Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6231/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 360,1 (üç yüz altmış manat 10 qəpik) manat, faiz borcuna görə 57,32 (əlli yeddi manat 32 qəpik) manat, dəbbə borcuna görə 200 (iki yüz) manat, cəmi 617,42 (altı yüz on yeddi manat 42 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 9 dekabr 2020-cu il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1000 manat məbləğində cavabdehə kredit verilmişdir, 9 dekabr 2020-cu il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır, tərəflər arasında bağlanmış 9 dekabr 2020-cu il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 9-dan gec olmayaraq hər ay 62,86 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 9 Dekabr 2020-cu il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 360,1 manat, faiz borcuna görə 57,32 manat, dəbbə borcuna görə 200 manat, borcun cəmi məbləği 617,42 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli Ərziələrdən görünür ki, Cavabdeh iddiaçıya - banka müraciət edərək 16 faizlə 1000 manat məbləğində kreditin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit Müqaviləsinə əsasən, Bank ən çoxu 60 ay müddətinə illik faiz dərəcəsi 29 faizdən çox olmamaq şərtilə maksimum 15000 manat məbləğədək krediti borcalana verə bilər. İş materiallarında olan İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit Müqavilədən görünür ki, bank müştəriyə istehlak məqsədilə illik 16 faiz olmaqla, 18 ay müddətinə kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh illik 16 faiz olmaqla, 18 ay müddətinə, 1000 manat kredit verilmişdir, aylıq ödəniş məbləği 62,85 manatdır. İş materiallarında olan 9 dekabr 2020-ci il tarixli Orderin surətindən görünür ki, Cavabdeh 1000 AZN kredit məbləği verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli RB-02/PK-5853 saylı “Arayış”ın surətindən görünür ki, Cavabdeh 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsi üzrə 9 sentyabr 2022-ci il tarixə olan borcu əsas borc 360,1 manat, faiz borcu 57,32 manat, cərimə borcu 200 manat olmaqla, cəmi 617,42 manat təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh borcunu 3 iş günü müddətinə ödəməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən sonuncuya müqavilə müddətində illik 16 faiz olmaqla, 18 ay müddətinə 1000 manat kredit verilmişdir, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh pulu bankdan təhvil alaraq götürmüşdür, lakin o, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, hazırda cavabdehin banka əsas, faiz və cərimə borcu qalmışdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 9 dekabr 2020-ci il tarixli müqavilə üzrə 40 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 360,1 manat, faiz borcuna görə 57,32 manat, dəbbə borcuna görə 40 manat olmaqla ümumilikdə 457,42 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9 dekabr 2020-ci il tarixli, NZNPU-05170 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 360,1 manat, faiz borcuna görə 57,32 manat, dəbbə borcuna görə 40 manat olmaqla, ümumilikdə 457 (dörd yüz əlli yeddi) manat 42 (qırx iki) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6231/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6231/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver