Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6260/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 19 avqust 2022-ci il tarixinə yaranmış 284.50 manat əsas borc, 42.60 manat cərimə borcu olmaqla, cəmi 327.10 manat, 16 may 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1051,50 manat əsas, 157.70 manat cərimə borcu olmaqla, cəmi 1.209,20 manat, 05 mart 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 53.90 manat əsas, 8 manat cərimə borcu olmaqla, cəmi 61.90 manat, üç müqavilə üzrə 1.389,90 manat əsas, 208.30 manat cərimə, ümumilikdə 1.598,20 manat borcun və 35.99 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A325” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla cəmi 579 manat, 16 may 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı televizora və “Honor” markalı elektron qol saatına görə 24 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 1.588 manat, 05 mart 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı 3 ədəd “Samsung A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 121 manat olmaqla cəmi 1.446 manat, ümumilikdə üç müqavilə üzrə 3.613 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq 23 iyul 2021-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə 05 fevral 2022-ci il tarixdə 28.50 manat, 16 may 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə 05 fevral 2022-ci il tarixdə 17 manat ödəniş etmiş və 05 mart 2021-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə 10 mart 2022ci il tarixdə 43 manat ödəniş etmiş və qalıq qalmış 1.389,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh tərəfindən alınan məhsullar üçün müəyyən məbləğdə pul vəsaiti ödənilməli olmuş, lakin cavabdeh öz özdəliyini lazımınca icra etmədiyindən onun üç müqavilə üzrə borcu yaranmışdır. Yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi üç müqavilə üzrə əsas borca aid hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 23 iyul 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 42.60 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində; 16 may 2021ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 157.70 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23 iyul 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 284.50 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, cəmi 288.50 manat; 16 may 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 1051,50 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1.101,50 manat; 05 mart 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 53.90 manat əsas borc, 8 manat cərimə borcu olmaqla, cəmi 61.90 manat, hər üç müqavilə üzrə ümumilikdə 1.389,90 manat əsas borc, 62 manat cərimə borcu olmaqla, cəmi 1.451,90 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 35.99 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 35.99 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 iyul 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 284.50 (iki yüz səksən dörd manat əlli qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu olmaqla, cəmi 288.50 (iki yüz səksən səkkiz manat əlli qəpik) manat; 16 may 2021ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 1.051,50 (bir min əlli bir manat əlli qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1.101,50 (bir min yüz bir manat əlli qəpik) manat; 05 mart 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 53.90 (əlli üç manat doxsan qəpik) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu olmaqla, cəmi 61.90 (altmış bir manat doxsan qəpik) manat, hər üç müqavilə üzrə ümumilikdə 1.389,90 (bir min üç yüz səksən doqquz manat doxsan qəpik) manat əsas borc, 62 (altmış iki) manat cərimə borcu olmaqla, cəmi 1.451,90 (bir min dörd yüz əlli bir manat doxsan qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 35.99 (otuz beş manat doxsan doqquz qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6260/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6260/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver