Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6274/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Nağızadə Gülnaz Nasir qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021- ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-21805İB/2020 saylı Razılıq ərizəsi və xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC- 21805İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Millikart MMC tərəfindən yaranan texniki xəta nəticəsində Borclu Cavabdeh funt sterlinq (GBP) və dollar (USD) valyutalı bank hesablarına vəsaitlər mədaxil edilmişdir. Sözügedən texniki xətaya düzəliş verildiyi zaman artıq Borclu tərəfindən hesaba köçürülən vəsaitləri istifadə edildiyindən hesablar üzrə balans mənfiyə enmişdir.
2. Borclu ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır.
3. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında 41020GBPFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən cəmi 1,954.09 GBP əsas borcu gecikmə günü: 909 - 41020USDFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 169,38 ABŞ dolları əsas borc, 81,59 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 250,97 ABŞ dollar öhdəliyi yaranmışdır.
İddiaçının tələbi:
4. İddiaçı ASC Cavabdeh: - 41020GBPFK********** saylı hesaba əsasən cəmi 1,954.09 GBP əsas borcun; - 41020USDFK********** saylı hesaba əsasən 169,38 ABŞ dolları əsas borc, 81,59 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 250,97 ABŞ dollar borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iştirak etmiş və Cavabdeh: - 41020GBPFK********** saylı hesaba əsasən cəmi 1,954.09 GBP əsas borcun; - 41020USDFK********** saylı hesaba əsasən 169,38 ABŞ dolları əsas borc, 81,59 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 250,97 ABŞ dollar borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. İddiaçı ASC-nin Bank Xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu.
9. xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.1.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə Razılıq ərizəsi №: GTC-218051B/2020.
10. xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə Razılıq ərizəsi №: GTC-218051B/2020.
11. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən, Cavabdeh kredit borcu üzrə gecikdirilmiş öhdəliklərinin 7 iş günü müddətində icra edilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəmə orqanlarına müraciət olunacağı bildirilmişdir.
12. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 41020GBPFK********** saylı hesaba əsasən, 1954,09 GBP əsas borcu, 41020USDFK********** saylı hesaba əsasən, 169,38 ABŞ dolları əsas borc, 81,59 ABŞ dolları cərimə borcu vardır.
13. Hesabdan çıxarış.
14. Digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitutsiyası:
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi:
1. “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
6. Mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1. Pullar və sənədli qiymətli kağızlar da əşya sayılır.
386. Öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
439. Pul öhdəliklərinin icrası 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər;
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə araşdərmasə zamanı məlum olmuşdur ki, Cavabdeh ilə İddiaçı ASC arasında Bank Xidmətləri göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Cavabdeh İddiaçı ASC-də özünə bank hesabı açdırmışdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
21. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdehin heç bir hüquqi və ya müqavilə əsası olmadan 41020GBPFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən cəmi 1,954.09 GBP əsas borcu, 41020USDFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 169,38 ABŞ dolları əsas borcu, 81,59 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 250,97 ABŞ dollar məbləğində borcu yaranmışdır. Cavabdeh bu məbləği istifadə etmişdir.
22. Eyni zamanda məhkəmə cərimə məbləğini araşdıraraq hesab edir ki, iddiaçının tələb etdiyi 41020USDFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 81,59 ABŞ dolları cərimə borcu əsas borc mütənasib deyildir. Buna görə də məhkəmə hesab edir ki, cərimə borcu əsas borca mütənasib azaldılmaqla 16,94 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. (MM 467)
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 41020GBPFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən cəmi 1,954.09 GBP əsas borc, 41020USDFK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 169,38 ABŞ dolları əsas borc, 16,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 250,97 ABŞ dollar məbləğində borc pul vəsaiti İddiaçı ASC -nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq azaldılaraq 67,79 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 41020GBPFK********** saylı hesaba əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi günün məzənnəsinə uyğun olaraq cəmi 1,954,09 (bir min doqquz yüz əlli dörd pound sterling doqquz pence) GBP əsas borcun, 41020USDFK********** saylı hesaba əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi günün məzənnəsinə uyğun olaraq 169,38 (bir yüz altmış doqquz dollar otuz səkkiz sent) ABŞ dolları əsas borc, 16,94 (on altı dollar doxsan dörd sent) ABŞ dollar cərimə borcu məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 67,79 (altmış yeddi manat, yetmiş doqquz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova