Məhkəmə qərarları › İş №e-2(011)-6223/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6223/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6223/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı kredit müqaviləsi üzrə 5.353,81 manat məbləğində əsas borc, 120.63 manat məbləğində faiz borcu olmaqla, cəmi 5.474,44 manat, 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı kredit müqaviləsi üzrə 505.68 manat məbləğində əsas borc, 8.69 manat məbləğində faiz borcu olmaqla, cəmi 514.37 manat, ümumilikdə 5.988,81 manat məbləğində kredit borcunun və 80.29 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz olmaqla 5.364,26 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz olmaqla 924.01 manat məbləğində kredit verilmişdir. 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsinin təminatı olaraq, bank və digər Cavabdeh2 arasında 27 may 2019-cu il tarixli, 100821-77538/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 30 avqust 2022-ci il tarixinə cavabdehin 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsi üzrə cəmi 5.474,44 manat, 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə cəmi 514.37 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz olmaqla 5.364,26 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz olmaqla 924.01 manat məbləğində kredit verilmişdir. 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsinin təminatı olaraq, bank və digər Cavabdeh2 arasında 27 may 2019-cu il tarixli, 100821-77538/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 30 avqust 2022-ci il tarixinə cavabdehin 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsi üzrə cəmi 5.474,44 manat, 27 may 2019-cu il tarixli, 100821- 77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə cəmi 514.37 manat borcu yaranmışdır. Cavabdehlərə borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 hər iki güzəştli kredit müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış güzəştli kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə iddia tələbini araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsi üzrə 5.353,81 manat əsas borc, 120.63 manat faiz borcu olmaqla, cəmi 5.474,44 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 iddiaçı bank ilə aralarında bağlanmış müqavilə əsasında kredit almış, lakin kredit üzrə öhdəliklərini yerinə yetirməmiş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir. 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə isə digər Cavabdeh2 ilə bank arasında hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Odur ki, iddia tələbi 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə Cavabdeh2 aid hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh1 27 may 2019-cu il tarixli, 100821- 77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə 505.68 manat əsas borc, 8.69 manat faiz borcu olmaqla, cəmi 514.37 manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 80.29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 80.29 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 may 2019-cu il tarixli, 100821-77538/10 saylı güzəştli kredit müqaviləsi üzrə 5.353,81 (beş min üç yüz əlli üç manat səksən bir qəpik) manat əsas borc, 120.63 (bir yüz iyirmi manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi 5.474,44 (beş min dörd yüz yetmiş dörd manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti və 80.29 (səksən manat iyirmi doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 27 may 2019-cu il tarixli, 100821-77538/11 saylı güzəştli kredit müqaviləsi üzrə 505.68 (beş yüz beş manat altmış səkkiz qəpik) manat əsas borc, 8.69 (səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 514.37 (beş yüz on dörd manat otuz yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar