Məhkəmə qərarları › İş №e-2(011)-6229/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6229/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6229/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəfərova Bəsdi Qüdrət qızının vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 594,92 manat olmaqla, cəmi 594,92 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cəfərova Bəsdi Qüdrət qızı arasında bağlanmış BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cəfərova Bəsdi Qüdrət qızına illik 20 faizlə 17 ay müddətinə 1180 manat kredit verilmişdir. AZ-İİ № 325030 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Cəfərova Bəsdi Qüdrət qızının 14 yanvar 2023-cü il tarixində vəfat etdiyi müəyyən edilmişdir. 2V-96 reyestr nömrəli, 18 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Cəfərova Bəsdi Qüdrət qızının vərəsələri olduğu məlum olmuşdur. Yuxarıda adı çəkilən BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 594,92 manat olmaqla, cəmi 594,92 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 04 fevral 2025-ci il tarixində 6-2-22/2- 2498/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclası barədə iddiaçı "xxxx" ASC-yə və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilib, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: "xxxx" ASC ilə Cəfərova Bəsdi Qüdrət qızı arasında bağlanmış BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 20 faizlə 17 ay müddətinə 1180 manat kredit verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cəfərova Bəsdi Qüdrət qızının BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 665,85 manat əsas borc, 9,62 manat faiz borcu olmaqla, cəmi 675,47 manat borcu vardır. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 325030 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərova Bəsdi Qüdrət qızı 14 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 18 aprel 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 yanvar 2023-cü il tarixdə vəfat etmiş Cəfərova Bəsdi Qüdrət qızının vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2dur, onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 42, mənzil 4 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50,30 kv/m olan mənzildən ibarətdir. ünvan 2ariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Cavabdeh1 11 mart 2024-cü il tarixli, **********142 nömrəli ərizəsinin surətində görünür ki, 14 yanvar 2023-cü il tarixdə vəfat etmiş anası Cəfərova Bəsdi Qüdrət qızından qalmış mirasın tərkibinə daxil olan bütün əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. ünvan 2ariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Cavabdeh2 18 aprel 2024-cü il tarixli, **********142 nömrəli ərizəsinin surətində görünür ki, 14 yanvar 2023-cü il tarixdə vəfat etmiş anası Cəfərova Bəsdi Qüdrət qızından qalmış mirasın tərkibinə daxil olan bütün əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. ünvan 2ariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Cavabdeh3 18 aprel 2024-cü il tarixli, **********391 nömrəli ərizəsinin surətində görünür ki, 14 yanvar 2023-cü il tarixdə vəfat etmiş anası Cəfərova Bəsdi Qüdrət qızından qalmış mirasın tərkibinə daxil olan bütün əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. ünvan 2ariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş Cavabdeh4 18 aprel 2024-cü il tarixli, **********389 nömrəli ərizəsinin surətində görünür ki, 14 yanvar 2023-cü il tarixdə vəfat etmiş anası Cəfərova Bəsdi Qüdrət qızından qalmış mirasın tərkibinə daxil olan bütün əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 507-ci maddəsinə əsasən əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cəfərova Bəsdi Qüdrət qızı arasında bağlanmış BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 20 faizlə 17 ay müddətinə 1180 manat kredit verilmişdir. Cəfərova Bəsdi Qüdrət qızı 14 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Cəfərova Bəsdi Qüdrət qızının vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2dur, onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 42, mənzil 4 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50,30 kv/m olan mənzildən ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, Cəfərova Bəsdi Qüdrət qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, nəzərə alaraq ki, Cəfərova Bəsdi Qüdrət qızı vəfat etmişdir və onun mirası notarius tərəfindən siyahıya alınmamışdır, onun qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 isə miras qoyanın borclarının mirasdan çox olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər, həmin vərəsələr kreditor qarşısında vəfat edən borclunun öhdəliyini icra etməli olduğu üçün, "xxxx" ASC ilə Cəfərova Bəsdi Qüdrət qızı arasında bağlanmış BPM**********16 nömrəli 18 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 594,92 manat əsas borc cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 30,40 manat. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq Q ə t e t d i: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada BPM**********16 nömrəli, 18 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 594,92 manat əsas borc və 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar