Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6226/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İlkin iddia tələbi üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə ilkin iddia, Cavabdeh isə İddiaçınə qarşı “borcun silinməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 928,80 (doqquz yüz iyirmi səkkiz manat 80 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 287,10 (iki yüz səksən yeddi manat 10 qəpik) pulun və 32,16 (otuz iki manat 16 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1248,06 (bir min iki yüz qırx səkkiz manat 06 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan, Südçülük sovxozu ünvanı üzrə **********06885 nömrəli abonent koduna əsassız olaraq hesablanmış 1215,90 manat (min iki yüz on beş manat, doxsan qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi R.V.Əliyev ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək qısa izahatında bildirdi ki, tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qazxəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuzolaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat cəmi 928,80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur, həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 287,10 manat borcu da qalmışdır. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə, ilkin iddia tələbini isə qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı İB-nin iddiası tələbi tamamilə əsassızdır, cavabdeh təşkilata heç bir maddi ziyan vurmamışdır, hətta onlar tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan, südçülük sovxozunda yerləşən ünvanım üzrə abonent hesabına heç bir əsas olmadan 1000 manatdan çox borc yazılmışdır ki, bu da qanunvericiliyə uyğun deyildir, cavabdehin əməkdaşları ünvanıma yaxınlaşaraq sayğacı çıxarmış və yenisi ilə əvəz etmişdirlər, bununla bağlı akt da tərtib etmişdirlər, daha sonra yeni sayğacı quraşdırdıqda bildirmişlər ki, köhnə sayğacın üzərində borc olub, buna görə də abonent koduna borc hesablanmışdır, bunu ödəməlidir, iş materiallarında olan abonent saldosundan da göründüyü kimi ona məxsus abonent koduna akt üzrə cavabdeh təşkilat tərəfindən 01/2020 tarixinə 885,60 manat, 06/2022 tarixinə isə 43,20 manat cərimə olmaqla cəmi 928,80 manat borc və əlavə olaraq 287.10 manat borc yazılmışdır, halbuki vaxtı - vaxtında istifadə etdiyi təbii qazın dəyərini də artıqlaması ilə ödəmişdir, onun iştirakı olmadan sayğacıma baxış keçirilmiş, güya qüsur aşkarlanaraq cərimə yazılmışdır, qaz sayğacına heç bir zaman nə özü, nə ailəsi tərəfindən müdaxilə olunmamışdır, cavabdeh təşkilat məsələni düzgün araşdırmamış, aktlar tərtib edərək, baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur, belə ki, sayğacda hər hansı bir problem varsa belə, qanunvericiliyə əsasən, onda olan nasazlığa görə özü deyil, qaz paylayıcısı, yəni cavabdeh təşkilat məsuliyyət daşıyır, son aylarda da qaz sayğacına borca görə ödənişlər etmişdir, Sonda ilkin iddia üzrə cavabdeh Q.B.Sadıxov ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilkin iddia üzrə cavabdehin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AKX-01929xx/xx-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gasrep sənədindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan, Südçülük sovxozu ünvanı üzrə **********06885 nömrəli abonent koduna 11/2020-ci il tarixi üzrə 885,60 manat borc yazılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonent saldosundan görünür ki, Cavabdeh **********06885 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 01/2020-ci il üçün 885,60 manat, 06/2022-ci il üçün 43,20 manat borc yazılmışdır, 07/2022-ci il tarixə ayın sonuna olan borc 1215,90 manatdır, 07/2022-ci il tarixi üzrə 2,40 manat, 08/2022-ci il tarixi üzrə 3,90 manat, 09/2022-ci il tarixi üzrə 3,30 manat, 10/2022-ci il tarixi üzrə 4,50 manat, 11/2022-ci il tarixi üzrə 7,80 manat, 12/2022-ci il tarixi üzrə 14,10 manat ödəniş edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 0268226 saylı aktın surətindən görünür ki, Cavabdeh Binə qəsəbəsi, Hövsan, Südçülük ünvanı üzrə abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etməsi nöqsanı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh məxsus ünvan üzrə kənar xətt qaynaq vasitəsilə ləğv edilmişdir, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli 0268226 saylı Akta əsasən aktda itirilmiş qazın bərpası üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 32,16 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan, Südçülük sovxozu ünvanında (abonent kodu: **********06885) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin ünvanda yerləşən qaz sayğacına İddiaçı İB tərəfindən baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nöqsanı ilə xx.xx.2020-ci il tarixli 0268226 saylı akt tərtib edilmişdir, onun abonent hesabına “Qalıq və aktlar” əsasında 01/2020-ci il üzrə 885,60 manat, 06/2022-ci il üzrə 43,20 manat olmaqla, cəmi 928,80 manat borc yazılmışdır, ünvan üzrə 07/20xx-xx/2022-ci il tarixlərində qazın sərfi 0 m3 olmuş, iddiaçı tərəfindən həmin tarixlər üzrə cəmi 36 (07/2022-ci il tarixi üzrə 2,40 manat, 08/2022-ci il tarixi üzrə 3,90 manat, 09/2022-ci il tarixi üzrə 3,30 manat, 10/2022-ci il tarixi üzrə 4,50 manat, 11/2022-ci il tarixi üzrə 7,80 manat, 12/2022-ci il tarixi üzrə 14,10 manat) manat ödəniş edilmişdir. Cavabdeh akt əsasında 928,80 manat, debitor borcu kimi 287,10 manat olmaqla, cəmi 1215,90 manat borc hesablanmışdır. Bununla belə, məhkəmə tərəfindən Cavabdeh qaz sayğacına müdaxilə etməsi, onun təbii qazdan qeyri-qanuni istifadəsi, habelə ünvan üzrə yazılmış debitor borcun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə Cavabdeh təqsiri müəyyən edilmədiyindən, iddia tələbləri qismən təmin edilməli, qazdan istifadə etmədiyi dövrdə, Cavabdeh tərəfindən debitor borca görə edilmiş ödənişlər (36 manat) də nəzərə alınmaqla, Cavabdeh abonent hesabından cəmi 964,80 (aktlar əsasında 01/2020-ci il və 06/2022-ci il üzrə daxil edilmiş 928,80 manat + debitor borcdan ödənişlərə görə 36 manat = 964,80) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Cavabdeh **********06885 saylı abonent hesabına İddiaçı İB tərəfindən yazılmış 1215,90 manat borcdan, 964,80 manat borc silinməli, geriyə qalan qazdan istifadəyə görə debitor borcu kimi 251,10 manat Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilməlidir. Məhkəmə, iddia tələbləri üzrə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, onun həcmi 1000 manatdan az olduğundan, iddiaçı tərəfindən ödənilmiş 32,16 manat dövlət rüsumu 30 manat hissədə Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı İB-yə ödənilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, habelə istehlakçıların hüquqlarının qorunması barədə iddia üzrə Cavabdeh dövlət rüsumu ödənilməsindən azad olduğundan, qarşılıqlı iddianın təmin edilmiş hissəsi nəzərə alınmaqla İddiaçı İB-dən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. İddiaçı İB tərəfindən Cavabdeh aid **********06885 saylı abonent koduna hesablanmış 1215 manat 90 qəpik borcdan 964 (doqquz yüz altmış dörd) manat 80 (səksən) qəpik məbləğində borc silinsin, 251 (iki yüz əlli bir) manat 10 (on) qəpik debitor borc Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçınə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə rədd edilsin. İddiaçındən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6226/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6226/2022
14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver