Məhkəmə qərarları › İş №e-2(011)-6224/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6224/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6224/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh Şəmsi qızına qarşı “pul” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Bank "xxxx" ASC Cavabdeh Şəmsi qızına qarşı – 30 noyabr 2022-ci il tarixli RPZ-00008-11/22A kredit müqaviləsindən irəli xx.xx.2023-cü il tarixinə ödənilməmiş 2.853,51 manat əsas borc, 95,2 manat faiz borc, 64,76 manat dəbbə borcu, ümumilikdə 3.013,47 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 51 manat dövlət dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh Şəmsi qızı arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli RPZ-00008-11/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, FN-00631- 05/21A saylı kredit müqaviləsinin bağlanması məqsədi ilə 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 3.140,07 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 2.853,51 manat əsas borcu, 95,2 manat faiz borcu, 64,76 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 3.013,47 manat təşkil edir. Cavabdeh Şəmsi qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Şəmsi qızı məhkəməyə məlum olan sonuncu yaşayış yeri üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı Bank "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli RPZ-00008-11/22A saylı kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kreditin məbləği 3,140,07 ( üç min yüz qırx manat yeddi qəpik ) təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən kredit illik 20% faiz dərəcəsi ilə müəyyən edilmişdir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən kreditin təyinatı 13 dekabr 2021-ci il tarixli FN-00631-05/21A saylı kredit bağlanmasıdır. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən kredit 36 ay (xx.xx.2025) müddətinə verilmişdir. Həmin müqavilənin 3.1.1-ci maddəsinə görə “Borc verən” “Borcalan”nın müqavilə üzrə öhdəliyini vaxtında və lazimi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda müqaviləyə vaxtından əvvəl xitam verə, krediti qaytarılan günə faizlə birlikdə qaytarılmasını borcalandan tələb edə, tələb icra olunmadıqda tələbi təminata (girov,ipoteka və s) yönəldə bilər. İş materiallarında olan RPZ-00008-11/22A saylı kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh Şəmsi qızı tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2022-xx.xx.2025-ci il tarixlərində cəmi 4.195,43 manat məbləğində kredit ödənişinin (3.140,07 manat əsas məbləğ, 1.055,36 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 3.140,07 manat məbləğində pul vəsaiti Cavabdeh Şəmsi qızına "xxxx" ASC tərəfindən verilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Şəmsi qızının qeyd edilən müqavilə üzrə 2.853,51 manat məbləğində əsas, 95,2 manat faiz, 64,76 manat dəbbə, ümumilikdə 3.013,47 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan Bank "xxxx" ASC tərərfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh Şəmsi qızına göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 64,76 manat məbləğində deyil, 32,38 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 51 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 51 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2.853,51 (iki min səkkiz yüz əlli üç manat əlli bir qəpik ) manat məbləğində əsas borc, 95,2 (doxsan beş manat iyirmi qəpik) manat məbləğində faiz bocu, 32,38 (otuz iki manat otuz səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 2.981,09 (iki min doqquz yüz səksən bir manat doqquz qəpik) manat məbləğində kredit borcu, 51 (əlli bir) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh Şəmsi qızından alınaraq Bank "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar