Məhkəmə qərarları › İş №e-2(011)-6253/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6253/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6253/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli müqavilə üzrə imei kodu **********79272 olan “Samsung Galaxy A21S”, **********947417 olan “Samsung Galaxy A21S”, imei kodu **********66826 “Huawei” markalı telefon üçün 741,7 (yeddi yüz qırx bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 74,3 (yetmiş dörd manat otuz qəpik) manat cərimə, ümumilikdə 376 (üç yüz yetmiş altı) manat borc, xx.xx.2020-ci il tarixli 21013482 saylı müqaviləyə əsasən “Gree” markalı kondisioner üçün 222,60 (iki yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 22,40 (iyirmi iki manat qırx qəpik) manat cərimə, ümumilikdə 1061 manat borc və 30,61 (otuz manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin İddiaçı MMC-dən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, imeı kodu **********79272 olan “Samsung Galaxy A21s” markalı telefon, imei kodu **********94342 olan “Samsung Galaxy A21s” markalı telefon, imeı kodu **********66826 olan “Huaweı Y6S” markalı telefon, “Gree” markalı kondisioner üçün nəticədə 1.061 (bir min altmış bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, aqı-satqı qiyməti 1515.6 (bir min beş yüz on beş manat altmış qəpik) manat olan imei kodu (18 ay x 84.2 manat + 0 manat ilkin ödəniş) **********79272 “Samsung Galaxy A21s” markalı telefon, imei kodu **********94342 olan “Samsung Galaxy A21s” markalı telefon, imeı kodu **********66826 olan “Huaweı Y6S markalı” telefon üçün ümumilikdə, 816 (səkkiz yüz on altı manat) olmaqla ondan, 741,7 (yeddi yüz qırx bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 74.3 (yetmiş dörd manat otuz qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 802.8 (səkkiz yüz iki manat səksən qəpik) manat (18 ay x 44.6 manat + 0 manat ilkin ödəniş) olan “Gree” markalı kondisioner üçün ümumilikdə, 245 (iki yüz qırx beş) manat olmaqla ondan, 222.6 (iki yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22,4 (iyirmi iki manat qırx qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.354.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 22119337 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İmei kodu **********79272 “Samsung Galaxy A21s DS (SM-A217) 32 GB” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. İmei kodu **********947417 “Samsung Galaxy A21s DS (SM-A217) 32 GB” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında ikinci qrafada göstərilmişdir. İmei kodu **********66826 Huaweı Y6S markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında üçüncü qrafada göstərilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kodu **********79272 olan “Samsung Galaxy A21s DS (SM-A217) 32 GB”, imei kodu **********947417 olan “Samsung Galaxy A21s DS (SM-A217) 32 GB” və imei kodu **********66826 olan “Huaweı Y6S” markalı telefonlar xx.xx.2020-ci il tarixli, 22119337 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli 22119337 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarixlərində hər ay 84,20 (səksən dörd manat iyirmi qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 21013482 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Gree” markalı kondisioner həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Gree” markalı kondisioner xx.xx.2020-ci il tarixli, 21013482 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli 21013482 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində hər ay 44,60 (qırx dörd manat altmış qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 741,7 (yeddi yüz qırx bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 74,3 (yetmiş dörd manat otuz qəpik) manat cərimə, ümumilikdə 816 (səkkiz yüz on altı) manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 222,6 (iki yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 22,4 (iyirmi iki manat qırx qəpik) manat cərimə borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 479.9.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli müqaviləyə görə cərimənin 74,3 manat məbləğində deyil, 37,15 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə görə cərimənin 11,20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30,61 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 22119337 saylı müqaviləyə əsasən 741,7 (yeddi yüz qırx bir manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 37,15 (otuz yeddi manat on beş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli, 21013482 saylı müqaviləyə əsasən 222,6 (iki yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 11,20 (on bir manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi hər iki müqavilə üzrə 1.012,65 (bir min on iki manat altmış beş qəpik) borc məbləği və 30,61 (otuz manat altmış bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar