom dövlət notariat pfisi tərəfindən təsdiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsələri atası Cavabdeh2, anası X11, arvadı İddiaçı, oğlu X24, qızı X18 hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. İş materiallarında olan, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində izahatı alınmış Cavabdeh1 tərəfindən verilmiş izahatdan görünür ki, X4 ölmüş xalası oğlunun keçmiş arvadı kimi tanıyır. Xalası oğlu X19 2022-ci ilin oktyabr ayında Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etmişdir. Döyüşlərin gedişində həlak olmuşdur. Rusiya Fedarasiyasının qanunvericiliyinə əsasən Anarın vəfatına görə ona kompensasiya verilmişdir. Anar döyüşlərə getməmişdən əvvəl müqavilə bağlamış və müqaviləyə əsasən başına gələcək bədbəxt hadisəyə görə Lidya adlı qadına və əmisi Rəhbərə məlumat verilməli idi. Bir müddət Anardan məlumat ala bilmədiklərinə görə Anarın atası əvvəllər Rusiyada oxuduğuna görə ali təhsilli olduğuna görə onun Rusiyaya gedib oğlu barəsində məlumat almasını istədi. Həmin vaxt Rəhbər ölkədən çıxa bilmədiyinə görə ona mülki etibarnamə verdi və Rusiya Fedarasiyasına getmişdir. Orada müəyyən müddət qaldıqdan sonra Anarın cənazəsini ona təhvil verdilər. Eyni zamanda öldüyünə orada yaşadığı Lidya adlı qadına ******* rubl vermişdilər. Lidya pulu Anarın valideynlərinə çatdırması üçün ona vermiş, o da Bakıya gələrək, cənazəni və pulu Anarın atasına vermişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, X17 izahatında bildirmişdir ki, X19 onun ögey qardaşı Şükürün oğludur. X2 Yunis qızı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin nikahdan 2008-ci il təvəllüdlü oğlu və 2009-cu il təvəllüdlü qızları vardır. Təxminən 2014-cü il tarixdən Anar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işləməyə getmişdir. Belə ki, Anar təxminən 2021-ci il tarixdə Rusiya Federasiyasında həbs olunmuşdur. Anar 2022-ci il tarixdə könüllü olaraq xidməti müqavilə ilə ordu sıralarına gedərək Rusiya-Ukrayna müharibəsində iştirak etmişdir. 2022-ci il oktyabr ayında Baxmut istiqamətində gedən şiddətli döyüşlərin birində Anar Ağamirli həlak olmuşdur. Anar həlak olduqdan sonra ona xidməti müqaviləsinə görə RF tərəfindən 5.000.000 (beş milyon) rubl, yəni 130 000 manat pul kompensayiyası ödənilmişdir. Belə ki, Anar müharibəyə getdikdə əgər öləcəyi təqdirdə Anara veriləcək həmin pulun ona verilməsi ilə bağlı iltizam vermişdir. Onun da işləri çox olduğuna görə həmin məbləğin alınması üçün o, Cavabdeh1 Abdi oğluna Bakı şəhəri, 30 saylı Notariat Kontorunda etibarnamə vermişdir, Həmin etibarnamə əsasında Xıdırov X14 gedərək 130000 manat məbləğində pul kompensasiyasını götürmüşdür. Bundan sonra 0, həmin pulun Anarin uşaqlarına, yəni ailəsinə verməsini tələb etmişdir. Lakin Cavabdeh1 Abdi oğlundan həmin məbləği tələb etdikdə Salman müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. Ögey qardaşı Cavabdeh2 Seyidhüseyn oğlu və X29 oglu ona və X5 hədə qorxular gələrək pulu tələb etməməklərıni bildirir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı mərhum əri X19 2022-ci ildə Baxmut istiqamətində gedən döyüşlərdə həlak olduğundan Rusiya Federasiyası tərəfindən onlara verilən 130.000 manat pul kompensasiyasını sonuncunun ögey qardaşı X17 tərəfindən Cavabdeh1 Abdi oğluna verilmiş etibarnamə əsasında sonuncu həmin pulu Rusiya Federasiasından gedib götürülməsinə baxmayaraq, 130.000 manat pulu mərhum X9 arvadı İddiaçı təhvil verməməsi araşdırma zamanı tam sübuta yetirilsədə, lakin Cavabdeh1 əməlində həmin epizod mülki hüquqi xarakter daşıdığından, cinayət tərkibi olmadığından İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsələr: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X22 ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Ağdam rayon, Zəngişanlı İ.N –də 42 nömrəli akt qeyd ilə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X24 və 09.04,2009-cu il təvəllüdlü X20 dünyaya gəlmişdir. xx.xx.1979-cu il təvəllüdlü X3-Ukrayna müharibəsində könüllü şəkildə müqavilə əsasında iştirak etmiş və müharibə gedişində, Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Artyomovsk şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Ağdam rayom dövlət notariat ofisi tərəfindən təsdiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsələri atası Cavabdeh2, anası X11, arvadı İddiaçı, oğlu X24, qızı X18 qanun üzrə vərəsələri qismində tanınaraq hər biri miras əmlakdan 1/5 hissədə irs almışdır. xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı mərhum əri X19 2022-ci ildə Baxmut istiqamətində gedən döyüşlərdə həlak olduğundan Rusiya Federasiyası tərəfindən onlara verilən 130.000 manat pul kompensasiyasını sonuncunun ögey qardaşı X17 tərəfindən Cavabdeh1 Abdi oğluna verilmiş etibarnamə əsasında sonuncu həmin pulu Rusiya Federasiasından gedib götürülməsinə baxmayaraq, 130.000 manat pulu mərhum X9 arvadı İddiaçı təhvil verməməsi araşdırma zamanı tam sübuta yetirilsədə, lakin Cavabdeh1 əməlində həmin epizod mülki hüquqi xarakter daşıdığından, cinayət tərkibi olmadığından İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmişdir. Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, xalası oğlu X19 2022-ci ilin oktyabr ayında Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etmişdir. Döyüşlərin gedişində həlak olmuşdur. Rusiya Fedarasiyasının qanunvericiliyinə əsasən Anarın vəfatına görə ona kompensasiya verilmişdir. Anar döyüşlərə getməmişdən əvvəl müqavilə bağlamış və müqaviləyə əsasən başına gələcək bədbəxt hadisəyə görə Lidya adlı qadına və əmisi Rəhbərə məlumat verilməli idi. Bir müddət Anardan məlumat ala bilmədiklərinə görə Anarın atası əvvəllər Rusiyada oxuduğuna görə ali təhsilli olduğuna görə onun Rusiyaya gedib oğlu barəsində məlumat almasını istədi. Həmin vaxt Rəhbər ölkədən çıxa bilmədiyinə görə ona mülki etibarnamə verdi və Rusiya Fedarasiyasına getmişdir. Orada müəyyən müddət qaldıqdan sonra Anarın cənazəsini ona təhvil verdilər. Eyni zamanda öldüyünə orada yaşadığı Lidya adlı qadına ******* rubl vermişdilər. Lidiya pulu Anarın valideynlərinə çatdırması üçün ona vermiş, o da Bakıya gələrək, cənazəni və pulu Anarın atasına vermişdir. Belə ki, cavabdehlər etiraf etmişdirlər ki, 5.000.000 (beş milyon) rubl, yəni 130 000 manat pul kompensayiyası Cavabdeh1 almış və cənazə ilə birlikdə mərhumun atasına Cavabdeh2 vermişdir. Cavabdehlər məhkəmənin hazırlıq iclasında mərhumun cənazəsinin axtarışı və yas mərasimi ilə bağlı xərclər çəkdiklərini bildirsələr də, məhkəməyə qeyd edilən xərclərlə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdirlər.Odur ki, cənazənin axtarışı və yas mərasimi üçün çəkilən xərcin məhz mərhumun ölümü səbəbindən verilmiş pul vəsaiti yoxsa onların şəxsi vəsaitləri hesabına çəkdikləri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia Cavabdeh1 münasibətdə ona görə təmin edilməməlidir ki, mübahisəsiz qaydada məhkəmə iclasında müəyyən edilmişdir ki, o, pul vəsaitini ailə üzvünə çatdırılmasında vasitəsçilik etmiş və Lidiyadan aldığı pulu cənazə ilə birlikdə mərhumun atası Cavabdeh2 vermişdir. Bundan başqa müharibədə həlak olmuş şəxslərin ailəsinə pul kompensasiyasının ödənilməsində əsas məqsəd ailə üzvünün itkisi səbəbi ilə ailənin məruz qaldığı maddimənəvi zərəri mümkün qədər azaltmaqdır. Müharibədə həlak olmuş şəxslərin ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlar onların ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Belə ailələr üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, həlak olmuş şəxslərin ailəsinə ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs həlak olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o həlak olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 5.000.000 (beş milyon) rubl məbləğində pul vəsaiti mərhum X9 atası Cavabdeh2, anası X11, arvadı İddiaçı, oğlu X24, qızı X18 da daxil omaqla, hər birinə münasibətdə 1/5 hissədə bölünməlidir. Habelə, X24 və X7 qanuni nümayəndələri anaları İddiaçı olduğundan, onlara çatacaq pul məbləği İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş 2 illik müddət üçün 19.825 manat vəsaitin tutlması”-na dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranan hazırki mübahisə öhdəlik münasibətlərindən irəli gəlməmişdir. Məhkəmə iddia tələblərinin 5.000.000 (beş milyon) rubl pul vəsaitinin 2022-ci ilin məzənnəsinə əsasən manatla alınması hissəsində hesab edir ki, əsasssızdır. Belə ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə bir daha qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki hüququn öhdəlik institutuna aid deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 10-cu bəndinə qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Odur ki, məhkəmə sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 3 000 000 rubl məbləğində pul vəsaiti alınaraq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3 000 000 (üç milyon) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rus rublu manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti alınaraq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6157/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6157/2024
08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver